Cümə axşamı günü, 12 noyabr 2026
     

Avroittifaq-İsrail və Misir-Azərbaycan enerji üçbucağı, Əliyevin unikal hədəfi... - Aydın QULİYEV yazır...

Image


Avrasiyada geosiyasi mənzərə enerji kartının daha da güclənməsi ilə sürətlə dəyişməkdədir. Şübhəsiz, bütün bunlar Ukrayna müharibəsi üzündən Rusiyanın neft və qazından dünyanın imtinası fonunda baş verir. Dünyanın, ilk olaraq Avropanın rus enerjisindən imtina planlarının nə ilə bitəcəyini müzakirə etmirik. Ortada nəticə xarakterli təzahürlər var ki, hələlik onlara söykənməliyik.

İraq Səudiyyə ilə enerji şəbəkəsini birləşdirir, Avropa yeni enerji mənbələri axtarışında Yaxın Şərqə baş vurur, Əmirliklərlə Avropa İttifaqı enerji anlaşması imzalayır, Avropa İttifaqı Misir və İsraillə üçtərəfli enerji sazişi imzalayır və əlbəttə ki, Avropa İttifaqı Azərbaycanın böyük enerji, infrastruktur imkanlarını nəzərə alaraq Azərbaycanın qazından, bərpa olunan enerjisindən daha çox bəhrələnmək istəklərini ortaya qoyur və elə bu istəklə də Ursula Fon der Layn xüsusi missiya ilə Bakıya göndərilir və rəsmi Bakı da tam və hesablanmış arqumentlərlə Avropanın yeni enerji geosiyasəti içində özünün dövlət maraqlarını qurmağa başlayır. Başqa nə etməliyik?! Şanslara göz yummalıyıq? Düşmüş böyük geosiyasi şansları dəyərləndirmək qəbahət yox, Azərbaycanın dövlət başçısının məharəti kimi dəyərləndirilməlidir. Avropada rus enerjisinin yeri boşalır, imkanı olan hər dövlət o boşluğu doldurmağa çalışır. Məgər ABŞ belə etmir? Avropada rus qazı çəkisini itirdikcə ABŞ-ın sıxılmış qazının miqdarı artır. Tankerlərə yükləyib sıxılmış qazı Avropaya daşıyırlar. Nəyi pisdir? Pisdirsə qoy hamıya pis olsun. Eyni məntiqlə Azərbaycan da Avropaya öz qazını daha artıq nəql etmək haqqına malikdir. Tarixdə ilk dəfə olaraq ABŞ Avropaya ixrac etdiyi qazın həcminə görə, Rusiyanı üstələyir - sutkada 350 milyon kubmetr. Təbii ki, ABŞ həm özünün geosiyasi iddialarını gerçəkləşdirir, həm də pul qazanır. Keçmişdəki iki dünya müharibəsində olduğu kimi aradan həm də varlanaraq çıxır. Azərbaycan niyə bunu etməsin?!..

Prezident İlham Əliyevin məharətinin parlaq göstəricilərindən biri də odur ki, dünyanın enerji geosiyasətində baş verən sürətli dəyişiklikləri əla tutur və dövlətin maraqlarını bu əsaslarda qurmağa çalışır. Burada bəzilərinin "axı Rusiya bizdən inciyər" kimi infantil mövqeyinə heç bir əhəmiyyət verməyə ehtiyac yoxdur. Azərbaycan heç vaxt öz enerji ehtiyatlarını kiməsə qarşı silaha çevirməyib, bunu heç vaxt siyasiləşdirməyib. Enerji məsələsinə əsasən kommersiya prizmasından baxmaq bu gün də davam edir. Lakin əlverişli geosiyasi mənzərələri sezmək və nəzərə almaq da öz yerindədir.

Prezidentimiz Avrokomissiya prezidenti ilə görüşdə dedi ki, şəbəkə və infrastruktur qurmaq enerjinin özü qədər vacibdir və bu bizim üstünlüyümüzü təmin edir. Həqiqətən də, əgər qaz və nəql üçün zəruri şəbəkələr yaradılıbsa Azərbaycan özünün yaratdığı bu üstünlükdən niyə də sonadək istifadə etməsin?! Azərbaycanın Avrokomissiya ilə enerji sahəsində strateji saziş imzalaması məhz zərurətdən irəli gəlir.

Azərbaycanın Avropa ilə strateji enerji tərəfdaşlıq memorandumu inzalamasının başqa məqamları da var.

Məlumdur ki, ölkəmiz son 15 ildə Avropa Birliyi ilə enerji sektoru üzrə ardıcıl əməkdaşlıq edir. Əməkdaşlıq canlı və dinamik prosesdir, yəni o dayanmamalı, özü üçün son və ya yüksək hədd təyin etməməli, bir formadan başqa formaya keçməklə inkişaf etməlidir. Azərbaycan bu ilin yanvarından enerji əməkdaşlığının yeni və daha yüksək formasına keçid etdi - Prezidentin sözləri ilə desək, Avropa ilə enerji sahəsində dialoqa başladı. Dialoq və əməkdaşlıq bir-birlərini inkar etməsələr də eyniyət təşkil etmirlər, əksinə biri digərinin davamı kimi çıxış edir. Ancaq dialoq daha geniş məzmunlu və çoxşaxəli posesdir. Dialoq tərəfi olmaqla sadəcə əməkdaşlıq tərəfi olmağın arasında böyük fərq var. Azərbaycanın Avropa ilə enerji üzrə dialoq tərəfi olması ölkənin mövqeyini və manevr imkanlarını sözsüz artıracaq. Əməkdaşlıq tərəfi olaraq Azərbaycan Avropanın enerji sisteminin içində enerjini yaradıb sadəcə satan tərəf idi. Bu gün yeni statusda ölkəmizin imkanları dəyişir, Azərbaycan Avropanın enerji sistemində həm də dəyişdirici rol oynamağa başlayır. Dialoq tərəfi olaraq, ölkəmiz Avropanın enerji siyasətinin formalaşmasına və həyata keçirilməsinə təsir göstərmək imkanı da qazanır. Avropa ilə enerji üzrə dialoq tərəfi olmaqla təbii ki, Azərbaycan öz üzərinə konkret məsuliyyətlər də götürməlidir və götürür. Məhz bundan sonra ölkəmiz Avropanın enerji siyasətini formalaşdıran qüvvələrdən birinə çevriləcək. Dünənə kimi Avropanın enerji tələbatını ödəyən mənbə idiksə, bu gün Avropanın enerji siyasətini formalaşdıran güclərdən birinə çevrilmək şansına yetişirik. İlham Əliyev xanım Ursula ilə görüşdə "biz bu ilin yanvarından Avropa ilə enerji dialoquna başlamışıq" fikrini məhz bu böyük hədəfə tuşlanaraq söylədi. Azərbaycan Avropanın enerji siyasətinin formalaşmasına təsir edən qüvvəyə çevrilmək üzrədir ki, Əliyevin imzaladığı strateji tərəfdaşlıq anlaşması bunun əsasını təşkil edir. Bundan sonra Avropada Azərbaycana nefti-qazı sadəcə satan tərəf kimi baxıla bilməz. Əksinə, hər kəs qəbul edəcək ki, Azərbaycan Avrasiyanın enerji geosiyasətini formalaşdıran əhəmiyyətli güclərdən biridir .Ölkəmiz üçün bundan da mötəbər status olacaqmı?!..

Bütün Avrasiya regionunda vahid enerji geosiyasətinin formalaşması çətin və mürəkkəb prosesdir. Lakin artıq başlayıb və onu ABŞ-ın dəstəyi ilə başladan Avropa İttifaqıdır. Əvvəldən xatırlatmışdım ki, bir ay əvvəl Ursula Fon der Layn Avropa Birliyi ilə Misir və İsrailin arasında üçtərəfli enerji anlaşması imzaladı. Məqsəd daha çox Misir və İsrail qazını Avropaya daşımaqdır. Beləliklə, Avropa ittifaqı və İsraillə Misiri iki enerji tərəfləri kimi qəbul etsək, Azərbaycanın da böyük enerji məkanı kimi bu prosesə  qoşulması ortaya unikal bir mənzərə çıxarır. Avrasiya məkanında Avropa Birliyi-Misir və İsrail-Azərbaycandan ibarət geosiyasi enerji üçbucağının əlamətləri görünməkdədir. Heç şübhə yoxdur ki, İlham Əliyevin ən uzaq hədəfi Azərbaycanı Avrasiyanın ən güclü enerji oyunçularından birinə çevirməkdir. Avropa ilə Strateji Tərəfdaşlıq anlaşması bu hədəfə doğru ən qısa yolu təmin edə bilər.

Açılmış mühüm perspektivlərdən biri də ölkəmizin külək və günəş enerji sektorlarını dinamik inkişaf edərək gəlir gətirən sahəyə çevirməkdən ibarətdir. Zatən Avropa Birliyi də bunu hədəfləyib. Avropada yaxşı başa düşülür ki, Azərbaycanda külək və günəş enerjisini artırmaqla daha çox qaz alıb aparmaq imkanı əldə etmək olar.

Nəhayət, Avroittifaqla yeni strateji tərəfdaşlıq həm də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə pozulmazlıq təminatı verən yeni hüquqi-siyasi sənəddir. Anlaşmanın son maddəsi bütün Avropanı Azərbaycanın qarşısında bu öhdəliklə yükümlü edir.

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ