İyulun 22-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşada ilk dəfə olaraq Beynəlxalq Media Forumu keçiriləcək
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.
S.Şəfiyeva bildirib ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə iyulun 22-də Şuşa şəhərində keçiriləcək Beynəlxalq Media Forumda iştirak məqsədilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olublar.
"20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyətə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat verilib", - deyə o əlavə edib.