Cümə axşamı günü, 12 noyabr 2026
     

Dünya mediasının diqqəti yenidən Azərbaycan üzərində fokuslandı

Image


“Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”. Bu fikirləri Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.

Dövlət başçısının qeyd etdikləri dünya miqyasında da xüsusi diqqət mərkəzində yer alıb. Bu da təsadüfi deyil. İspaniyanın EFE agentliyi qeyd edir ki, Azərbaycan Avropa İttifaqı ilə enerji təhlükəsizliyi barədə çox mühüm bir saziş imzalayır. Qeyd edilir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Azərbaycana səfəri də bununla bağlıdır. Agentlik xatırladır ki, bu il Azərbaycandan Avropaya 10 milyard kubmetrdən çox qaz nəql ediləcək. Lakin yeni razılaşmalar fonunda bu həcmin daha da artması gözlənilir. O da vurğulanır ki, 2021-ci ildə Azərbaycandan 22 milyard kubmetr qaz ixrac edilib, bunun 8,2 milyard kubmetri Avropaya göndərilib. Hazırda Azərbaycan Gürcüstana, Türkiyəyə və Avropaya, o cümlədən İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixrac edir. Hazırda qısamüddətli perspektivdə Azərbaycan hökumətinin prioriteti Balkanlara qaz göndərmək imkanına malik olmaq üçün ixracın infrastrukturunu genişləndirməkdir. Türkiyənin “Star” qəzeti də məsələyə diqqət yetirib. Qeyd olunur ki, düşdüyü enerji böhranından xilas olmaq üçün Avropa İttifaqı Azərbaycanla uzunmüddətli qaz idxalı sazişini reallaşdırır. Nəşr qeyd edir ki, enerji təchizatında Rusiyadan asılılığını azaltmaq və enerji resurslarını şaxələndirmək istəyən Avropa Xəzər qazını Türkiyə üzərindən Avropaya nəql edən “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsində axtardığı həll yolunu tapıb. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonun Azərbaycan hökuməti ilə Avropa İttifaqının qaz idxalının artırılması və “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinin dəstəklənməsi üzrə saziş layihəsini müzakirə etmək üçün yaxın Bakı səfəri də bundan qaynaqlanır: “Müvafiq hökumətlərin təsdiqini tələb edən və dəyişdirilə bilən anlaşma memorandumu Ukraynadakı müharibədən sonra Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir. Anlaşma memorandumu layihəsində deyilir ki, tərəflər “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa İttifaqına ixrac da daxil olmaqla, kommersiya məqsədəuyğunluğu və bazar tələbi əsasında 2027-ci ilə qədər hər il azı 20 milyard kubmetr təbii qaz ticarətini dəstəkləməyi hədəfləyirlər. Təklifin artması ilə həm də Azərbaycan qaz hasilatını genişləndirməli olacaq”. Müqavilə layihəsinə, həmçinin, bərpa olunan enerjinin təşviqi və gələcək hidrogen ticarətinin müzakirəsi məqsədilə Avropa İttifaqı və Azərbaycan arasında elektrik enerjisi üzrə qarşılıqlı əlaqələrin inkişafının araşdırılması daxildir.

Qeyd edilir ki, Azərbaycandan Avropaya təbii qaz nəql edən “Transadriatik” boru kəməri (TAP) son günlər maksimum gücünə çatıb. Sutkada 33 milyon kubmetr, yəni ildə orta hesabla 12 milyard kubmetr təbii qaz verilir: “TANAP layihəsi ilə Azərbaycanın təbii qazı Türkiyə üzərindən Avropaya nəql edilir. Layihə sayəsində Avropanın enerji ehtiyacı təmin edilib, Türkiyənin geostrateji dəyəri güclənib”. Nüfuzlu “Euronews” kanalı isə xatırladır ki, indi Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş adlandırır: “Avropa İttifaqı  2027-ci ilə qədər “Cənub Qaz Dəhlizi” vasitəsilə hər il azı 20 milyard kubmetr yanacaq qəbul edə biləcəyini gözləyir. 2021-ci ildə Rusiyadan Avropa İttifaqı ölkələrinə 155 milyard kubmetr qaz ixrac edilib ki, bu da onun ümumi istehlakının 40 %-ni təşkil edib. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və qurumun enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycan hakimiyyəti ilə yerli qazın Avropaya nəqlini müzakirə etmək üçün Bakıya səfər ediblər. Danışıqlar nəticəsində Avropa İttifaqının Rusiya enerjisindən asılılığını azaltmaq və gələn qışda gözlənilən qaz qıtlığını azaltmaq məqsədi daşıyan razılaşmanın əldə olunacağı gözlənilir. İndi Xəzər dənizi şelfində hasil edilən yanacaq Avropaya “Cənub Qaz Dəhlizi” vasitəsilə verilir. Tərəflər Avropa ölkələrinə təbii qaz tədarükünün şaxələndirilməsində onun rolunun artırılması məqsədilə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini xüsusi diqqət mərkəzində saxlayır. Bu il Azərbaycandan Avropaya qaz tədarükünün ötənilki 8 milyard kubmetrdən 10 milyard kubmetri keçəcəyi gözlənilir”. Məsələ ilə bağlı “Euobserver” nəşri isə qey edir ki, Avropa İttifaqı  və Azərbaycan arasında strateji tərəfdaşlıq şaxələndirməni artırmaq üçün Xəzər təbii qazının Avropa İttifaqına və potensial olaraq Qərbi Balkan ölkələrinə tədarükünü nəzərdə tutur. Moldovanın IPN xəbər agentliyi ölkənin təbii qazın alınması üçün Avropa platformasına, eləcə də Azərbaycan tərəfi ilə dialoqa qoşulduğunu bildirib. Baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu qeyd edib ki, Azərbaycandan təbii qazın alınması imkanının yaradılması üçün yerli hakimiyyətlə danışıqlar davam edir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ