Cümə axşamı günü, 12 noyabr 2026
     

“Media cəmiyyətin informasiya tələbatını ödəyərkən məsuliyyət hissini unutmamalıdır” - Vüqar Rəhimzadə

Image


“Bu gün ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatların, o cümlədən azad mətbuatın inkişafı istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bu fikri də xüsusi qeyd edir ki, mətbuatın inkişafı  hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisidir.

Əminliklə demək olar ki, Azərbaycanda media üçün yaradılmış bu cür əlverişli şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Azərbaycanda  internet azaddır, ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. İnternetin  azad olduğu ölkədə mətbuat azadlığının boğulmasından danışmaq qeyri-mümkündür. Bəzi beynəlxalq hüquq müdafiə  təşkilatları hesabatlarında Azərbaycanı “qeyri-azad ölkə” kimi təqdim edəndə Azərbaycan dövləti onlara cavab olaraq bildirir ki, ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu, medianın müstəqilliyinin daha bir göstəricisidir. Təbii ki, sərhəd, məkan, zaman tanımayan bugünkü qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.

Zamanın, dövrün tələblərinə uyğun təkmilləşən, yeniləşən Azərbaycan mətbuatından ictimaiyyətin gözləntiləri hər zaman müzakirə olunan məsələlər sırasındadır. Bu müzakirələrin əsas mövzusu milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını həmişə uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini daim fəaliyyətində əsas götürməkdir. İctimaiyyətin bu gün mətbuatdan gözləntisi isə  tarixi Zəfəri ilə dünyaya səs salan, adını çoxəsrlik tariximizə qalib ölkə kimi yazan Azərbaycanın  postmünaqişə dövrünün reallıqlarını ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə  çatdırmaqdır. Azərbaycanın tarixi həqiqətlərinin  təbliğində üzərinə düşən vəzifəni şərəflə yerinə yetirən mətbuatımızın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi fədakarlıqlar dövlət başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan Prezidenti ötən il  Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində jurnalistlərlə görüşündə də bu kimi məqamlardan geniş bəhs edərək hazırkı dövrün tələblərinin nədən ibarət olduğunu açıqladı”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə onu da əlavə edib ki,  tarixi Zəfərimizin reallıqları bütün sahələrdə  islahatların dərinləşdirilməsini bir tələbə  çevirdi: “Şübhəsiz, cəmiyyətin güzgüsü olan mətbuat bu prosesdən kənarda qala bilməzdi. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı dövrün çağırışlarını, cəmiyyətin yazılı və elektron KİV-lərdən gözləntilərini  özündə tam şəkildə ehtiva edib. Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan həmin sənədə uyğun olaraq “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı”.

Baş redaktor mətbuatdan gözləntilərə diqqət yetirməyin səbəbsiz olmadığını xüsusi vurğulayıb: “Son zamanlar bir sıra mətbu orqanlarda intihar halları ilə bağlı xəbərlərin geniş yayılmasını təəssüf hissi ilə qeyd edirik. Yazının əvvəlində mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü diqqətə çatdırdıq. Bu halda cəmiyyətə təqdim olunan  informasiyaların obyektivliyi ilə yanaşı, hadisələrin baş vermə səbəblərinin düzgün araşdırılmasına, yanlış şərhlərin ölkə ictimaiyyətində doğuracağı ajiotaja  diqqət yetirmək gərəkdir. Baxmayaraq ki, bəzi media subyektləri belə  səpkili informasiyalardan özlərinin oxucu auditoriyalarını genişləndirmək üçün bir vasitə kimi bəhrələnməyə çalışırlar. Amma bunun yaş kateqoriyasından asılı olaraq insanlarda, cəmiyyətdə hansı fəsadları yaradacağını da unutmamalıyıq. Bu informasiyalar sırasında daha çox gənclərin intiharının qabardılması, ictimailəşdirilməsi həyəcan təbilinin çalınmasına səbəb olmaya bilməz. Bu baxımdan ki, hər gün bu səpkili informasiyaların  yükünün artırılması sanki belə halların baş verməsinin zəruriliyi barədə rəy yaradır ki, bundan da əziyyət çəkən, zərbə alan gənclikdir. Bir mühüm məqamı da unutmayaq ki, istər yaşanan hər hansı bir hadisə, istərsə də mətbuat səhifələrinə çıxarılan informasiyaların insanlar tərəfindən qəbulunda da fərqliliklər mövcuddur. Bu kimi tükürpərdici, narahatlıq doğuran  məlumatların  təqdim edildiyi auditoryanı da göz önünə gətirməyə böyük ehtiyac var”.

Vüqar Rəhimzadə belə narahatlıq doğuran informasiyalar sırasında son zamanlar bəzi qüvvələrin Vətən müharibəsi qazilərinin adından sui-istifadə etmək cəhdlərini qeyd edib: “Bu, danılmaz faktdır ki, tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ailələrinə və qazilərə dövlətin diqqət və qayğısı davamlı xarakter daşıyır. Bunu əsaslandırmaq üçün istər onların sosial məsələlərinin, istərsə də qazilərimizin sağlamlığı ilə bağlı problemlərinin həlli istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Bəzi media orqanlarında yer alan intihar hadisələri arasında qazilərimizin də adlarının hallandırılmasının arxasında hansı niyyətlərin dayandığı məlumdur. Bu, baş verən hadisədən öz çirkin niyyətini həyata keçirmək üçün istifadə edənlər üçün adi görünsə də, cəmiyyət onların qəhrəmanlığı, şücaəti sayəsində Zəfər tariximizin yazılmasından keçirdiyi qürur hissi ilə paralel olaraq böyük mənfiliklə qabardılan hadisələrin şokunu yaşayır”.

Baş redaktor onu da əlavə edib ki, belə informasiyaların təqdimatında jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla yanaşı, haqlı olaraq ictimai qınağa səbəb olur: “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin bu günlərdə yaydığı açıqlamada vurğulanır ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi, intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır. İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda, jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz”.

Vüqar Rəhimzadə medianın uşaqlara münasibətində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməsinə çağırışların əsas yer tutduğunu bildirib: “Ümumilikdə unutmaq  olmaz ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. Bu, o demək deyil ki, baş verən hadisələrə laqeyd yanaşılır, sıradan bir olay kimi qəbul olunur. Sadəcə intihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları təqdim edərkən medianın ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşılmalı, peşəkar həssaslıq nümayiş etdirilməlidir. Hər bir məsələnin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulması əsasdır. Belə halların baş verməməsi üçün onları mətbuat səhifələrinə çıxarıb ictimailəşdirmək yox, baş verənlərin səbəblərinin araşdırılması, belə hallara yox demək üçün maarifləndirici tədbirlərin işıqlandırılması, təhlili yazıların verilməsi gərəkdir. Hər bir mətbu orqan qarşısında dayanan prinsiplərə əməl edib, ictimaiyyətin informasiya tələbatını onun gözləntiləri fonunda ödəməklə  daha böyük rəğbət qazanar. İntihar hadisələrinin təbliği vasitəsilə oxucu auditoriyasını  genişləndirmək cəhdi heç bir media subyektinə başucalığı gətirməz”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ