Cümə axşamı günü, 12 noyabr 2026
     

"Media intiharlarla bağlı həssaslığı nəzərə almaqdan hələ də uzaqdır" - Əflatun Amaşov

Image


Nə qədər demək olar ki, intihar halları cəmiyyətə təqdim edilərkən mütləq qaydada konkret hadisənin ictimai motivinin olub-olmadığı araşdırılmalıdır? Tam mümkündür ki, kiminsə intiharı cəmiyyətin maraq və mənafelərindən irəli gələn problemlə əlaqədar olub. Ola bilər ki, intihar hansısa vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadəsinin məntiqi sonluğu kimi meydana çıxsın. Yaxud da intihar faktının araşdırılması cəmiyyətin tamamilə yanlış yönləndirildiyi reallığını ortaya qoysun.

Media bütün bunlara öncədən diqqət yetirilməli və vurğu da intiharın özü yox, həmin motivin üzərinə qoyulmalıdır. Yəni jurnalistikanın işi bu olmalıdır. Bizdə isə məsələyə tam fərqli münasibət göstərilir. Əvvəl intiharın özü mümkün qədər səs-küylü boyalarla təqdim olunur, sonra daha çox telekanalların timsalında hadisəyə guya ictimailik gətirilir. Əslində isə tam əksər hallara məişət müstəvisindəki olay cəmiyyətə ictimai mahiyyət daşıyan məsələ kimi sırıdılır. Nəticə etibarilə özünə qəsd bir növ təbliğ olunur, ona maraq oyadılır, elə təəssürat yaranır ki, insanın düşdüyü çətin durumdan xilasının yeganə yolu elə odur. Belə çıxır ki, media intiharların sayının artmasına çalışır (?).

Ümumən intiharlar və media mövzusu illərdir müzakirə olunur. Hər dəfə də bildirilir ki, intihar halları tarixin bütün dövrlərində olub. Yaxşı yadımdadır, yazılarımın birində qədim antik mədəniyyəti xalqlarının intiharlara qarşı həyata keçirdikləri sərt tədbirlərdən söz açmışdım. Həmçinin müasir dövrümüzdə intiharların ən çox Skandinaviya ölkələrində qeydə alındığını bildirmişdim. O ölkələrdə ki, onlarda həyat şəraiti kifayət qədər yüksəkdir. Yəni bütün bunları diqqətə çatdırmaq intiharların ictimai, psixoloji, mənəvi və sosial motivlərinə həssas yanaşmaq ehtiyacının əslində zərurət olduğunu vurğulamaq məqsədi daşımışdı. Amma görünən budur ki, media bu həssaslığı nəzərə almaqdan hələ də uzaqdır. Bəli, son dövrlər kütləvi informasiya vasitələrində intihar hallarının yayılmasında dinamiklik hiss olunur. Bu mənzərə isə illərdir söylədiklərimizin müəyyən mənada puça çevrildiyini göstərir. Məyusam, özü də çox.

Axı, tez-tez deyirik ki, media zövqlü auditoriya, tamaşaçı baxışı yaradır, ictimai rəyi yönləndirir. Ancaq müşahidə edirik ki, medianın formalaşdırdığı auditoriya nəyin ictimai əhəmiyyət daşıdığını anlamayacaq dərəcədə kordur. Baxın, televiziyada veriliş gedir, ölkədə az-çox tanınan adamlar yığılıblar, auditoriya onları nüfuz sahibi kimi tanıyır, qəbul edir və bu adamlar ilk baxışdan heç bir məzmunu olmayan hadisəni müzakirəyə çıxarırlar, fikir bildirirlər, hərdən əsəbləşib özlərindən çıxırlar. Sizcə, mövcud durumda media necə bir tamaşaçı formalaşdırdı? Ad tapa bilmirəm. Amma təkrarlayım ki, o tamaşaçı intiharı sıradan məsələ kimi qəbul edəcək və adi bir çətinlikdən çıxış yolunu onda görəcək. Bu, kimə lazımdır?

Onu da həmişə bildirmişik ki, dövlət qurumlarının cəmiyyətə məlumat verilməsinə məsul struktur bölmələri də neqativ, insanları ruhdan salmaq ehtimalı böyük olan məsələlərə informasiya dəyəri qazandıraraq onu mediaya çatdırmaqdan uzaq dayanmalıdırlar. Yəni hansısa hadisənin ictimailik dərəcəsini, onun insanlara ziyanını əvvəlcə informasiya mənbələri düşünməlidirlər. Bu kimi məsələlərdə jurnalistlərlə onlar arasında bir növ konsensus olmalıdır. Mümkündür ki, hər iki tərəf konkret məsələ ətrafında müzakirə apararaq onun cəmiyyətə çatdırılmasının nə dərəcədə mümkün olub-olmadığını dəqiqləşdirsin. Başqa sözlə, elə bir iş mühiti yaransın ki, informasiya mənbəyinin konkret hadisə barədə təfərrüatları cəmiyyətə çatdırmaq istəməməsi media tərəfindən məlumat verməkdən boyun qaçırmaq kimi dəyərləndirilməsin.

Yeri gəlmişkən, zaman-zaman hansısa hadisənin cəmiyyətə çatdırılmamasına söz azadlığı prizmasından yanaşmış, mövcud xüsusda intiharların da üzərinə gəlmişik. Əlbəttə, cəmiyyətdə söz azadlığı qorunmalıdır və jurnalistika bu azadlığın bir növ katalizatoru rolunda çıxış etməlidir. Amma sual yaranır: intiharların və bu kimi neqativ ovqat yaradan hadisələrin, eləcə də onların tükürpədici təfərrüatlarının insanlara çatdırılması söz azadlığıdır, yoxsa, söz azadlığından sui-istifadə? Axı ola bilməz ki, KİV cəmiyyəti neqativə kökləməkdə azadlıq tapsın. Söhbət yalnız ölkəmizdən getmir, bütün dünyada belədir.

Media cəmiyyətdə konfrantasiyaların dərinləşməsində maraqlı tərəf kimi çıxış etməməlidir, yaranmış hər hansı gərginliyin aradan qaldlrılması üçün ortaq mənafelər tapmalıdır, uzlaşdırıcı mövqe tutmalıdır. Təbii ki, bunu problemlərə soyuq yanaşmaqla həyata keçirməlidir, emosiyalara qapılmamalıdır. Təəssüf ki, bu sadaladıqlarım böyük ölçüdə nəzərə çarpmır. Adi bir müşahidəmi bölüşmək istərdim. İntihar edən şəxsin-qazinin, yaxud şəhidin dəfnindən çəkilişlər gözümə dəyir. Yaxın qohumları, xüsusən də qadınlar dünyasını dəyişmiş şəxsin tabutunun üzərinə yıxılıb ah-nalə çəkirlər. Həqiqətən ağır mənzərədir. Ancaq dünyadan köçmüş insan üçün ağrı-acı ifadəsi mahiyyət etibarilə eyni təbiətdə olur. Dünyasını vaxtsız dəyişən ədiblər, yazıçılar və digər ictimai şəxslər də görmüşük. Media bir qayda olaraq onların dəfnindən, vida mərasimlərindən reportajlar hazırlayarkən ağrılı səhnələri yayımlamır. Hər halda mən belə hallarla rastlaşmamışam. Söhbət sırf belə demək mümkünsə, dəhşət mənzərəsinin təqdimatından gedir. Amma reportajlara, çəkilişlərə baxırıq ki, şəhidin, yaxud intihar edən şəxsin dəfnində dəhşət yaşanır. Heç düşünən olub ki, doğmasının tabutu, nəşi üstündə ah-nalə çəkən şəxs emossional durumu düzələndən sonra mediada, sosial şəbəkələrdə özünü görəcək və yenidən sarsıntı yaşayacaq? Özü də bu dəfə vaxtilə yaşadığı sarsıntını hamının gördüyünü düşünərək üzüləcək. Axı, sevinc hissi kimi dərd və acı da fərdidir. Bunu nəzərə almaq çoxmu çətindir? Görünür çətindir...

Ayrı-ayrı şəxslərin ölümü ilə yaşanan ağrı-acının ifadəsi mahiyyət etibarilə oxşardır, bütün hallarda tükürpədicilik, dəhşət var. Necə olur ki, jurnalist sırf bu baxımdan tutalım yazıçı ilə şəhid arasında fərq qoyur? Bəlkə jurnalistlər öz aləmlərində dəyər verirlər, həssas yanaşdıqlarını vurğulamaq istəyirlər? Belə deyil. Çünki jurnalistin silahı sözdür. O, güldürəndə də, ağladanda da, düşüncələrə qərq edəndə də, hətta hönkürtüyə salanda, qəhərə boğanda da bunu sözlə etməlidir. Axı biz vaxtilə jurnalistlərimizin dəfn və hüzür mərasimlərindən hazırladıqları təsirli materialları çox görmüşük. Heç biri barədə deməmişik ki, bu, insanlarda mənfi ovqat yaradır, neqativə kökləyir və s. Nəyə görə deməmişik? Çünki o materiallarda peşəkarlıq öndə gəlib.
Bəli, peşəkarlıq, peşəkarlıq və yenə də peşəkarlıq. Əslində biz media müstəvisindəki istənilən mənfi tendensiyanı məhz peşəkarlıq müstəvisində müzakirəyə çıxarmalıyıq. Peşəkarlıqda bütün məqamlar cəmləşib. Çox həssas durumlar var ki, onların aradan qaldırılmasında media, jurnalist məhz peşənin diqtəsinə əsaslanmalıdır. Mən də əsaslanıram və ümid edirəm. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycanda sözün əsl mənasında peşəkar media mühiti formalaşacaq. Ona da ümid edirəm ki, bu mühitdə təsadüfi şəxslərə, həvəskarlara meydan tanınmayacaqdır.

Əflatun Amaşov
Mətbuat Şurasının sədri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ