Cümə günü, 13 noyabr 2026
     

Ukraynada ABŞ-Rus savaşı açıq müstəviyə keçdi…

Image


Real mənzərənin təhlili göstərir ki, Ukraynada gedən hərbi əməliyyatlar daha dağıdıcı xarakter almağa başlayacaq. Buna səbəb Rusiyanın Ukrayna ərazilərinin daha çox hissəsini işğal etmək planı, Qərbin isə şimal qonşumuzu məğlubiyyətə uğratmaq üçün fəaliyyətini genişləndirməsidir.

Məhz belə bir vaxtda bəlli olub k, Rusiya Kiyevi tutmaq üçün yenidən diqqəti Ukrayna paytaxtı üzərində cəmləşdirməyə hazırlaşır. Hətta bu fonda ABŞ-ın Ukraynadakı səfirliyi ölkədəki vətəndaşlarına müraciət ünvanlayıb. Müraciətdə Rusiyanın Vinnitsa şəhərinə raket zərbələrindən dolayı amerikalılara Ukraynaya gəlməmək, artıq burada olanlara dərhal Ukraynanı tərk etmək tövsiyə edilib. Qeyd edək ki, Rusiyanın Vinnitsa şəhərində raket zərbələri nəticəsində 23 dinc sakin həlak olub. ABŞ prezidenti Co Bayden bu durumda bildirir ki, rus həmkarı Vladimir Putinə qalib gəlməyə imkan vermək olmaz: “Bu gün Putinə və Rusiyaya, bütövlükdə, çox böyük təzyiq göstərilir. Onlar, sadəcə Ukraynaya qalib gəlməyə deyil, Ukraynanı yox etməyə cəhd edirlər və biz buna yol verə bilmərik. Biz Putinə qalib gəlməyə imkan verə bilmərik”. Bu şəraitdə ABŞ Ukraynaya hərbi yardımların daha da artırılacağını bildirir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə qeyd edir ki, Vaşinqtonun Kiyevə verdiyi silahlar münaqişəni uzadır və ölümlə nəticələnir”. Diplomat ABŞ-ın Ukraynadakı diplomatik missiyasının ölkədəki Amerika vətəndaşlarına bildiriş yayaraq oranı dərhal tərk etməyi, kütləvi toplantılardan və ictimai tədbirlərdən qaçmağı tələb etməsinə də toxunub: “ABŞ-ın Ukraynadakı səfirliyi əlavə etməyi unudub ki, Vaşinqton Kiyevə Amerika silahlarını ötürür, ondan istifadə münaqişənin uzanmasına və insanların ölümünə səbəb olur”. Çinin “Global Times” qəzeti də bu xüsusda maralı məqamlara toxunub: “Qərb ölkələri Ukraynaya hərbi yardımın yeni problemlərdən başqa heç nə gətirmədiyini anlamağa başlayıblar. ABŞ prezidenti Co Bayden “nə qədər lazımdırsa” Ukraynanın yanında olacağına söz versə də, münaqişənin səbəb olduğu yorğunluq həm Amerikada, həm də müttəfiq ölkələrdə artan inflyasiya, enerji və ərzaq böhranının başlaması ilə müşahidə olunur. Vaşinqton və müttəfiqlərinin Kiyevə nə qədər kömək edəcəyi ilə bağlı suallar getdikcə artır. Eyni zamanda, bəzi Amerika KİV-ləri ABŞ-ın Ukraynaya xərclədiyi böyük vəsaitlərdən təşvişə düşüb. Birləşmiş Ştatlar əvvəlcə Ukraynadan Rusiyanı zəiflətmək üçün mühüm vasitə kimi istifadə etmək niyyətində idi. Amma Moskvanın özü vəziyyətdən istifadə edərək, Qərb ölkələrini divara sıxdı. Amerikan strategiyası ABŞ-a bumeranq kimi zərbə vura bilər. Ukrayna böhranı nə qədər uzun sürərsə, Qərb dövlətləri bir o qədər çox zərər görəcək. Eyni zamanda, bu böhranda çoxlu idarəolunmaz komponentlər var. Belə bir vəziyyətdə ABŞ və onun müttəfiqləri tezliklə başa düşəcəklər ki, Ukraynaya yardım onlar üçün ciddi nəticələrlə dolu qara dəliyə çevrilib. Kiyevi dəstəkləməyə gedən nəhəng vəsaitlər Vaşinqtonu dilemma qarşısında qoyub: gələcəkdə edəcəyi yardım ABŞ üçün ağır yükə çevriləcək, inflyasiya artacaq, əks halda, ABŞ administrasiyasının əvvəlki bütün səyləri boşa çıxacaq. Ukrayna böhranının təşəbbüskarı və təhrikçisi kimi ABŞ özünü ayağından güllələyir. Öz növbəsində, Qərb ölkələri əhalisinin əhəmiyyətli və artan hissəsi tezliklə başa düşəcək ki, Ukraynaya əvvəllər olduğu həcmdə yardım göstərmək çox çətindir. ABŞ və onun müttəfiqləri, nəhayət ki, hansı tərəfin keçilməz bataqlığa düşdüyünü anlamağa başlayıblar”.

Məsələ ilə bağlı rus ekspert Aleksand Xrolenko da qeyd edir ki, ABŞ-ın yardımları münaqişənin tez bir zamanda bitməsinin qarşısını alır: “İyulun 9-da ABŞ prezidenti Ukraynaya 400 milyon dollar məbləğində əlavə hərbi yardım göstərməyi tapşırıb. Pentaqon bildirib ki, yeni “paket”ə dörd HIMARS qurğusu və onlar üçün sursat daxildir. ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ reaktiv yaylım atəşi sistemləri (RYAS) Donbasdakı Ukrayna qoşunları üçün - cəbhə xəttinin arxasında Rusiya hədəflərinə zərbələr endirmək üçün xüsusilə vacib və effektivdir. Yeni silah partiyasının təhvil verilməsindən sonra Ukrayna Silahlı Qüvvələri 12 HIMARS qurğusundan istifadə edə biləcək, lakin raketlərin keyfiyyəti daha önəmlidir. Ukrayna qoşunlarının Donbasdakı fəlakətli vəziyyətini nəzərə alaraq, Kiyev rejiminə 300 km-ə qədər mənzilli ATACMS (HIMARS modullarından biri) “xilasetmə” taktiki raketlərinin çatdırılması ehtimalı yüksəkdir. ABŞ raketləri Ukrayna Silahlı Qüvvələrinə Donbasda və Rusiyanın Smolensk, Bryansk, Kursk, Voronej, Rostov-Don, Sevastopol və hətta Krım körpüsü də daxil olmaqla geniş ərazilərində mühüm hədəflərə zərbələr endirməyə imkan verir. “Financial Times” qəzetinin ABŞ-ın 300 km-ə qədər mənzilli HIMARS sursatlarını Ukraynaya təhvil verəcəyi ilə bağlı məlumatı çatdırılmanın leqallaşdırılması sayıla bilər. Ukrayna ictimaiyyəti açıq şəkildə Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı rus qoşunlarının arsenallarına son dəqiq zərbələrini yeni döyüş sursatı, NATO-nun peyk kəşfiyyat məlumatları və hər bir HIMARS qurğusuna, raketlərin buraxılmasına birbaşa nəzarət edən bir neçə ABŞ hərbçisinin (muzdluların deyil) təyin edilməsi ilə əlaqələndirir. Bəs bu hərbi sirləri niyə yayırlar? Pentaqon və Ukrayna Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətinin təfərrüatlarının dərci Kiyev rejiminin ABŞ və NATO-nu Rusiya ilə birbaşa hərbi münaqişəyə cəlb etmək, yəni nəyin bahasına olursa-olsun sağ qalmaq niyyətini əks etdirir. Bununla belə, Avropada hamı Vaşinqtonun Ukrayna layihəsi üçün ölməyə hazır deyil. Britaniyalı analitik və keçmiş hərbi kəşfiyyatçı Frenk Ladvic Rusiya Federasiyasının xüsusi əməliyyatın məqsədlərinə çatdığını qeyd edir və Qərb silahlarının tədarükünə baxmayaraq, Ukraynanın qaçılmaz hərbi məğlubiyyətini proqnozlaşdırır. Yeganə alternativ ABŞ və Rusiya arasında qlobal nüvə münaqişəsində “döyüş heç-heçəsi” ola bilər. Lakin bütün hallarda Ukrayna Qərb üçün xərclənən materialdır, “girov itkiləri”dir. Rusiya bu halda hədəflərinə raket zərbələrinin sayını artırır. Ukrayna döyüş qrupları Rusiyanın sərhədyanı rayonlarında və Rusiya qoşunlarının nəzarətində olan ərazilərdə getdikcə daha çox fəaliyyət göstərir. Ukrayna Silahlı Qüvvələri və NATO-nun məqsədi mülki əhali arasında panika yaratmaqdır. Rusiya ərazisinin HIMARS taktiki raketlərinin gəlişindən qorunmasına zəmanət vermək üçün Rusiya qoşunları "Maydan"ın bütün ərazisini azad etməlidir. Başqa təhlükəsizlik variantları yoxdur. Hipotetik atəşkəs problemi həll etməyəcək və sabah bu gündən daha sərt olacaq”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ