Cümə axşamı günü, 12 noyabr 2026
     

"Ölkəmizin yeni hekayələrini müasir dünyaya çatdıracaq kommunikasiya mütəxəssislərinə ehtiyacımız var" - Hafiz Paşayev

Image


Trend ADA Universitetinin rektoru Hafiz Paşayevlə müsahibəni təqdim edir:

- Hafiz müəllim, ADA Universiteti ilk dəfə olaraq Milli Mətbuat Gününü özünün “Kommunikasiya v Rəqəmsal Media” ixtisası ilə qeyd edir. Yeni ixtisası açmaqla Siz, bu sahəyə hansı dəyişiklikləri gətirmək istəyirdiniz?

-Doğru qeyd edirsiniz. Bizim ötən tədris ilində başladığımız Kommunikasiya və Rəqəmsal Media ixtisası üzrə ilk tələbələrimiz təhsil ilini bitirib ikinci kursa keçirlər. İlk qrupumuz 40 yerli və dörd əcnəbi tələbədən ibarət idi. Bu il, ixtisasa qəbul davam edir. Xüsusilə, xaricdən müraciətlər ADA-dakı kommunikasiya ixtisasına marağın artıdığını göstərir. Mənə elə gəlir ki, bu sahəyə maraq həm də Azərbaycanın özünün beynəlxalq səhnədə dəyişən rolu ilə bağlıdır. Kommunikasiya və media ilə maraqlananlar ən başlıcası maraqlı məzmun axtarışındadılar. Bu gün Azərbaycanın dünyaya təqdim edə biləcəyi məzmun surətlə zənginləşir və şaxələnir. Universitetimizdə artıq ənənə halını alan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda illik beynəlxalq forumda çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Qafqazda yeni eranı-sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Ölkəmizin bu yeni hekayələrini müasir dünyaya anlaşılan dildə çatdıracaq yeni kommunikasiya mütəxəssislərinə ehtiyacımız var.

-Yeni dövrün jurnalistlərini necə görürsünüz?

-Son illərin rəqəmsal texnologiyalar inqilabı jurnalistlər üçün geniş imkanlar açdı. Onların, araşdırma, ictimai vəkillik, maarifləndirmə missiyaları qlobal vüsat aldı. Lakin bu prosesdə onların rəqabəti də artdı. Sosial media hər bir istifadəçiyə öz həqiqətini deməyə, rəyini bölüşməyə imkan yaratdı. Beləliklə, media mühitində subyektivlik artdı. Mən, medianı izləyərkən, hətta jurnalistlərin özünün də bu subyektivliyə məruz qaldığının şahidi oluram. İnformasiya bolluğunda yaşasaq belə, obyektivliyi qorumaq, faktları yoxlamaq, qərəzsiz materiallar hazırlamaq cox vacibdir. Əks təqdirdə, ictimaiyyət mediadan lazımı fayda ala bilməz. Burada, həmçinin işıqlandırılacaq mövzuların seçimini də nəzərə almaq lazımdır. Mən, Azərbaycanın ABŞ-dakı səfiri olanda hər səhərimi “Vaşinqton Post”u vərəqləməklə başlayırdım. Çünki nəinki öz ölkəmdə, bütün dünyada baş verənlər barədə operativ və qərəzsiz məlumat almalı, bunu düzgün şəkildə təhlil edib qərarlar çıxarmalı idim. Bu günlərdə, media gündəmini nəzərdən keçirmək insanları aqqresivdən tutmuş depressivə qədər müxtəlif emosional hala salır. İşıqlandırılan mövzularda axtardığımız həll yollarını mühakimələr əvəzləyib. Halbuki, jurnalistlər məsələləri aydınlatmalı, səbələrini izah etməli, ictimaiyyətin gözləntilərinə cavab verməlidilər. Lakin onlayn media dövründə məlumat bolluğu çox vaxt materialların səthi və natamam hazırlanmasına gətirib çıxarır. Ümid edirəm, ADA-nın yetirmələri jurnalistikanın və medianın əsl missiyasına sadiq qalacaqlar.

-Bu sahəni yaxşı tədris etmək üçün ADA-da kifayət qədər potensial varmı?

-Hesab edirəm ki, biz, son 16 ildə tədrisdə öz sözümüzü demişik. ADA Universiteti təsis olunduğu gündən iş bazarını yaxından izləyərək Azərbaycanın ehtiyac duyduğu insan resursunu yetişdirməyə çalışır. Müəllimlər və jurnalistlər arasında oxşarlıqlar çoxdur. Onların hər ikisi auditoriyası ilə səmərəli şəkildə ünsiyyət qurmalı, bitərəf qalaraq auditoriyasını müzakirə olunan məsələlərdə maraqlandırmalı, mürəkkəb mövzuları anlaşılan dildə izah etməlidir. Araşdırılan məsələlərdə boşluq aşkar etdikdə, onu tədqiq etməli, çıxış yolu tapmalıdılar. Bütün bunları bacarmaq üçün isə, əvvəlcə auditoriyanı yaxşı başa düşməli, onların maraqlarını qorumalı və onlara xoş niyyətlə yanaşmalıdılar. Əlbəttə, hətta sinif otağında bütün tələbələr eyni olmur. Aralarında həvəssiz, şuluq, məsuliyyətsizləri də var. Amma müəllimin işi onların hamısını səbrlə maarifləndirmək, həyatda lazım olacaq bilik və bacarıqları öyrətməkdir. Medianın da işi ictimaiyyətin maraqlarından irəli gələrək onlara mütərəqqi istiqamətdə bələdçilik etməkdir. ADA Universitetinin müəllim potensialı hazırda on iki bakalavr və səkkiz magistr ixtisası üzrə yüksək səviyyədə təhsil verməyə imkan yaradır. Ali dərəcələrlə yanaşı, Universitetin İnkişaf və Diplomatiya İnstitutu müxtəlif sahələrdə ixtisasartırma proqramları həyata keçirir. Media sahəsi onlardan biridir. Ötən il prezident İlham Əliyevin ölkədə media sahəsində islahatlara dəstək məqsədi ilə yaratdığı MEDİA İnkişafı Agentliyi fəaliyyətini qurarkən ADA Universitetini ilk gündən akademik tərəfdaş kimi seçmişdir. Tədris mərkəzimizdə media, ictimaiyyətlə əlaqələr mövzusunda çoxasylı təlimlər və konfranslar baş verir. Düşünürəm ki, bu proses tədricən ölkədə media sahəsinə yeni sağlam meyillər gətirəcək.

-ADA tələbələriniin əksəriyyəti gənc nəslə aiddir. Bu nəsil haqqında nə düşünürsünüz və onlardan gözləntiləriniz nədir?

-Hamının gənc nəsildən gözlədiyi kimi, mən də, onları savadlı və gələcək həyata hazırlıqlı görmək istərdim. Məqsədlərində və bu məqsədlərə necə çatacaqlarında aydın olsunlar. İlk növbədə, bağlı olduqları torpağa, ailələrinə layiq olsunlar. Xüsusilə də, müstəqilliyimizin möhkəmlənməsi naminə daim çalışsınlar. Unutmasınlar ki, onlardan əvvəl gələn nəsillər bu müstəqilliyi əldə etmək üçün çoxsaylı qurbanlar veriblər. Və hətta onların aid olduğu nəsil topaqlarımızın azad edilməsində həlledici rol oyanyıb. Universitetimizdə elə təhsil alsınlar ki, həmyaşıdlarının həyatlarını qurban verərək qurduqları Azərbaycana dayaq olsunlar, daxilən zəngin həyat yaşasınlar və bu zənginliyi bütün cəmiyyətimizlə bölüşsünlər. Hərdən, mən zahirən dırnaqarası müasir görünmək istəyən gənclərimizə rast gəlirəm. Məsələn, dərilərində döymə vuran cavanlara. Əvvəlki nəsillərdə bu dəb həbsxanada olanlara məxsus idi. Onlar da, həbsaxanadan çıxandan sonra döydürdükləri yazıları silməyə tələsirdilər, çünki keçmişləri ilə assosiasiya olmaq istəmirdilər. İnsanın gözəlliyi onun təbiilindədir. Təbiətin bəxş etdiyi özlüyündə ən böyük hədiyyədir. Ona süni müdaxilələrin tərəfdarı deyiləm, çünki bizim ən böyük və cəlbedici sərvətimiz daxili dünyamızda toplanmalıdır. Yaşa dolduqca, bütün zahiri müdaxilələr solub gedəcək, daxili dünyanız isə günü-gündən zənginləşəcək.

-Müsahibə üçün təşəkkür edirəm, Hafiz müəllim.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ