İyulun 19-da Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimov Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşdü. Səmimi ortamda keçirilən görüşdə nazir Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi və medianın bütün sahələrdə, o cümlədən də mədəniyyət sahəsində önəmli rol oynadığını vurğuladı. Nazir qeyd etdi ki, nazirliyin bütün layihələrinin təbliğində, ictimaiyyətə çatdırılmasında mətbuat xüsusi rol oynayır. Mətbuatla əməkdaşlıqdan razı qaldığını deyən nazir görüşdə həmçinin Qarabağın dirçəlişindən, hazırda görülən işlərdən, mədəniyyət abidələrinin bərpasından danışdı və həyata keçiriləcək layihələr barədə məlumat verdi.
Sonda nazir mətbuat nümayəndələrinin fikir və təkliflərinə münasibət bildirdi, sualları cavablandırdı.
İradə SARIYEVA