ABŞ-ın Dövlət katibi Entoni Blinken şənbə günü Azərbayacan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən görüşü şərh edərəkən bildirib ki, nazirlər Tbilisidə görüşərək müsbət addım atıblar.
"Ceyhun Bayramov və Ararat Mirzoyan bu gün (şənbə günü - İF) Tbilisidə görüşərək müsbət addım atdılar”, - Blinken Twitter hesabında yazıb.
Onun sözlərinə görə, birbaşa dialoq Bakı ilə İrəvan arasında fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur.