Cümə axşamı günü, 12 noyabr 2026
     

“Brüssel görüşündə Ermənistana sülh müqaviləsi ilə bağlı konkret addımların atılması üçün son şans verildi” - Vüqar Rəhimzadə

Image


“Bu günün əsas müzakirə mövzusu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə sayca 4-cü görüşünün nəticələridir. Hər bir görüş qarşıya qoyulan hədəfə doğru atılan bir addım kimi dəyərləndirilir. Amma bir məqamı da unutmayaq ki, atılan addımın necə effekt verəcəyi  həmin görüşün mahiyyəti və onun təşəbbüsçüsünün hansı məqsəd naminə məsələnin çözülməsində maraqlı olması ilə sıx bağlıdır.

Artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin həllində vasitəçiliyi yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun ötən 30 ilə yaxın dövrdə keçirdiyi görüşləri  bu silsilədən hesab edə bilmərik. Çünki həmin görüşlər sadəcə təcavüzkar Ermənistana  vaxt qazandırmaq məqsədi güdən və imitasiya naminə aparılan danışıqlar idi.  Bunu Azərbaycan tərəfi çox yaxşı bilirdi. Lakin ötən 30 ilə yaxın müddətdə kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçməyə adətkar olub, özləri bu pinsiplərin mahiyyətindən xəbərsiz olan bəzi dünya güclərindən  yenə də ikili standartlara  əsaslanan siyasətlərinə son qoyub ədalətli yanaşma nümayiş etdirəcəklərini  gözlədik. Təəssüf ki, 30 ildə ədalət və beynəlxalq hüquq deyilən məfhumların mahiyyətinin zamana və məkana görə dəyişdiyini gördük. Yəni, şahidi olduq ki, supergüclər tərəfindən  istədikləri məqamda  güc və beynəlxalq hüquq öndə saxlanılır, istəmədikləri halda isə seyrçi mövqedə dayanıb hadisələrin  gedişi sadəcə öz maraqları baxımından idarə edilir. Halbuki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərdir və onların siyasətində haqqın və ədalətin yanında olmaq prioritet istiqamət təşkil etməlidir. Bu  məqamı hər zaman təkrar-təkrar qeyd etməyi özümüzə borc bilirik ki, bu dövlətlər həmin qətnamələrin layihəsinin hazırlanmasında və qəbulunda iştirak ediblər. Həmsədrlər bir qayda olaraq sənəddə  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, erməni silahlı birləşmələrinin bu ərazilərimizi qeyd-şərtsiz tərk etmələrinin vacibliyini əks etdirdikləri halda, vasitəçilik missiyasını yerinə yetirən zaman Ermənistanı ərköyün uşaq kimi əzizlədilər. Nəticə 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsi, Azərbaycanın bu savaşda tarixi Zəfər qazanması və ATƏT-in Minsk qrupunun arxivə atılmasıdır. Bəli, Azərbaycan tarixi Zəfəri ilə regionda və bütövlükdə dünyada  yeni reallıqlar yaratdı və onların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi, bəzi dünya güclərinin fəaliyyətlərini bu istiqamətdə qurmaları günümüzün reallıqlarıdır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə onun və Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşə münasibət  bildirərkən söyləyib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu görüşün yekunları Azərbaycanın növbəti diplomatik uğurudur: “Belə ki,  Brüsseldəki danışıqlarda erməni tərəfinin müqavimət göstərməsinə və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə etməyi bacardı. Beləliklə, bir ay müddətində Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Yeni sənəddə  nə Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupunun adı çəkilir. Artıq əminliklə söyləmək olar ki, Minsk qrupu formatı məhv oldu, bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının vasitəçilik  formatı var. Qarabağ münaqişəsi artıq tarixə qovuşub, yeni səhifə açılıb. Ermənistan keçmişlə yaşasa da Azərbaycan  postmünaqişə dövrünün  reallıqları fonunda işğalçı dövlətə gələcəyə baxmağa çağırış edir. Təbii ki, Azərbaycan xalqı ermənilərin illərdir törətdikləri faciələri, vəhşilikləri, soyqırımı aktlarını unutmur. Bunlar tarixidir. Çoxəsrilk tariximizi vərəqlədikcə erməni vəhşilikləri faktlar əsasında bütün dünya ictimaiyyətinə bəlli olur. Eyni zamanda, hazırkı dövrdə işğaldan azad edilmiş ərazilərimizin hər qarışı bu vəhşiliklərin, vandallıqların şahidləridir. Hər daşı, qayası tarix olan Qarabağımız və Şərqi Zəngəzurumuz  tariximizin bu səhifəsini real faktlar əsasında bu torpaqlara səfər edən hər kəsə- xarici ölkələrin səfirliklərinə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, media təmsilçilərinə çatdırır. Amma hazırkı dövrdə  regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün  sülh müqaviləsinin imzalanması ən vacib amildir.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu ilin aprel ayında keçirilən Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü 5 prinsipi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edildi. Bu, tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəkləməsidir.   Sülh müqaviləsi Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacaq.

Vüqar Rəhimzadə bütövlükdə avqustun 31-də keçirilən üçtərəfli görüşün yekununu belə ümumiləşdirir ki, bu, qeyd etdiyimiz kimi, Azərbaycanın diplomatik qələbəsidir: “Artıq bundan sonra konkret addımların atılması mütləqdir. Azərbaycan iki ilə yaxındır ki, qarşı tərəfə təkmil sülh modelini təklif etsə də, hələ də Ermənistan hakimiyyətinin bu istiqamətdə konkret addım atmadığının şahidiyik. Görünür, Ermənistan hələ də ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa olunacağına ümidlidir.  Amma 31 avqust görüşündə bir daha ATƏT-in Minsk qrupu deyilən uğursuz formatın  üstündən xətt çəkildi. Bir daha məlum oldu ki, 30 il ərzində  münaqişənin həlli istiqamətində bir addım belə atmaq barədə düşünməyən qurum postmünaqişə dövrünün reallıqlarını dərk etmək imkanında deyil. Eyni zamanda, Minsk qrupunun həmsədri olan dövlətlərin Azərbaycandakı səfirləri  mədəniyyət paytaxtımız Şuşada keçirilən beynəlxalq əhəmiyyətli konfransa qatılmırlar.  Bu hərəkətlərini  müxtəlif səbəblərlə əlaqələndirməyə, daha dəqiq desək, sanki belə bir addımın atılmasının zəruriliyi görüntüsü yaratmağa çalışanlardan bundan sonra  hansısa bir ədalətli yanaşma gözləməyə dəyərmi? Hələ bu, sadəcə son günlərin reallığıdır. Beynəlxalq konfransın mövzusuna diqqət yetirdikdə  həmsədr dövlətlərin  belə ədalətsiz yanaşmalarının kökündə nəyin dayandığı bəlli olur. Şübhəsiz, bu kimi faktları xeyli sayda sadalamaq olar. Çünki həmsədr dövlətlər  hər dəfə atdıqları ədalətə, beynəlxalq hüquqa zidd, qarşı tərəfə hörmətsizlik kimi belə addımlarını sadəcə bir “təsadüf” adı altında gizlətməyə çalışıblar. Azərbaycan dövləti belə “təsadüflərin” çox şahidi olub. Düşünsələr görüb dərk edərlər ki, özlərinə gizli, amma Azərbaycan tərəfinə, eyni zamanda, beynəlxalq ictimaiyyətə bəlli olan bu kimi addımları onlara göstərilən etimad limitini sıfıra endirdi və artıq bugünədək keçirilən heç bir görüşdə ATƏT-in Minsk qrupu ifadəsi dilə gətirilmir”.

“Azərbaycan dövləti Avropa İttifaqının vasitəçiliyindən məmnundur” söyləyən Vüqar Rəhimzadə bildirib ki, vasitəçi neytrallığı qoruyursa, bu artıq ədalətli yanaşmanın ortaya qoyulacağından xəbər verir: “Bunu qiymətləndirmək  üçün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü  ilə keçirilən görüşlərə, dövlət başçısı İlham Əliyevə edilən telefon zənglərində müzakirə olunan məsələlərə diqqət yetirmək kifayətdir. Məqsəd bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Avropa İttifaqı bu istiqamətdə hər bir dəstəyi göstərməyə hazır olduğunu nümayiş etdirir. Ölkəmizin qurumla əlaqələri yüksək səviyyədədir. İstər Aİ, istərsə də quruma üzv olan dövlətlərlə  münasibətlər yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin Brüssel görüşünün ardınca İtaliyaya işgüzar səfəri də deyilənlərin təsdiqidir. İstər iqtisadi, istərsə də siyasi sahədə əməkdaşlığın genişləndirilməsi üçün  böyük imkanlar mövcuddur. Azərbaycanın ədalətə və beynəlxalq mövqeyə əsaslanan siyasəti Avropa İttifaqı tərəfindən daim yüksək dəyərləndirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Avropa İttifaqının qəbul etdiyi sənədlərdə ərazi bütövlüyümüz  daim dəstəklənib, Azərbaycanın mövqeyi müdafiə olunub.  Ədalət meyarını öndə saxlayan quruma inam kontekstində bu fikri böyük əminliklə qeyd edə bilərik ki, Avropa İttifaqının və Şarl Mişelin səyləri  uğurlu vasitəçilik  formatıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında bildirib ki,  uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamağın vacib olduğunu bildirən Avropa İttifaqı Şurasının Prezidenti deyib: “Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir”. Şarl Mişel, həmçinin görüş zamanı fikir mübadiləsinin açıq və məhsuldar keçdiyini önə çəkərək bildirib ki, bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələri və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik. Son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görməyi sevindirici hal kimi dəyərləndirən Avropa İttifaqı Şurasının Prezidenti onu da əlavə edib ki, qurum  hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək: “Biz noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəldik”.

YAP Xətai rayon təşkilatının sədri reallıqların Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha təsdiqlədiyini vurğulayaraq bildirib ki, görüşdən öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dövlət başçısı İlham Əliyevə telefon zəngi və avqustun 31-də Brüsseldə keçirilən görüşün gündəliyinə aid məsələləri müzakirə etməsi də bunun bariz nümunəsidir: “Ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və bəzi dünya gücləri bunu maraqlarının arxasında gizlətməyə çalışsalar da hər dəfə mümkünsüzlüyünün fərqindədirlər”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ