Cümə axşamı günü, 12 noyabr 2026
     

Paşinyanın "itilənməsi", Moskva-Brüssel rəqabətində Mişel və Əliyevlə bağlı iki həlledici amil... - Aydın QULİYEV yazır...

Image


Minsk Qrupunun 30 illik səmərəsiz və nəticəsiz, əslində əsəb üstündə oyun qaydalarına uyğun danışıqlarından daha çətini hazırda Moskva, ya Brüssel adlandırılan platformalarda gedir. Lakin bir böyük fərqlə - həmsədrlərin 30 illik danışıqları nəticəsiz getdiyi halda, hazırkı müzakirələrin konkret nəticələrindən danışmaq mümkündür.

Bundan başqa, 30 il səmərəsiz getmiş danışıqlar prosesinin nə öz içində, nə də ondan kənarda heç bir alternativ təzahürü yox idi, elə bu səbəbdən həmsədrlərin himayə etdiyi danışıqlar prosesi qapı-bacası bağlı inhisara alınmış proses idi. Bu nöqteyi-nəzərdən hazırkı Azərbaycan-Ermənistan danışıqlarının içində alternativlik elementləri getdikcə daha çox üzə çıxmağa başlayır ki, bu da indiki vəziyyəti ötən illərin acı danışıqlar praktikasından həm fərqləndirir, həm də açıq deyək ki, alternativlik şəraitində prosesin nəticəyönümlülük potensialını xeyli artırır. Alternativlik deyəndə hazırda Azərbaycan-Ermənistan normallaşması üzrə Moskvada və Brüsseldə bir neçə mərhələdə aparılmaqda olan müxtəlif istiqamətli danışıqlar nəzərdə tutulur. İndiyə qədər hər iki paytaxtda aparılmış danışıqların bir-birinə alternativlik əlamətləri o qədər görünmürdü. Hətta çox hallarda onların bir-birinə alternativ olduğu ört-basdır da edilirdi. Lakin Brüsseldə  Mişelin vasitəçiliyi ilə sonuncu  Əliyev-Paşinyan görüşündən azacıq əvvəl Rusiya XİN məmuru Mariya Zaxarovanın məlum sözləri Moskva və Brüssel formatlarının bir-birinə alternativ və ya əks platformalara çevrildiyinə heç bir şübhə yeri qoymadı. Zaxarova Brüsselin təşəbbüslərini açıq şəkildə "psevdo" adlandırdı, hətta müqayisə apardı ki, Moskva nəticəyə yönəlik vasitəçilik edir, Brüssel isə geosiyasi məqsəd güdərək Moskvanı qabaqlamağa çalışır. Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur və hər kəs qəbul etməlidir ki, Azərbaycan-Ermənistan normallaşmasında Moskva və Brüssel formatları daha əsla bir-birini tamamlayan müstəvilər ola bilməz, daim bir-birinə mane olmağa, neytrallaşdırmağa çalışacaqlar. Yazının əvvəlində məhz bu məqama görə xüsusi vurğulamağı lazım bilmişdim ki, indi ötənlərdəkindən daha çətin və mürəkkəb şərtlərlə danışıqlar gedir. Ötənlərdə hədəf Dağlıq Qarabağ münaqişəsinin həlli idi, indi hədəf müharibəsonrası reallıqlar üstündə Azərbaycan-Ermənistan normallaşmasına nail olmaqdır. Ötənlərdə münaqişənin həllində Rusiyanın və Qərbin mövqeləri üst-üstə düşürdü, hazırkı normallaşma prosesinə yanaşmalarda isə Avropanın və Rusiyanın mövqeləri fərqlidir.

Göründüyü kimi, 31 avqust tarixli Brüssel danışıqlarında konkret nəticələrə ulaşmaq o qədər də asan məsələ olmayıb. Əldə olunmuş Brüssel razılaşmalarının gələcəkdə necə icra ediləcəyini, Rusiyanın bu formatda irəliləyişləri necə qəbul və həzm edəcəyini bir kənara qoyaq. Elə bu konkret razılaşmaların əldə edilməsi olduqca böyük nəticədir və Paşinyanın bu görüşdən əvvəlki həftədə Putinlə iki dəfə telefonla danışması çox şey deyir. Paşinyan öncədən itiləndi. Moskvada yaxşı bilirdilər ki, Əliyev aydın prinsiplərə söykənir, bu prinsiplər Mişel tərəfindən də real və şəraitə uyğun dəyərləndirildiyi üçün Paşinyan Brüsseldə çətinliklə üzləşəcək. Heç şübhə yoxdur ki, rəsmi Moskva Paşinyanı öncədən Brüsseldə hər cür konkret razılaşmalardan mümkün qədər uzaq durmağa hazırlamışdı, lakin onu anti-Brüssel əhvalda nə qədər kökləsələr də Əliyevin prinsipləri və onun pozision olaraq Mişellə yaxşı anlaşması itilənmiş Paşinyanı kəsərdən sala bildi. Artıq qeyri-rəsmi informasiyalar da Paşinyanın bəzi konkret razılaşmalara necə müqavimət göstərmək istədiyini təsdiqləyir.

Xatırlamaq lazımdır ki, hələ 2021-ci ilin 9 və 15 noyabrında Brüsseldə keçirilməsi planlaşdırılmış görüşdən Paşinyanı necə yayındırdılar və noyabrın 29-da Paşinyan Soçidə  tələm-tələsik Putin tərəfindən nəticəsiz qəbul edildi. Beləliklə, Mişelin vasitəçiliyi ilə 16 dekabr 2021-ci il Brüssel görüşündən qabaq nəyin bahasına olursa olsun, "Moskva görüşü olmalıdır" kimi hədəfi əslində formal olaraq vurdular.

31 avqust Brüssel görüşündən əvvəl telefonda iki dəfə Putin-Paşinyan danışığı da eynilə 2021-ci ildəki kimi təhlükəni qabaqlamaq məqsədi güdürdü. Lakin gözləntilərin əksinə olaraq konkret razılaşmalar əldə edildi və bu nəticə Əliyevin prinsipləri ilə Mişel-Əliyev uzlaşması kimi iki faktorun sayəsində baş verdi. Beləliklə, Brüsseldə hansı konkret razılaşmaları önəmli saymaq lazımdır?

Əvvəla, delimitasiya üzrə işçi qrupların növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılaşma rəsmi Brüsselin bu prosesi Moskvanın inhisarına buraxmamaq istəyindən xəbər verir. Həm də Brüssel anlayır ki ,bu proses Moskvanın meydançasında olanda ləngiyir. Belə ki, ilk görüş bu il mayın 24-də Arazdəyəndə keçirildiyi halda, ikinci Moskva görüşü 3 ay sonra keçirildi. Onsuz da uzun bir müddət aparacaq sərhəd danışıqlarının etapları arasında ləngidici fasilələrin Brüsseli narahat etdiyi ortadadır. Əslində sərhəd komissiyalarının növbəti görüşünün Brüsselə salınması heç də kiçik nəticə deyil və bunun üçün Azərbaycan Prezidentinin az səylər qoymadığı ədalət xatirinə qeyd edilməlidir. Sərhəd müzakirələri həm də Brüsselin meydançasına keçirilirsə, deməli Moskva bu məsələdə tək söz və ya meydan sahibi olmayacaq. Razılaşaq ki, heç Moskva da, bəlkə Yerevan da bunu öncədən istəmirdilər. Bu, Azərbaycan diplomatiyasının son Brüssel formatında iri qələbələrindən biri sayıla bilər.

İkinci, Avropa prezidenti Ş.Mişel üçtərəfli formatda noyabrın sonlarında yeni görüşü razılaşdırmaqla Brüssel formatına bəlli sonluğadək daimi xarakter vermək niyyətini ortaya qoyur ki, bu da Azərbaycanın prinsiplərinə tam uyğundur. Çünki sülh prosesinin Brüssel formatında möhkəmlənməsi Minsk Qrupu, həmsədrlər, Dağlıq Qarabağ münaqişəsi kimi köhnəlmiş terminlərin siyasi-diplomatik leksikondan tam silinib getməsi deməkdir. Zatən Avropa rəhbərliyi də həm Brüssel formatının legitimləşməsində, həm də köhnəlmiş terminlərin ritorikanı tərk etməsində maraqlıdır. Məhz buna görədir ki, Mişel mətbuat açıqlamasında münaqişə, Dağlıq Qarabağ, Minsk Qrupu kimi ifadələri bir dəfə də işlətmədi. Bu çox prinsipial əhəmiyyətli məsələdir.

Üçüncü, bu ay XİN başçılarının görüşü barədə konkret məsələ də əhəmiyyətlidir. Mişelin bu görüşün təşkili barədə "tərəflərə tapşırıq verildi" ifadəsi təsadüf deyil və Avropada Azərbaycan-Ermənistan sülh sazişi məsələsinə xüsusi önəm verildiyini göstərir. Məlumdur ki, sülh sazişi üzrə nazirlər səviyyəsində danışıqlar ideyası Avropa Birliyinə məxsusdur və ilk dəfə olaraq Mişelin vasitəçiliyi ilə 22 mayda əldə olunmuş razılaşma əsasında ötən ay Tiflisdə iki nazir görüşdü. Doğrudur, bu görüşdə konkret qərar verilmədi. Lakin iki nazirin vasitəçilərsiz görüşü dünyanın, xüsusən də Avropanın  diqqətini çəkən hadisəyə çevrildi. Təsadüf deyil, çünki vasitəçilərsiz təmaslar hər şeydən əvvəl Moskvanın vasitəçiliyindən çıxmağa doğru bir addımdır. Odur ki, Şarl Mişel XİN başçılarının ikitərəfli görüşünü təşviq etməklə sülh sazişinin hazırlanma prosesini sürətləndirmək istəyir ki, bu da Azərbaycanın mənafelərinə tam cavab verir. Məsələnin başqa əhəmiyyətli tərəfi bir də odur ki, Avropa Birliyi rəsmisi sülh prosesini təşviq etməklə həm də İlham Əliyevin 5 sülh prinsipini dəstəklədiyini nümayiş etdirir. Beləliklə, Azərbaycanın prinsipləri çərçivəsində saziş mətninin dəstəklənməsi Brüssel görüşünün mühüm nəticələrindən biri kimi qəbul edilə bilər.

Noyabra qədər maraqlı proseslərin şərti iki istiqamətini izləməyə dəyər. Əvvəla, Mişelin şahidlik etdiyi razılaşmaların necə icra ediləcəyi maraqlıdır.

İkinci, Moskvanın artıq öncədən "geosiyasi rəqabət" adlandırdığı prosesi neytrallaşdırmaq üçün hansı addımları atacağıdır...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ