Cümə axşamı günü, 12 noyabr 2026
     

Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı israrları nəticə verməyə başlayır

Image


Ankara ikitərəfli münasibətlərin normallaşdırılması məsələsində Ermənistandan konkret addımlar gözləyir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT telekanalının efirində deyib.

Mövlud Çavuşoğlu bildirib ki, Ermənistanın artıq konkret fəaliyyətə keçməsinin vaxtıdır: “Biz hələ Ermənistandan konkret addımlar görməmişik. Artıq Nikol Paşinyanın rəhbərlik etdiyi administrasiya bu istiqamətdə müsbət addımlar atmalıdır”. Qeyd edək ki, bu vaxta qədər Türkiyə və Ermənistan arasında müəyyən razılıqlar əldə edilib. Məsələn, iyulun 1-də Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Vyanada keçirilən görüşündə üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan quru sərhədindən keçmək imkanının tez bir zamanda təmin edilməsi və iki ölkə arasında yüklərin hava yolu ilə daşınmasına başlanması qərara alınıb. Qurban bayramında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Amma bu iki dövlətin ümumi sərhədə malik olmasına baxmayaraq, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və qarşılıqlı münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, sonradan bu sənədlər ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolları ləğv edib. 2021-ci ildə hər iki ölkədə ikitərəfli münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin edilib. Yuxarıda qeyd edildiyi kimi, xüsusi nümayəndələr müəyyən məsələlər üzrə razılığa gələ biliblər. Amma Türkiyə regionda sülh və barış üçün Ermənistanın üzərinə götürdüyü öhdəliklr üzrə müvafiq addımlar atmasını, xüsusən də Zəngəzur dəhlizinin açılması prosesinin tezləşdirilməsini istəyir. Erməni siyasi şərhçi Benyamin Matevosyan bildirir ki, İrəvan Ankaranın istəklərini gec-tez yerinə yetirəcək: “Ermənistan baş naziri Nikol Paşinyan üçün Zəngəzur dəhlizinin verilməsi ilkin şərtini yerinə yetirmədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş mümkün deyil”. Onun sözlərinə görə, Paşinyanın Ərdoğanla görüşmək istəyi Cənubi Qafqazda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib:
“Paşinyanın belə istəyi ilk dəfə 2021-ci ilin sentyabrında məlum olub. Həmin vaxt Türkiyə prezidenti Ermənistan baş nazirinin onunla görüşməyi təklif etdiyini və bu təklifi ona Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin çatdırdığını bildirib”. Matevosyan qeyd edib ki, Paşinyan Rusiya prezidenti Vladimir Putinə belə bir xahişlə müraciət etsəydi, təəccüblü olmazdı, çünki Putinlə Ərdoğan arasında yaxşı şəxsi münasibətləri var: “Ancaq Türkiyə və Azərbaycan mediasının təhlili göstərir ki, Ərdoğan Paşinyana, hətta şəxsi görüş üçün də ilkin şərt qoyub. Laçın dəhlizi ilə eyni prinsiplərlə fəaliyyət göstərəcək Zəngəzur dəhlizinin Bakı və Ankaranın ixtiyarına verilməsi müqabilində belə bir görüş baş tutacaq”. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan da məsələyə eyni prizmadan yanaşır: “Ermənistan və Türkiyə nümayəndələri Ermənistan-Türkiyə münasibətlərinin ilkin şərtsiz tənzimlənməsi prosesindən nə qədər çox danışırlarsa, onların ilkin şərtlərlə tənzimləndiyi bir o qədər aydın olur”. Onun sözlərinə görə, sübut kimi ümumilikdə Ermənistan-Türkiyə prosesi ətrafında baş verənləri təqdim etmək olar. Erməni deputat bildirib ki, Ərdoğan Paşinyanla təmas qurmağa razılaşıb, çünki Ermənistan Türkiyə-Azərbaycan ilkin şərtlərinə razı olub: “İlk növbədə Türkiyənin ilkin şərtinin nə demək olduğunu insanlara xatırlatmaq lazımdır. 44 günlük müharibədən sonra qoyulan ilkin şərt odur ki, Türkiyə Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsini Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə şərtləndirir. Türkiyə deyir ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir. Azərbaycan isə Ermənistanla münasibətləri tənzimləmək müqabilində əsasən iki şeyi tələb edir: Ermənistan Qarabağı Azərbaycan ərazisi hesab etməlidir, digər tələb isə Zəngəzur dəhlizidir. Bu baxımdan Ermənistan hakimiyyəti ən azı açıq şəkildə müəyyən müqavimət göstərir, lakin Türkiyə tərəfinin bu təzyiqlər altında ermənilərlə təmas qurmağa razı olduğu göz qabağındadır. Paşinyan bir neçə dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan görüş xahiş edib. Ərdoğan bu xahişi alıb və açıq şəkildə deyib ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməyincə Türkiyə Ermənistanla təmas qurmayacaq”.

Zəngəzur dəhlizi ilə yanaşı, Ermənistanın qondarma “soyqırımı” iddialarından imtina etməsi də vacibdir. Ermənistanın iqtisadi təcridi aradan qaldırmağa çalışdığı bir vaxtda Türkiyə ilə sərhədlərin açılması üçün şərtlərə əməl eməsi vacibdir. Nikol Paşinyan özü də bundan əvvəl qonşularla düşmənçiliyin aradan qaldırılmasının Ermənistan hökumətinin 5 illik proqramında qeyd olunduğunu deyib: "Qonşu ölkələrlə münasibətləri dərinləşdirmək və ya normallaşdırmaq hökumətin xarici siyasətinin vacib istiqamətlərindən birinə çevriləcək. Artan düşmənçilik bölgənin sabitliyi və təhlükəsizliyi üçün təhlükə yaradır. Düşmənçiliyə qalib gəlmək regional xarici siyasətin əsasını təşkil edə bilər". Paşinyan və onun komandası Türkiyəni Avropaya açılan pəncərə kimi görür. 

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ