Cümə axşamı günü, 12 noyabr 2026
     

“İranşünas” Voskanyan icad etdiyi yeni terminlə Azərbaycana növbəti böhtanı atdı - “toponim müharibəsini” kim aparır...

Image


Ermənistanda bütün sahələrdə olduğu kimi, tarix elmi sahəsində də ciddi saxtakarlıqlar mövcuddur. Bu toplumun içindən çıxan “alimlər” saxtalaşdırmadan böyük zövq aldıqlarını hər addımda hiss etdirirlər. Bilirik ki, hazırkı Ermənistan adlı dövlət Azərbaycanın tarixi ərazisində qurulub.

Onun necə, kimlərin təhriki ilə qurulduğu məlum olduğu üçün təfərrüatlara varmırıq. Bircə onu qeyd etdmək istəyirik ki, o ərazinin Azərbaycan xalqına aid olduğunu sübut edən on minlərlə toponimlər, abidələr, xarici müəlliflərin yazıb sənədləşdirdiyi materiallar, arxiv sənədləri, mənbələr var. Lakin erməni alimləri nə qədər yalan danışsalar da, fakt faktlığında qalır. Azərbaycana mütəmadi olaraq şər-böhtan atan dəstənin önündə gedənlərdən biri olan İrəvan Dövlət Universitetinin (YDU) Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan yenə də şər dəyirmanını qoşub yalan üyütməklə, Azərbaycana böhtan atmaqla məşğul olur. Azərbaycan Prezidentinin dəfələrlə çıxışlarında Qərbi Azərbaycandakı toponimləri öz qədim türk adları ilə adlandırması, alimlərimizin bu sahədə uğurlu tədqiqatlar ortaya qoyması, toponimlərimizin əsl adlarının bərpa edilməsi prosesi Voskanyanı da, başqa “yanları” da ciddi narahat edir. Çünki onların uydurmaları, mifləri ifşa olunur.

Panorama.az saytına açıqlamasında Voskanyan həqiqətə uyğun olmayan iddialar irəli sürüb, qeyd edib ki, guya rəsmi Bakı “toponim müharibəsi” aparır və “toponim müharibəsi”nin bütün “vasitələrindən istifadə edir”.  

Voskanyan yazır ki, guya Azərbaycan həm Qarabağda, həm də Ermənistanda toponimləri “saxtalaşdırıb”. Voskanyan belə sərsəmləyir: “Vardenis - Basarkeçər, Sisian - Qarakilsə, Qoris - Gorus və digər erməni toponimləri  vəhşicəsinə təhrif olunur, süni yaradılmış Azərbaycan adları ilə əvəzlənir (???)”. Adını “İranşünas”, “tarixçi” qoyan bir “alim” bilmir ki, iddiaları tamamilə yanlışdır. O bilmir ki, Basarkeçərin, Qarakilsənin, Gorusun, daha neçə-neçə yurdlarımızın adılarını onlar saxtalaşdırıblar, erməniləşdirməyə cəhd ediblər. Məlumdur ki, toponim müharibəsini Azərbaycan deyil, Ermənistan aparır və kütləvi olaraq Qərbi Azərbaycanda toponimlərimizi saxtalaşdıraraq onları erməniləşdirməyə çalışıb. Bu azmış kimi, işğal dövründə Kəlbəcərin, Laçının və başqa rayonlarımın adlarını, toponimlərini erməniləşdirməyə çalışıblar, hətta xaricdəki erməni lobbisinin dəstəyi ilə Google.map-da və başqa elektron xəritələrdə, axtarış sistemlərdə bizim yer-yurd, şəhər adlarımızı saxta erməni adları ilə veriblər. 44 günlük müharibədən sonra həmin yerlər yenidən öz tarixi adları ilə adlandırılmağa başlayıb. Bu da, sözsüz ki, Voskanyan kimilərinin kürkünə birə salır, 30-40 illik saxtalaşdırma işlərini ifşa edir.

Mütəxəssislərimiz deyir ki, Ermənistan bizə qarşı uzun illərdir toponim müharibəsi aparır və bunu bütün dünya bilir. Alimlər qeyd edir ki, Qərbi Azərbaycandakı bütün tarixi yerlərimizin, toponimlərimizin adları Ermənistan dövləti tərəfindən saxtalaşdırılıb.

  • “Voskanyan təxribatla məşğul olur”

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan həmişə toponim təxribatları ilə məşğul olub və Azərbaycan toponimlərinə qarşı saxtalaşdırma kampaniyası aparıb. Bu gün Voskanyan kimilərinin Azərbaycanı toponim müharibəsi aparmaqda ittiham etməsinin əsası olmadığını deyən E.Kəlbizadənin sözlərinə görə, Azərbaycan ədaləti bərpa edib yurd yerlərimizin, kəndlərimizin, şəhərlərimizin tarixi adlarını özlərinə qaytarır, onları erməni saxtakarlığından təmizləyir.  “Qafqazda ilk erməni dövlətinin yaradıldığı 1918-ci ildən bugünə qədər ötən müddət ərzində ermənilər yer adlarını – toponimləri sistematik şəkildə erməniləşdirib. Ermənistan ərazisindəki toponimlərin mənşəcə türklərə məxsus olduğunu tarixi mənbələr sübut edir. Məsələn, 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə  indiki Ermənistanın ərazisindəki toponimlərin tam əksəriyyəti türk mənşəli toponimlər olub. XIX əsr müəlliflərindən İ.Şopenin , Q.Abixin , E.Q.Veydenbaumun və digərlərinin əsərlərində, çar Rusiyası dönəminə aid rəsmi sənədlərdə indiki Ermənistan ərazisində qeydə alınmış toponimlərin türk mənşəli olmasına dair məlumatlar verilib. 1988-ci ildə Ermənistan SSR-in 280 kəndindən azərbaycanlılar deportasiya edilib  və bu yaşayış məntəqələrinin adlarının da tədricən erməniləşdirilməsinə başlanıb. SSRİ-nin süqutundan və Ermənistan Respublikasının müstəqilliyinin elan edilməsindən sonrakı mərhələdə də tarixi adların və toponimlərin saxtalaşdırılması dövlət səviyyəsində həyata keçirilib. Azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiya edildiyi Ermənistanda əksər türk mənşəli toponimlər və oykonimlər dəyişdirilib, erməni dilində adlandırılıb. İndiki Ermənistan ərazisində olan 1220 Azərbaycan toponimindən 964-nün, yəni 79%-nin erməniləşdirildiyi məlumdur . Hətta 2006-cı ildə respublika ərazisindəki toponimlərin saxtalaşdırıldığını Ermənistan Respublikası Hökuməti yanında Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin sədri Manuk Vardanyan özü müsahibəsində etiraf edib. Belə ki, Ermənistanın ilk milli atlasının nəşri ilə bağlı müsahibəsində o, atlasda 40 min coğrafi adın qeydiyyata alınacağını və bu zaman başqa dillərə məxsus olan 8-10 min coğrafi adın dəyişdirilərək erməni adları ilə əvəz olunacağını vurğulayıb”. 

E.Kəlbizadənin sözlərinə görə, həmin sayda adların, demək olar ki, hamısı tarixən azərbaycanlılara aiddir. Alimin qeyd etdiyinə görə, təhlillər göstərir ki, indiki Ermənistanın əksər yaşayış məntəqələrinin adları türk mənşəlidir: “Bu baxımdan hesab edirəm ki, kütləvi informasiya vasitələrimiz Ermənistanla bağlı məlumat və xəbərləri yayarkən mütləq tarixi Azərbaycan – türk toponimlərindən istifadə etməlidirlər. Yerevan – İrəvan, Kotayk – Ellər, Lori – Dağ Borçalısı, Sünik – Zəngəzur, Tavuş – Tovuzqala, Araqatson – Ələyəzdağlı, Ələyəzli, Ararat –Vedi, Şirak – Şörəyel, Armavir – Sərdarabad, Geğarqunik – Başkənd, Vayotsdzor – Keşişkəndvə ya Dərələyəz şəklində adlandırılmalıdır. Bilmək lazımdır ki şəhərlərdən, Alaverd - Allahverdi, Axtala - Ağtala, Tumanyan - Manas, Şamlux -Şamlu, Spitak - Hamamlı, Stepanavan - Cəlaloğlu, Vanadzor - Böyük Qarakilsə, Sisyan - Qarakilsə, İcevan - Karvansaray, Noyemberyan - Barana, Ayrum – Ayrımdır. Bu siyahını uzatmaq da olar. Erməni “alimləri” XX əsrin əvvəllərində hətta çar Rusiyasının özünün dərc etdirdiyi xəritələrdə neçə “tarixi” erməni adının olduğunu göstərsinlər, sonra bugünki adlardan danışarlar”-deyə E.Kəlbizadə vurğuladı.

E.Kəlbizadə onu da qeyd etdi ki, Voskanyan alim deyil, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşıdır və onu “alim” adı ilə saxtalaşdırma prosesinə cəlb ediblər. Voskanyanın gerçək bir təxribatçı olduğunu və Azərbaycan tarixini saxtalaşdıranlardan biri olduğunu deyən E.Kəlbizadə hesab edir ki, “iranşünasın” missiyası aranı qatmaqdır: “Voskanyan təxribatla məşğul olur və o alim deyil, Ermənistan xüsusi xidmət orqanları tərəfindən elm aləminə salınmış adamdır. O alim olmadığı üçün onun iddialarına əhəmiyyət vermək lazım deyil. Amma söhbət ondan gedir ki, bu “alim” Azərbaycana böhtan atır. Bizim əlimizdəki bütün faktlarda, sənədlərdə, mənbələrdə açıq sübut olunur ki, ermənilər bizim toponimləri saxtalaşdırıb. Bütün bunlar da aydın göstərir ki, biz Ermənistana qarşı yox, Ermənistan bizə qarşı toponim müharibəsi aparır. Həyata keçirdikləri saxtalaşdırma aktları buna əyani sübutdur”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ