şənbə günü, 19 sentyabr 2026
     

Dünya Çin-ABŞ müharibəsinin bir addımlığında...

Image


Ukraynaya Rusiya hərbi müdaxiləsinin reallaşması Çinin Tayvanla bağlı siyasətini yenidən nəzərdən keçirməsinə səbəb olub. Rəsmi Pekin bu ada dövləti üzərində nəzarəti diplomatik, bu mümkün olmadığı halda hərbi yolla geri qaytarmaqda israrlı olduğunu bildirir. Lakin ABŞ-ın dəstəyini alan Tayvan Çinin nəzarətinə qayıtmaq niyyətində olmadığını bildirib.

Belə bir vaxtda ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana gələn ay səfərə hazırlaşması Vaşinqton və Pekin arasında münasibətləri daha da gərginləşdirib. Çin Nensi Pelosinin Tayvana səfəri ilə bağlı ABŞ-a xüsusi xəbərdarlıq edib. “Financial Times” qəzetinə danışan Çin rəsmisi Nensi Pelosinin səfərinə mümkün hərbi cavabı da istisna etməyib. “Financial Times” bu bəyanatın Çinin son dövlərdə ən sərt təpkisi olduğunu vurğulayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian belə bir səfərin Çinin suverenliyini və ərazi bütövlüyünü pozacağını bildirib: “Əgər ABŞ Pelosinin səfəri ilə bağlı öz mövqeyində israrla davam edərsə, Çin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün güclü və qətiyyətli tədbirlər görəcək. Hələ bu ilin aprel ayında səfər mövzusu gündəmə gələndə Çinin xarici işlər naziri Vanq Yi “bu, qırmızı xətti keçmək demək olacaq” deyə bildirmişdi.  Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri sonuncu dəfə Tayvanı 1997-ci ildə ziyarət edib. Bu fonda prezident Co Bayden Nensi Pelosinin səfərinin baş tutub-tutmayacağı ilə bağlı şübhələrinin olduğunu qeyd edib. O, ABŞ-ın ordu mənsublarının bunun yaxşı fikir olmadığı barədə xəbərdarlıq etdiklərini gizlətməyib. Məsələyə Çin Müdafiə Nazirliyi də münasibət açıqlayıb. Nazirliyin sözçüsü Tan Kefei, səfər baş tutacağı təqdirdə, Çin ordusunun boş dayanmayacağını bildirib. Sözçü bu səfərin vahid Çin siyasətinin pozulması olduğunu bildirib. Tan Kefei Çinin suverenliyini və ərazi bütövlüyünü qoruyacaqlarını vurğulayıb. Çinin “Global Times” qəzeti isə yazır ki, Pelosinin təyyarəsini mütləq Çin qırıcıları  müşayiət edəcək. “South China Morning Post” qəzeti isə Çinin Pelosinin səfəri günü Tayvan üzərində “uçuş qadağan zonası” elan edə biləcəyini yazıb. Uçuşa qadağan zonanın pozulması müharibənin səbəbi hesab olunur.

Tayvanda mövcud hakimiyyət belə bir vaxtda gərginliyi daha da artıran addım atıb. Tayvan ordusunun “mümkün Çin işğalına qarşı” hərbi təlim keçirdiyi açıqlanıb. Xəbərdə hər il keçirilən “Wannan” təlimlərinin bu tarixə təsadüf etməsinin məqsədyönlü olduğu bildirilib. Təlimə hava və dəniz qüvvələrinin birgə fəaliyyəti ilə bütün quru və mexanikləşdirilmiş qoşunların səfərbər edildiyi də açıqlanıb. “The Washington Post” qəzetinin xəbərinə görə, Tayvan Milli Müdafiə Nazirliyinin sözçüsü Sun Li-Fanq bildirib ki, təlim əvvəlkilərdən fərqlənir və daha çox müharibə dövrünə hazırlanıb. O izah edib ki, bu haqda qərar beynəlxalq vəziyyəti, o cümlədən Ukraynadakı müharibəni yaxından izlədikdən sonra qəbul edilib. Pelosinin səfərinin hələlik dəqiq olmadığını deyən Sun Li-Fanq bildirib: “Tayvan ordusu Çindən ola biləcək müdaxilələrə hazırdır. Çin Xalq Azadlıq Ordusu nə etmək qərarına gəlsə də, bizim ordu onun öhdəsindən gələcəyinə əmindir”. Xatırladaq ki, Tayvan rəsmiləri bu yaxınlarda paytaxt Pekini vura biləcək raketlərə sahib olduqlarını iddia edərək, Çini ada ölkəsinə hücum etməzdən əvvəl iki dəfə düşünməyə çağırmışdılar. Tayvan Qanunvericilik Assambleyasının sədri You Si Kun, Çin işğala qərar verəcəyi təqdirdə, ölkəsinin “Yun Feng” səsdən sürətli qanadlı raketlərindən istifadə etməkdən çəkinməyəcəyini bildirib: “Yunq Feng” raketləri artıq Pekini vura bilər və Tayvanın Pekinə hücum etmək imkanı var”. Bu fonda ABŞ hərbi gəmiləri də Hind-Sakit okean regionunda təlimlərə başlayıb. Ekspertlərə görə, bu, Pekinə xəbərdarlıq mahiyyəti daşıyır. Pekin isə geri addım atmır və qarşıdurmaya hazırdır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bütün ssenarilərə hazırlaşdıqlarını bildirib: “Biz strateji qeyri-müəyyənlik siyasətini davam etdiririk”. Sallivan Çin müharibəyə başlayacağı halda ABŞ-ın iştirakçı olub-olmayacağı ilə bağlı suala konkret cavab verməyib. Vaşinqton kimi Yaponiya da Çinin Tayvanı ələ keçirməsi ehtimalını yüksək qiymətləndirir. Tokio belə bir müharibənin başlamasını istəmir. Çünki müharibə başlayacağı halda Tokio Vaşinqtonu müdafiə edərək Çinlə üz-üzə qalacaq. ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin direktoru Uilyam Börns isə qeyd edir ki, gərginliyə baxmayaraq, Çin Xalq Respublikasının sədri Si Cinpin Tayvanı nəzarətə götürməkdə qərarlıdır, lakin hərəkətə keçməzdən əvvəl Rusiyanın Ukraynadakı müharibəsindən dərslər öyrənir: “On illər keçdikcə bunun risqləri, bizə elə gəlir ki, daha da artır. Si Cinpinin Çinin Tayvan üzərində nəzarəti təmin etmək əzmini gözardı etməzdim”. Onun sözlərinə görə, Çin Ukraynada baş verənlərdən sonra o nəticəyə gəlib ki, əzici qüvvə ilə tez, qəti qələbələr əldə etmək mümkünsüzdür: “Güman edirəm, Çin rəhbərliyinin və ordusunun çıxardığı dərs odur ki, əgər gələcəkdə bunu düşünmək istəsəniz, böyük güc toplamalısınız. Çin həm də, yəqin ki, informasiya məkanına nəzarət etməli və iqtisadiyyatını sanksiyalar potensialına qarşı gücləndirmək üçün əlindən gələni etməli olduğunu öyrənib”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ