"İntiharlar və qətllər bəşər cəmiyyətinin yarandığı günlərdən düşündürücü mövzudur. İnsanlar, dövlət və ictimai qurumlar çalışıblar ki, qətl və intiharların sayı mümkün qədər az olsun vıə ya heç olmasın. Qətllərə qarşı mübarizə müvafiq rəsmi qurumların işi olduğu halda intiharla mübarizəyə hər kəsin öz töhfələrini verməsi mümkündür və buna ciddi ehtiyac da var". Bu sözləri SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, intihar elə bir hadisədir ki, qətl faktları kimi onlara da heç bir halda, heç nə ilə haqq qazandırnaq mümkün deyil və belə cəhdlər anormaldır. İntiharlara haqq qazandıranların mövqeyi qatilə haqq qazandırmaq qədər mürtəce yanaşmadır: "Azərbaycanda dövlət və ictimai qurumların xətti ilə intiharlara qarşı sistemli mübarizənin aparıldığı mübahisəsizdir. Psixoloji təsir üsullarından tutmuş polis-prokurorluq orqanlarının cinayət təqibi üzrə fəaliyyətləri sistemli və fasiləsiz surətdə davam erdirilir. Təqdirəlayiqdir ki, dövlət öz iradəsi ilə, sosial-iqtisadi və idarəçilik müstəvisində apardığı islahatarla insanları daha çox həyata bağlanmağa, ondan zövq almağa və ortaya çıxan problemləri əlahiddə qərarla yox, məhz cəmiyyətin içində fəal həyat hərəkətləri şəraitində həll etməyə təşfiq edir.
Lakin təəssüf ki, intihar faktlarına hələ də rast gəlinir və təəssüf ki, bütün dövlətlərdə rast gəlinən belə hadisələr bəzi qüvvələr tərəfindən siyasiləşdirilir ki, bu artıq faciə üzərində korporativ maraqları yürütmək kimi qeyri-əxlaqi yanaşmadır. İntihar hadisələrinin qarşısını almaqda media böyük rol oynayır və bu rol daha da təkmilləşdirilə bilər".
Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, çox bağışlanmaz səhvdir ki, medianın təqdimatları bəzən təşviqedici, bəraətləndirici və həvəsləndirici təsir göstərir: "Bu jurnalist peşəkarlığının və peşə məsuliyyətinin yetərli olmadığını göstərir. Ümumən heç bir ictimai mıəzmunu olmayan, sadəcə psixoloji tarazsızlıq, xəstəlik və ailə münaqişələri ilə bağlı intiharları mediada geniş işıqlandlrmaq qəti yanlışlıqdır. Bəzən intihar faktlarını bütün təfərrüatları ilə təqdim etmək ziyanlı mövqedir. İntihar qurbanlarından qəhrəman və ya ictimai rəğbət personaları düzəltmək səhv yox, bundan da artıq cinayətdir.
İntiharları sosial, iqtisadi vəziyyətlə izah etmək cəhdlərinə də rast gəlinir və bu istiqamətdə bəzən intiharçıya hətta haqq qazandırmaq təmayülü özünü göstərir. Bu çox ziyanlı və yanlış yanaşmadır. Hətta ən təminatlı insanların arasında da intihara əl atanlar olur ki, bu da intiharları burmənalı sosial-iqtisadi köklərə bağlamağın perspektivsiz olduğunu bir daha təsdiqləyir. İntihar faktları üzərində şou qurmaq, siyasiləşdirmək, qızışdırmaq və bəraət vermək ən ziyanlı yanaşmalardır. İntiharlarla mübarizə sağlam əsaslar üzərində və rəsmi qurumların qabaqlayıcı fəaliyyətlərinə dərin etimad və inam şəraitində səmərə verə bilər".
Arzu Qurbanlı