Məlumdur ki, sentyabrın 1-də Azərbaycanın təkidli mövqeyi sayəsində nəhayət Xankəndinə aparan yol Laçın şəhərinin içindən çıxarıldı və ilk dəfə olaraq Yerevandan Xankəndiyə Laçından yan keçən yeni yol açıldı.
Bu, şəksiz Azərbaycan diplomatiyasının böyük qələbəsidir, çünki ermənilər 10 noyabr sənədinin həmin maddəsinin icrasını heç olmasa 2023-cü ilin sonunadək uzatmaq niyyətində idilər.
Lakin İlham Əliyev prosesləri sürətləndirə bildi.
Sentyabrın 1-də Ermənistan Milli Məclisinin müxalif "Mənim şərəfim" fraksiyasından olan deputatı Tiqran Abramyan xüsusi yanğı ilə öz feys hesabında status paylaşıb. "Düz 5 il əvvəl bu gündə biz Vardenisdən Mardakertə (Vardenis-Kəlbəcər-Agdərə yolunu nəzərdə tutur) Ermənistanla “Arsaxı” (qondarma rejimi nəzərdə tutur) birləşdirən ikinci yolu açdıq, həmin anda mən də, prezidentlər Sarkisyan, Saakyan da ən xoşbəxt adamlar idik. İndi nəyimiz var? Ermənistandan Qarabağa yeni yolu necə çəkdik, Xankəndiyə yolla ya dəhlizlə gedəcəyik, azərbaycanlılar buraxılış məntəqəsi qoyacaqmı və.s. kimi sualları müzakirə edirik".
Böyük məyusluqla Abramyan belə yazıb.
Ramil Quliyev