Cümə günü, 13 noyabr 2026
     

“Ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğı nümunəvi xarakter daşıyır” - Vüqar Rəhimzadə

Image


“Rəşadətli Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, milli qürurumuzu, milli kimliyimizi özümüzə qaytardı. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı  tarixi Zəfəri bizlərə yaşatdıqlarına görə hər zaman Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını  ifadə edir, şəhidlərimizin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyir.

Dünyaya səs salan şanlı Qələbəmizin qəhrəmanları  canlarından, qanlarından keçərək tarix yazan,  torpaqlarımızı düşmən tapdağından azad edərək şəhidlik zirvəsinə ucalan Vətən oğulları, sağlamlıqlarını itirən qazilərimiz, müharibə iştirakçılarıdır. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında onların qəhrəmanlığı, şücaəti önə çəkilir,  həyat yollarının indiki və gələcək nəsillər üçün bir məktəb olduğu bildirilir.  Prezidentin sərəncamları əsasında 27 sentyabrın Anım Günü, 8 noyabr tarixinin isə Zəfər Günü kimi təsis  edilməsi də  Vətən oğullarının göstərdikləri qəhrəmanlıqların təsdiqi və təbliği məqsədi daşıyır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət hər zaman  vətəndaşlarının yanındadır: “İnsan amili Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir.  Cənab İlham Əliyevin bütün çıxışlarında bu çağırış yer alır ki,  atılan addımların əsasında vətəndaş amili dayanır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsində də insan amili  özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyev bildirir ki,  30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın  daha yüksək səviyyədə yaşayışını təmin etmək üçün bütün zəruri addımlar  atılmalıdır.  Bu gün həmin ərazilərdə həyata keçirilən və dünyanın diqqətində olan  «ağıllı şəhər»  və «ağıllı kənd» layihələri də deyilənlərin təsdiqidir”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan müharibə şəraitində yaşasa da 30 ilə yaxın dövrdə   öz iqtisadi imkanlarını artırmaq, inkişaf modelini dünyaya təqdim etmək üçün səylər göstərib:  “İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Son illərdə neft gəlirlərinin düzgün istiqamətləndirilməsi nəticəsində  qeyri-neft sektorunun inkişafı təmin edilir. Regionların malik olduğu  imkanlardan maksimum istifadə etmək üçün regional inkişaf  proqramları uğurla icra edilir. Azərbaycanın hər bir layihəni uğurlu sonluqla  başa çatdırması  onun təşəbbüsləri reallığa çevirən ölkə mövqeyinə yeni əlavələr edir.  Bu gün Azərbaycan  işğaldan azad edilmiş bütün ərazilərimizdə  bərpa və quruculuq işlərini  öz daxili imkanları hesabına həyata keçirir. Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin nəticələridir.”

Vüqar Rəhimzadə qeyd olunanlar fonunda günümüzün əsas çağırışı olan  şəhid ailələrinə, qazilərimizə dövlətin diqqət və qayğısından da bəhs edib: “Təbii ki, hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı vəziyyəti, şəhid və qazi ailələrinin sosial müdafiəsi xüsusi önəm kəsb edir. Tarixi Zəfərimizin ilk günündən bu kateqoriyadan olan  insanlara dövlətin diqqət və qayğısı davamlılığı ilə diqqəti cəlb edir. Bircə faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən tarixi Zəfərimizin qazanılmasında Vətən yolunda canını fəda edən şəhidlərin və qazilərin misilsiz qəhrəmanlıq göstərdiklərini xüsusi vurğuladı. O da təsadüfi deyil ki, müharibə Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdıqdan sonra  dövlət başçısı İlham Əliyevin  və birinci xanım Mehriban Əliyevanın ilk görüşü  1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə oldu. Ölkə Prezidenti o zaman görüşün səbəbini belə əsaslandırmışdı ki,  müharibə başa çatandan dərhal sonra gəlmişəm sizə öz hörmətimi ifadə edim: “Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin bu fikirləri özündə bütün məqamları  ehtiva edir: “Cənab Prezident həmin görüşdə bu məqamı da xüsusi qeyd etmişdir ki,  ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq.  Onları normal həyata qaytarmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edərək bildirirəm ki,  qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaq”.

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları şəhid ailələri və qazilərin problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı  tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar, Birinci vitse-prezidentin şəhid ailələrinə və müharibə əlillərinə  qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir: “Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqın­dan azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da bu diqqət və qayğının tərkib hissələridir. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən,  2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsinin nəzərdə tutulmasını xüsusi qeyd etməliyik. Ötən il 3 min mənzil və fərdi ev şəhid ailələrinə və qazilərə təhvil verilib. 2025-ci ilə qədər mənzillə təmin olunmayan bir nəfər də olsun şəhid ailəsi və Qarabağ qazisi qalmayacaq.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki,  ölkə Prezidenti İlham Əliyevin  müvafiq Fərman və sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq proble­mi aradan qaldırılır. Prezidenti­n “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında”  fərmanları şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasının, onlara göstərilən dəstəyin, davamlı qayğının bariz nümunəsidir.

Vüqar Rəhimzadə vurğulayıb ki,  şəhid ailələri və qazilərdən bəhs edərkən  dövlət başçısı İlham Əliyevin  2020-ci ildə  imzaladığı  “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradıl­ması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında bu statistik rəqəmlər öz əksini tapıb ki, Fonda 73 milyon manatdan artıq vəsait toplanıb. Xərclənən məbləğ təxminən  62 milyon manatdır. Xərclənən vəsait əsasən bu vətəndaşların məişət şəraitinin yaxşılaşdırılmasına, təhsil, peşə hazırlığı və yaradıcı potensialının inkişafına, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə yönəlib.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da təəssüf hissi ilə qeyd edib ki, bəzi qazilərimizin, müharibə iştirakçılarının müəyyən tələbləri hər zaman dövlətin, ölkə Prezidentinin atdığı addımların əhəmiyyətini azaltmaq, onlara qara eynək arxasından baxmaq yolunu tutan  antimilli dairələr üçün öz çirkin məqsədlərini həyata keçirməkdə bir vasitəyə çevrilib. Hesab edirəm ki, antimilli ünsürlərin qazi kimi şərəfli ada xələl gətirmək cəhdləri qətiyyən yolverilməzdir. Dövlətimiz hər zaman tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin  ailələrinin, qazilərimizin yanındadır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ