Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanda erməniləşdirilən alban abidələrinin böyük siyahısı var...

Image


Bilirik ki, ermənilər özlərini “dünyada ilk xristian etnosu” sayırlar. Hətta bir az irəliyə gedib Ermənistanı da dünyada xristianlığı qəbul edən “birinci dövlət” kimi qələmə verirlər. Buna uyğun rəvayətlər, uydurmalar quraşdırıb internet resurslarını, xüsusən də “Vikipediya”nı doldurublar. Onlar bu uydurmaları ən müxtəlif dillərdə hazırlayıblar.

İndiki Ermənistan adlanan ərazi Azərbaycana məxsusdur və Albaniyanın (Qafqaz Albaniyasının) bir parçasıdır. Həm Albaniya, həm də ondan əvvəlki və sonrakı dönəmlərdə bu ərazidə də böyük mədəniyyət formalaşıb və xristian türklər burada öz izlərini qoyublar. Həm xristianlıq, həm Zərdüştlük, həm də ondan qədim çağlara aid dini abidələr, monastırlar olub. Qərbi Azərbaycan ərazisi həm xristian alban irsi ilə zəngin olub, həm də islam abidələri ilə. Qoç daşlar, xaç daşlar, qoç və at heykəlləri, daş abidələr, onlarla kilsə, monastır hamısı Azərbaycan xalqının irsi olub, amma çox təəssüf ki, sonradan bu irs ermənilər tərəfindən mənimsənilib. Mənimsənilənə qədər isə bu irs üzərində ciddi saxtalaşdırma əməliyyatları aparılıb.  Bəli, Albaniya xristianlığın yayıldığı, pərvəriş tapıb inkişaf etdiyi bir ölkə kimi tarixə düşüb və Qafqaz Albaniyasında xristianlığın ilk dövrləri üçün xarakterik olan məbəd kompleksinin qalıqları bu gün də ərazilərimizdə qalır, o cümlədən də tarixi torpağımız olan Qərbi Azərbaycanda da onların qalıqları var. Amma təəssüf ki, onlar ermənilər tərəfindən erməniləşdirilib.

Ermənistandakı Azərbaycan irsinin dağıdılması, məhv edilməsi bir dövlət siyasəti olub. Nəticədə isə xristian-alban irsi olan abidələrimiz, kilsə və monastırlarımız ermənilərin adı ilə tanıdılıb. Onu da vurğulayaq ki, ermənilər bir neçə abidəni “erməni irsi” kimi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edib. Məsələn, 1996-cı ildə Haghpat və Sanahin monastırları, 2000-ci ildə Eçmiədzin şəhərində yerləşən kilsə, Zvartnots antik şəhəri və Geghard Monastırı və Yuxarı Azat vadisi də 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilib. Bizim ərazilərə kütləvi olaraq XIX əsrdə köçürülüb gətirilən, məskunlaşdırılan ermənilər qədim abidələrimizə qondarma adlar taxaraq onları “erməni irsi” olaraq tanıdırlar. UNESCO-ya daxil edilən Göy Mələklər məbədinin 643-652-ci illərdə katolikos III Nerses tərəfindən tikildiyini iddia edirlər. Guya bu məbəd həm də “erməni memarlığı” üslübunda tikilib və 2000-ci ildə Üçkilsə abidələri ilə birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Bunlar saxtakarlıq edib bu abidələri UNESCO-ya təqdim edirlər. Üçkilsənin də Azərbaycan irsinin bir nümunəsi olduğu və sonradan Eçmiədzin adı ilə erməni-qriqoryan dini mərkəzinə çevirildiyi faktdır. Bunu da, dediyimiz kimi, ermənilər UNESCO-ya qədər aparıb çıxarıblar. Bu gün Ermənistan ərazisində olan bütün qədim xristian abidələrinin hamısının qriqoryanlaşdırılması həqiqiqətdir. Sünikdəki Şəki qalasını, Urud abidə kompleksini ermənilər öz adlarına çıxırlar. Buradakı qoç daşlarını isə dağıdıblar. Məlumatımıza görə, X əsrə aid olan  Ağtala monastır kompleksini də Ermənistan UNESCO-ya təqdim etmək istəyir. Bunu gürcülər Gürcüstan monastırı adlandırsa da, lakin Ermənistanda dövlət qeydiyyatına alınıb. Qərbi Azərbaycan (Ermənistan respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi, Sarakat məbədi və sair alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir ki, bunları da Ermənistan mənimsəyib. Bu abidələrin hər biri qeydiyyata alınıb və Ermənistan tərəfindən gəzməli görməli məkanlar kimi turizm marşurutlarına daxil edilib və hər biri barədə də internetdə xüsusi səhifələr yaradıbılıb, məlumatlar, fotoşəkillər, videolar yerləşdirilib.

Yazını hazırlayarkən, təəssüf ki, Ermənistandakı alban-xristianlıq dövrü abidələrinin tam siyahısını əldə edə bilmədik. İnanırıq ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun albanşünaslıq mərkəzi bu abidələrin müfəssəl siyahısını hazırlayıb internet resurslarında yerləşdirəcək.

Qeyd etdiyimiz kimi, Ermənistanda erməniləşdirilən və erməni abidəsi kimi UNESCO-ya daxil edilən alban-xristianlıq dövrü abidələrini araşdırmaq alimlərin işidir və çox təəssüf ki, zamanında onlara sahib çıxmadığımız üçün bədnam ermənilər onlardan öz adlarına istifadə edirlər.

  • “Çox təəssüf ki, bu gün o monastırlarımızı ermənilər saxtalaşdıraraq Ermənistan abidələri kimi təqdim edirlər”

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda alban-xristian irsinin erməniləşdirilməsi prosesi gedib: “Çox maraqlı bir mövzuya toxunmusunuz. Müasir Ermənistan ərazisində orta əsrlər dövrünə aid çox məşhur məbədlər var. Əsasən Azərbaycan Gürcüstan sərhəddinə yaxın Loru Pəmbəkdə Sənain, Axbat monastrı və başqa monsatrlar mövcuddur. Bunların məndə arxiv materialları da var ki, burada XIX əsrin əvvəlində  Eçmiadzin kilsəsi hətta Axbat monastrının rəhbərini öldütdürür, oranın sənədlərini oğurlayır və sonra isə o sənədləri rus kilsəsinə təqdim ediblər ki, bu guya erməni kilsəsidir. Eyni vəziyyət başqa məbəd və kilsələrdə də baş verib. Çar Rusiyası gələ-gələ və  Eçmiadzin  güclənə-güclənə bu proses bütün indiki Ermənistan ərazisində baş verib. Qoşavəng kilsəsi var. Yüzlərlə məbədimiz erməniləşdirilib. Çox təəssüf ki, bu gün o monastrlarımızı ermənilər saxtalaşdıraraq Ermənistan abidələri kimi təqdim edirlər”.

Qeyd edək ki, bəzi arxeoloqlar deyir xaç daşlar bizə aid olsa da, onlar da ermənilər tərəfindən saxtalaşdırılılıb. Bu gün UNESCO-ya xaç daşlar yalnız “erməni abidələri” kimi düşüb...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ