Cümə axşamı günü, 12 noyabr 2026
     

Bir neçə konqresmen ABŞ kimi ölkənin Azərbaycanda nüfuzunu “3-5” erməniyə görə rüsvay edir...

Image


ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat törədilib. Yerli medianın yaydığı məlumata görə, ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndərib.

Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər yer alıb.

“Amerika Birləşmiş Ştatları Konqresi hər zaman sizə öz dəstəyini göstərir. Azərbaycandan gələn təhdidlər və davam edən çağırışlara dözümlülük göstərirsiniz, sizin yanınızdayıq. Biz ABŞ hökumətini 2020-ci ildə hücuma və bugünə qədər davam edən ölümcül hərəkətlərə görə Azərbaycan və Türkiyə rejimlərini cəzalandırmaq üçün bütün mövcud diplomatik tədbirlərdən istifadə etməyə çağırırıq. Sizinlə işləməyi səbirsizliklə gözləyirik” - Arutyunyana göndərilən məktubda deyilir.

Separatçıbaşına ünvanlanan məktubda konqresmenlərin erməni separatçılarına aşkar şəkildə dəstək verdikləri və Azərbaycanın ərazi bütövlüyünə qarşı olduqları ifadə olunub.

Qeyd edək ki, ABŞ konqresindən zaman-zaman Azərbaycana qarşı bənzər təxribatlar baş verib.

  • “ABŞ konqresmenlərinin köhnə qeyri-konstruktiv mövqeni davam etdirməsi sülh müqaviləsinin imzalanmasına qarşı cəhdlərdir”

Bəzi ABŞ konqresmenlərinin separatçıbaşı Artunyunyana göndərdiyi “şanlı məktubla” bağlı şərh verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər tarixən həmişə məqam gözləyir və imkan düşən kimi, öz mənfur niyyətlərini ortaya qoyurlar. “Onlar bu təxribatların adını “mübarizə” qoysalar da, niyyətləri göz önündədir. Bu təxribatları da Azərbaycana və Türkiyəyə qarşı həyata keçirirlər. Harada türk varsa, harada türk xalqı ilə bağlı müzakirə varsa, ermənilər dərhal ora müdaxilə etməyə, əks çıxışlar səsləndirməyə, təxribatlar törətməyə tələsirlər. Elə şeylər yazırlar ki, adam məəttəl qalır. Biz bunu Vətən müharibəsi dövründə də gördük. Onlar bu müharibədə məğlub olandan sonra bizə qarşı təxribat məsələsində daha çox fəallaşıblar. Belə ki, gördüyünüz kimi, özlərinin məğlubiyyətinin səbəblərini şərh edərkən böhtanlar atırlar. Bu gün Qarabağda mövcud olan separatçılarla bağlı ermənilər elə uydurmalar ortaya atırlar ki, adama qəribə gəlir. Erməni lobbisinin həmişə ABŞ Konqresində muzdlu konqresmenləri olub, indi də var. Separatçı Araik Artunyunyana məktub yazıb ona hanısa dəstəyi “vəd” edənlər də erməni lobbisinin puluna satılanlardır. ABŞ və Azərbaycanın əlaqələri inkişaf edir, bu ölkədə Azərbaycan həqiqətlərini bilənlər çoxdur. Amma təəssüf ki, erməni lobbisi bu konqresmenlərdən bəzilərini ya pulla, ya şantaj, hədə-qorxu, terror yolu ilə ələ keçirib, onlar da Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat xarakterli çıxış edirlər. Erməni təbliğat maşını gecə-gündüz şər-böhtan uydurub yayır. Konqresmenlər isə az qala öz cəfəng fikirlərini ABŞ-ın “rəsmi” mövqeyi kimi təqdim etməyə çalışırlar. Erməniləri yazıq, məzlum, “əzilən” xalq kimi qələmə verən konqresmenlər bununla ABŞ-ı Azərbaycana qarşı qaldırmağa çalışırlar. Təsəvvür edin ki, bu adamlar Qarabağ probleminin mahiyyətini bilmirlər, ermənilərin separatçı addımlarını, Ermənistanın işğalçılığını etiraf etmirlər, kimin kimin ərazisini işğal etdiyini dilə gətirmirlər. Vətən müharibəsindən sonra bəzi ABŞ konqresmenləri erməni fitnəsinə uyub Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlar edirlər. Bütün bunlar bir dövlət kimi ABŞ-ın da nüfuzunun zədələnməsinə xidmət edir”.

Vətən müharibəsindən sonra Azərbaycanın azad ərazilərinə xarici ölkələrin səfirlərinin, diplomatlarının səfərlərinin təşkil edildiyinə diqqət çəkən Q.Hacıyev xatırlatdı ki, Şuşaya təşkil edilən səfərə başqa ölkələrin səfirləri getdiyi halda ABŞ və Fransa səfirlərinin bundan imtina etməsi bizə çox şey deyir: “Onlar azad Şuşaya getmədilər. Bu da nədən qaynaqlanır? Bundan belə anlaşılır k, həm ABŞ-ın, həm də Fransanın Azərbaycana, Azərbaycan dövlətinə rəğbəti yoxdur. Bunlar bölgədə sanki erməniləri, separatçıları müdafiə etmək üçün durublar. Dəfələrlə açıqlanıb ki, ATƏT-in Minsk qrupu 30 ildə heç bir iş görmədi, o artıq yoxdur, onu “diriltmək” cəhdləri əbəsdir. Amma bunlar yenə də buna cəhd edirlər. Amma ölünü diriltmək mümkün deyil. ABŞ da, başqa ölkələr də bir daha bilməlidir ki, separatçıların yaşadığı ərazi Azərbaycanın tarixi torpağıdır, ayrılmaz parçasıdır, beynəlxalq hüquqla tanınan ərazisidir.

Əlbəttə, bu məsələdə ABŞ-ın mövqeyi məlumdur. Təəssüflər olsun ki, obyektivlikdən, demokratiyadan, insan haqlarından danışan bu dövlətlər Azərbaycan dövlətinə, xalqına gəldikdə bunları unudurlar və ermənipərəstlik mövqeyindən çıxış edirlər. ABŞ konqresindəki ermənipərəst qrup Azərbaycana qarşı bilərəkdən, qəsdən təxribatlar aparır. ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri arasında ermənilər də, erməni olmayanlar da var, onları ermənizmə, terrora xidmət birləşdirir. ABŞ-ın bəzi konqresmenləri yeni heç nə deməyib, köhnə havanı çalırlar. ABŞ konqresmenlərinin köhnə qeyri-konstruktiv mövqeni davam etdirməsi sülh müqaviləsinin imzalanmasına qarşı cəhdlərdir. Bu gün nə “Dağlıq Qarabağ” var, nə də “Arsax” adlı qondarma rejim mövcuddur, iflasa uğrayıb, yerində isə bir ovuc tör-töküntü qalıb. Yenə deyirəm, ora Azərbaycan ərazisidir. Dövlətimizin içində saxta, qondarma “dövlətlərin” yaradılmasına nə Azərbaycan dövləti və xalqı, nə də dünya razı ola bilər. Bir-iki dövlətin bu cür cəhdləri isə həqiqətən də beynəlxalq prinsiplərə ziddir. Bu, ABŞ kimi dövlətin qazandığı imicə, Azərbaycanla münasibətinə ziyan vuran hərəkətdir.  Ona görə də hesab edirəm ki, anti-Azərbaycan mövqeyində olan konqresmenlərin ABŞ dövlətinə təqdim etdikləri cəfəng təkliflər rədd edilməlidir. Separatçılara verilən hər hansı bir dəstək Azərbaycanın ərazi bütövlüynə qarşı böyük qəsddir. Fikrimcə, ABŞ konqresindəki ermənipərəst qüvvələrin ziyanlı fəaliyyətinə qarşı ABŞ hökuməti addım atmalıdır. Konqersmenlərin separatçıbaşı Araikə göndərdikləri məktubda ifadə etdikləri cəfəng fikirlər Azərbaycana qarşı təxtibatdır”- deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ