Azərbaycan Avropa İttifaqının (Aİ) cari ilin oktyabr ayında Praqada keçiriləcək qeyri-formal sammitinə dəvət olunacaq. Bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.
Oktyabrın 6-da keçiriləcək görüşdə Aİ liderlərinin Avropa siyasi birliyi ideyasını nəzərdən keçirəcəkləri ehtimal olunur.
Görüşə Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və digər ölkələr də dəvət olunacaq.
Türkiyənin sammitdə iştirakı sual altındadır, Yunanıstan və Kipr onun görüşə qatılmasına qarşıdır.