Cümə axşamı günü, 12 noyabr 2026
     

Türkiyənin Rusiya ilə əməkdaşlığı ABŞ-ı daha çox narahat etməyə başladı

Image


Rusiya ilə Türkiyənin, Cənubi Qafqaz ölkələrinin iqtisadi, ticarət əlaqələrini davam etdirməsi ABŞ-da getdikcə daha ciddi narahatlığa yol açmaqdadır. Xüsusən də Türkiyənin Rusiya ilə Qərb sanksiyaları fonunda dərinləşən ticari münasibətləri artıq okeanın o tayında böyük narazılıq yaradır.

Məsələ ilə bağlı “The Wall Street Journal” qəzeti yazır ki, artıq Birləşmiş Ştatlar Türkiyə şirkətlərinə ABŞ sanksiyaları altında olan Rusiya firmaları və vətəndaşları ilə əməkdaşlıq etməmək xəbərdarlığı edib. Bu xüsusda  müvafiq  məktub ABŞ maliyyə nazirinin müavini Uolli Adiemo tərəfindən Türkiyədəki Amerika Ticarət Palatasına, eləcə də  Türkiyə Sənaye və Biznes Assosiasiyasına göndərilib. Məktubda deyilir ki, sanksiya altında olan Rusiya şirkətləri ilə əməkdaşlıq edən Türkiyə şirkətləri özlərini ABŞ sanksiyalarına tuş olmaq risqi qarşısında qoyurlar. Məktubda xüsusi olaraq Türkiyə banklarına xəbərdarlıq edilir: "Rusiyanın sanksiyalara məruz qalmış vətəndaşları və təşkilatları ilə münasibətlər Türkiyənin maliyyə təsisatlarını və bizneslərini sanksiya risqi qarşısında qoya bilər”. Qəzet dəqiqləşdirir ki, Rusiya bankları ilə müxbir əlaqələri olan Türkiyə banklarına ABŞ bankları ilə hər hansı işbirliyi qadağan olunacaq. Məqalədə deyilir ki, bu məktub Rusiyaya görə Ankaranın üzərinə artan təzyiqlərdən xəbər verir. Türkiyə Ukraynaya müdaxiləyə görə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmayan yeganə NATO ölkəsidir. “The Wall Street Journal” yazır ki, nəticədə Türkiyə Rusiya kapitalı üçün sığınacağa çevrilib. Xatırladaq ki, ötən həftə də ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatlar və Türkiyənin maliyyə nazirlərinin müavinləri arasında telefon söhbəti barədə məlumat yaymışdı. Telefon söhbətində Adiemo türkiyəli həmkarına demişdi ki, rusiyalılar Türkiyədən ABŞ sanksiyalarından yayınmaq üçün istifadə edirlər. O vaxt Türkiyə nazirinin müavini amerikalı həmkarını əmin etmişdi ki, Türkiyənin şirkət və vətəndaşlarına ABŞ sanksiyalarını pozmaq qadağan edilib. lakin ABŞ bunu kafi hesab etmir. Bundan öncə isə “The New York Times”  nəşri də yazmışdı ki, Rusiya və Türkiyə liderləri Vladimir Putinlə  Rəcəb Tayyib Ərdoğanın əməkdaşlığı NATO-da böyük qıcıq yaradır: “Bu əlaqələr Qərbin bütün gücü ilə qurmağa çalışdığı sanksiya bəndində əhəmiyyətli bir boşluq yaradır. Ankara Moskvaya qarşı sanksiyalara qoşulmayıb, Rusiya bankları ilə işləmək imkanlarını axtarır, həmçinin Rusiyanın kredit kartları ilə ödənişləri qəbul edir. Bir müddət əvvəl ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi İvo Daalder demişdi ki, Putinin Şimali Atlantika Alyansına daxil olan ölkələrin rəsmiləri ilə dostluq münasibətləri var. Xüsusiə Ərdoğanın, Macarıstanın baş naziri Viktor Orbanın, həmçinin İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı çəkilir”.

Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Soçiyə son səfəri həqiqətən də NATO-ya üzv ölkələrin paytaxtlarında səs-küyə səbəb olub. Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə komissiyasının sədri Aleksey Puşkov isə qeyd edir ki, iki lider arasındakı danışıqlar Qərbin Moskvanı təcrid etmək cəhdinə zərbə vurur: “NATO ölkəsi liderinin Rusiyaya səfəri Qərbin Rusiyanı təcrid etmək strategiyasını sarsıdır. Əgər belə izolyasiyaya qarşı təkcə Çin, Hindistan və ya Argentina deyil, həm də Qərb alyansının mühüm üzvü çıxırsa, bu, Qərbin təcrid siyasətində uğursuzluğa düçar olması deməkdir. Həm də təkcə qlobal miqyasda deyil, bu artıq göz qabağındadır, hətta Qərb alyansının özü səviyyəsində də. Bunu isə bütün siyasi dünya görür”. Senator qeyd edib ki, Putinlə Ərdoğanın danışıqlarını dəqiq ikitərəfli komponentlə qiymətləndirmək lazımdır: “Çünki burada  ticarət sahəsində, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçid, "Mir" ödəniş sisteminin tanınması və sair kimi sanksiya siyasətini alt-üst edən çox mühüm razılaşmalar əldə olunub. Ərdoğan, təbii ki, Türkiyənin maraqlarını irəli sürür və bunu etməsəydi, qəribə olardı. Amma bu gün Türkiyə və Rusiyanın maraqları bir sıra aspektlərdə üst-üstə düşür”. Türkiyənin bu mövqeyi ABŞ-da narazılıq yaradır. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da bu fonda ölkəsinin Maliyyə Nazirliyinin türk tərəfdaşlarına xəbərdarlıq etdiyini bildirib.  Rusiyanın Türkiyə vasitəsilə sanksiyalardan yan keçməsi ilə bağlı mümkün addımları ilə bağlı sualı cavablandırarkən o deyib: “Yüksək rütbəli məmurlar mütəmadi olaraq həmkarları ilə təmasdadırlar. Mövcud sanksiyalar rejimini saxlamaq və boşluqları aradan qaldırmaq üçün kollektiv şəkildə əlimizdən gələni etdiyimizi təmin etmək üçün məlumat mübadiləsi aparılır”. Bu xüsusda jurnalistlərdən biri Praysa Rusiya vətəndaşlarının və ayrı-ayrı şəxslərin Cənubi Qafqazda - Azərbaycanda, Gürcüstanda və Ermənistanda eyni fəaliyyətlə məşğul olduğunu qeyd edib və bu halda ABŞ-ın eyni xəbərdarlığı onlara da etməyə  hazır olub-olmadığını soruşub. Ned Prays belə cavab verib: “Bunlar dünyanın bir çox yerində apardığımız müzakirələrdir. Bəli". Məlumatlara görə isə, əslində Cənubi Qafqaz ölkələri arasında Ermənistanın Rusiya ilə əlaqələri ABŞ-ı daha çox narahat edir. Çünki Rusiya şirkətləri Ermənistan üzərindən Qərb sanksiyalarından yayınmaq üçün daha çox əməliyyat aparır. Azərbaycana isə bu xüsusda indiyə kimi hansısa xəbərdarlıq edilməyib, əksinə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daim ABŞ tərəfindən alqışlanır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ