Cümə axşamı günü, 12 noyabr 2026
     

Sarkisyan indi də Paşinyan barədə kompromis sənədlər hədəsi ilə gündəmə gəlmək istəyir...

Image


Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı müxtəlif iddialar irəli sürülür. Bu iddialardan biri də onun xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilməsi ilə bağlıdır. Bu gün nəinki Ermənistanda, Rusiyada və başqa ölkələrdə də Paşinyana agent kimi yanaşmalar sərgilənir.

Erməni siyasi xadim Artur Hambartsumyan da Paşinyanı cəsusluqda ittiham edir və bildirir ki, bununla bağlı Serj Sarkisyanın əlində sənədlər var: “Serj Sarkisyan Nikol Paşinyanla Milli Təhlükəsizlik Xidməti arasında əlaqəni təsdiq edən sənədləri dərc edə bilər”.

O qeyd edib ki, Nikol Paşinyan, Ararat Mirzoyan və digər şəxslərin xarici xidmətlər tərəfindən cəlb olunduğu barədə ictimaiyyət arasında şayiələr dolaşır. “Onların davranışı, fəaliyyəti və fəaliyyətinin nəticələri də bunu göstərir. Əminəm ki, Serj Sarkisyanın bununla bağlı deyəcəkləri və ya dərc edəcəkləri olacaq. Müstəqillik bəyannaməsində, konstitusiyada yazılıb ki, bizdə hakimiyyət xalqdır. Xalqın isə bilməyə haqqı var. Biz sabah İrəvanın Respublika meydanında toplaşacağıq. Ondan tələb edəcəyik ki, faciə fonunda komanda yoldaşlarının necə multimilyonçu olmasının necə baş verdiyinə cavab versin. O, oktyabrın 10-da atəşkəs rejimini niyə pozdu, niyə Baş Qərargahın hesabatlarının əksinə olaraq Putinin İlham Əliyevlə razılaşdığı müharibəni dayandırmaq təkliflərini rədd etdi?”, - deyə Hambartsumyan bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl isə Rusiyanın erməni əsilli media meneceri Aram Qabrielyanov Paşinyanın ABŞ Dövlət Departamenti ilə birbaşa məxfi əlaqələrinin olduğuna dair fikirlər irəli sürüb.

  • “Bir müddət əvvəl öndə Köçəryan idi, indi Sarkisyanı da üzə çıxarmağa çalışırlar”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, şübhəsiz, bütün bunların hamısı Paşinyanın hakimiyyətdən getməsinə yönəlib. F.Ələkbərli hesab edir ki, Rusiyayönümlü qüvvələr, xüsusilə də fəallıq göstərmiş Robert Köçəryan da, Serj Sarkisyan da Paşinyanı hakimiyyətdən devirib yerinə gəlmək istəyir. “Son zamanlar Serj Sarkisyan da bu məsələdə daha çox fəallıq göstərir. Bir müddət əvvəl öndə Köçəryan idi, indi Sarkisyanı da üzə çıxarmağa çalışırlar. Bütün bunların arxasında da Rusiya dayanır. Əslində, Paşinyanın agent olması, xarici xüsusi xidmət orqanları ilə əlaqəsi barədə söhbətlər çox yayılır. Son vaxtlar bu məsələ daha çox qabardılır ki, Paşinyanın xarici xidmət orqanları ilə əlaqəsi var, onlarla əməkdaşlıq edir. Fikrimcə, bu söhbətin ortaya atılması Paşinyanın hakimiyyətdən getməsinə hesablanıb. Məlumdur ki, Paşinyan Qərb dövlətləri, xüsusən də ABŞ-la əməkdaşlıq etməyə can atır, yaxud da əməkdaşlıq edir. Bu Rusiyayönümlülər və ya Rusiyanın nəzarəti altında olan qüvvələr Paşinyanı agent, yaxud xaricə işləyən casus kimi qələmə verirlər. Bu məsələdə Rusiya mətbuatı da xeyli dərəcədə fəallıq göstərir. Rusiya tərəfindən Qərb dövlətləri ilə əməkdaşlıq edən Paşinyan, yaxud başqası agent kimi qələmə verilir. Ona görə də, məsələni ancaq bu yöndən qiymətləndirmək olar ki, burada əsas məqsəd Paşinyanın nüfuzuna zərbə endirməkdir, Ermənistan ictimaiyyəti arasında onu ABŞ-a, yaxud Qərbə işləyən bir agent kimi təqdim etməklə gözdən salmaq istəyirlər. Bütün hallarda Rusiya Ermənistanda yenidən öz rolunu oynamaq, daha doğrusu, itirilmiş nüfuzunu bərpa etmək istəyir. Son illər Ermənistanda Rusiyanın nüfuzu kifayət qədər aşağı düşüb. Bunu bərpa etməyin çarəsi isə Paşinyanı hakimiyyətdən göndərməkdir”.

“Bunun üçün də Rusiyaya xidmət edən Köçəryandan, Sarkisyandan və başqalarından istifadə edirlər” - deyən F.Ələkbərli qeyd etdi ki, Rusiya bu üsuldan bir çox postsovet ölkələrində istifadə edib və əsasən də nail olub. “Əsas məqsəd Ermənistan ictimaiyyətini Paşinyana qarşı qaldırmaq və ona qarşı müxalifəti gücləndirməkdir, onu devirməkdir. Məncə, Qərb də geri çəkilməyəcək, onu müdafiə edəcək. Bu məsələdə Ermənistan ictimaiyyətində Qərbpərəstlərlə Rusiyapərəstlər arasında gedən mübarizədə kimin daha çox güc toplamasından çox şey asılı olacaq. Yaxın aylarda yəqin ki, bu öz mahiyyətini ortaya qoyacaq. Serj Sarkisyanın Nikol Paşinyanla Milli Təhlükəsizlik Xidməti arasında əlaqəni təsdiq edən sənədləri dərc edə biləcəyi ilə bağlı deyilənlər də sırf Rusiyanın hesabladığı addımlardır. Bu mənada, şübhəsiz ki, Sarkisyanın əlində Paşinyanın əleyhinə sənədlərin olması məsələsinin gündəmə gətirilməsi təsadüfi deyil.  Biz demirik ki, Paşinyan süddən çıxmış ağ qaşıqdır, sadəcə son zamanlar ona yönəlik casusluq ittihamının genişlənməsi bunu deməyə əsas verir”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ