Məlum olduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" adlı sonuncu - dördüncü panel keçirilib. Paneldə Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.
Şuşada keçirilən Media Forumu bütün dünyaya səs saldı. Media Forumunun Şuşada keçirilməsinin əhəmiyyəti haqqında danışan Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov bildirdi ki, Şuşada keçirilən beynəlxalq mediaforum dünyaya çoxlu mesajlar verdi: "Bu forum dünyaya belə bir mesaj verdi ki, Şuşa Azərbaycanın təkcə mədəniyyət yox, eyni zamanda, ideologiya mərkəzidir: "Bizim milli ideologiyamızın mərkəzində Qarabağ dayanır. Əsas məqsəd Qarabağın bərpasıdır. Azərbaycan Qarabağın inkişafına çalışır.
Vasif Həsənli: "Bu forum çox möhtəşəm təşkil olundu, tarixi və əzəmətli beynəlxalq tədbir idi"
Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli qeyd etdi ki, bu forum çox möhtəşəm təşkil olundu, tarixi və əzəmətli beynəlxalq tədbir idi: "Milli Mətbuat Günü tarixində ilk dəfə idi ki, doğma Şuşamızda 22 iyul Mətbuat Günü belə yüksək səviyyədə qeyd olundu.Tədbirin əvvəlində Prezident İlham Əliyevin tədbir iştirakçılarına və Azərbaycan jurnalistlərinə təbrik məktubu səsləndirildi. Həm cənab Prezidentin təbriki, həm də jurnalistlərin Bakıdan Şuşaya rahat gedib-gəlməsi üçün müasir və geniş təyyarənin ayrılması əlamətdar hadisə oldu. Bu, həm də cənab Prezidentin, dövlətimizin öz jurnalistlərinə olan diqqət və qayğısı idi. Şuşa Beynəlxalq Forumu çox səmərəli müzakirəkərlə başa çatdı. Forumda 6 panel iclası təşkil olundu, medianın problemləri və qarşıda duran məsələlər geniş müzakirə olundu. Müzakirələrdə həm yerli, həm də beynəlxalq peşəkar media təmsilçilərinin fikirləri dinlənildi. Sağ olsunlar, Azərbaycanın həm müstəqil, həm müxalifət, həm də iqtidaryönümlü media təmsilçiləri Şuşa forumunda bir araya gətirildi. Baki-Xeber.com vasitəsilə faydalı müzakirələrə və obyektivliyinə görə bir daha MEDİA agentliyinin icraçı direktoru Əhməd müəllimə təşəkkür edirəm".
Günel CƏLİLOVA