Cümə günü, 13 noyabr 2026
     

“Əsası 1969-cu ilin 14 iyulunda qoyulan Heydər Əliyev yolu bu gün Azərbaycana ən uca zirvələri fəth etdirir” - Vüqar Rəhimzadə

Image


“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin respublikamızda birinci dəfə hakimiyyətə gəlməsindən 53 il keçir. 53 il bundan öncə ölkəmizin gələcəyi üçün yaradılan möhkəm təməl Azərbaycanın hazırda qalib ölkə kimi təqdimatında əhəmiyyətli rol oynadı. Bu baxımdan ki, hələ 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyev respublikamızın xoşbəxt gələcəyi istiqamətində biri-birindən mühüm addımlar atdı, ən əsası həmin vaxtdan başlayaraq milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının inkişafı prioritet məsələlər sırasında oldu.

Azərbaycan gəncinin daha savadlı, yüksək dünyagörüşünə malik, vətənpərvər şəxsiyyət kimi yetişməsi istiqamətində atılan davamlı addımlar sırasında hərbi kadrların hazırlanmasına xidmət edən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasını da xüsusi qeyd edə bilərik. Minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Hansı ki, həmin gənclərin əksəriyyəti sonrakı dövrlərdə müstəqil Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verdilər. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrü, 1969-1982-ci illərdəki fəaliyyəti zəngin təcrübə xəzinəsi kimi dəyərləndirilir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaratdı.  Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu yüksək qiymətləndirən Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək Azərbaycanı iqtisadi möcüzələr ölkəsi kimi tanıdan biri-birindən əhəmiyyətli addımlarının şahidi olarıq. Belə ki, hakimiyyətinin birinci  dövründə ölkəmizi geridə qalmış aqrar respublikadan çiçəklənən, inkişaf edən  bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar, üfüqlər açdı”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnmələri məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən möhtəşəm uğurlar Ümummilli Liderin əzmkar fəaliyyətinin nəticəsidir: “İnkaredilməz fakt budur ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə sonuncu yerlərdə idi. Ümummilli Liderin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində 1982-ci ildə Azərbaycan artıq Ümumittifaq miqyasında qabaqcıl yerlərdə dayanırdı. Ümummilli Liderin o vaxt  gördüyü işlər sayəsində həm ağır sənaye, həm kənd təsərrüfatı, həm də yüngül sənaye sahələri böyük dərəcədə inkişaf etdi, fəaliyyətləri  canlandırıldı. O dövrün səciyyəvi xarakteristikasını təqdim edərkən onu da qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi Ona xalqın böyük sevgisini, etimadını, rəğbətini qazandırmışdı. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev “1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi” fikirləri ilə Ümummilli Liderin hakimiyyətinin birinci dövrünün aydın mənzərəsini təqdim edir. Dövlət başçısı bu fikirlərinin davamı olaraq belə bir reallığı da diqqətə çatdırır ki, biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik”.

“Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinin miqyasından bəhs edərkən müstəqilliyimizin yenidən bərpasının ilk illərində yaşananları yada salmaq kifayətdir” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ümumi mənzərə Azərbaycan adlı dövlətin varlığının sual altında olmasından, müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üzləşməsindən ibarət idi. Azərbaycanın  dövlət quruculuğu  məhz 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra başladı: “Dahi rəhbərimiz hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün yaratdığı möhkəm təməli daha da inkişaf etdirərək ölkəmizin hərtərəfli inkişafını təmin etdi. Ölkədə sabitliyin yaradılması normal biznes mühitinin formalaşdırılmasını, ən əsası Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsini şərtləndirdi. Dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı, Azərbaycanın dünyaya Günəş kimi doğması artıq reallığa çevrildi”.

Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə ölkəmizin hərtərəfli inkişafını təmin etdi: “Ümummilli lider Heydər Əliyevin  1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasını təmin etməklə mühüm sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsinə stimul verir. Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri Dövlət Neft Fondunun şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi təqdimatına işıq salır. Azərbaycan hazırda neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafında qazandığı uğurlarla beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Ölkəmizin artan iqtisadi gücü, iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin etməsi  siyasi çəkisinin günbəgün artmasında, yeni dostlar qazanmasında da özünü aydın şəkildə büruzə verir”.

“Bir məqamı da xüsusi qeyd etməliyik ki, dahi şəxsiyyət Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan  Azərbaycan dövlətinin xarici siyasətinin düzgün əsaslar üzərində qurulmasını vacib amil kimi önə çəkirdi” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,  Azərbaycan həqiqətlərinin, hazırda tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın xaricdəki varlığı kimi dəyərləndirilən diaspor quruculuğu  prosesinin sürətləndirilməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edirdi: “Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal – azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi vacib amil kimi önə çəkildi. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizdə dünya azərbaycanlılarının birliyi, həmrəyliyi xüsusi qeyd edilir. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında misilsiz  xidmətlərindən bəhs edərkən Onun fəaliyyətinin Naxçıvan dövrü də xüsusi önə çəkilir. Azərbaycançılığın əsas tərkib hissəsi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi məhz o dövrə aiddir. Belə ki,  ulu öndər Heydər Əliyev o illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Naxçıvan MR Ali Məclisinin 16 dekabr  1991-ci ildə qəbul etdiyi qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Ulu Öndərin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonrakı dövrdə də fəaliyyətinin əsas istiqamətlərindən biri diaspor quruculuğu, dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin təmin edilməsi oldu. Sevindirici və qürurverici haldır ki, Dünya azərbaycanlıları bu il Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada Zəfər Qurultayını keçirdilər. Dünya xalqımızın birliyinin, həmrəyliyinin bir daha şahidi oldu.”

Vüqar Rəhimzadə bildirib ki, hər zaman qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründən inkişaf yoluna qədəm qoyan Azərbaycanın uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür: “Əsas olan budur ki, əsası 53 il bundan əvvəl – 1969-cu ilin 14 iyulunda qoyulan Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir, Azərbaycan ən yüksək zirvələri fəth edir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərindən öncə cənab İlham Əliyevə inamını özündə əks etdirən xalqa müraciətində qeyd olunan çağırışların hər biri reallıqla vəhdət təşkil edir. Ümummilli Liderin əsas arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Bu gün Azərbaycan qalib ölkə kimi dünyaya səs salaraq, sözünün nə qədər əhəmiyyətli olduğunu sübut edərək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır. Onun şah əsəri olan müasir müstəqil Azərbaycan Zəfəri ilə qalib ölkə adını qazandı. Ümummilli Lider daim bu çağırışı edirdi ki, tariximizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, dilimizi qoruyaq, inkişaf etdirək və beynəlxalq ictimaiyyətə çatdıraq. 44 günlük İkinci Qarabağ müharibəsində ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində möhtəşəm Zəfərimiz bütün bu çağırışların da real həyatda təsdiqi oldu. Tariximizə sahib çıxmağımız, keçmişimizlə qürur duyub gələcəyə inamla addımlamağımız sayəsində bu gün böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Azərbaycanın döyünən ürəyi Şuşanın işğaldan azad edilməsini hər zaman arzulayan və bu günü yaşayacağımıza əminliyini ifadə edən ulu öndər Heydər Əliyevin mədəniyyət paytaxımızın, həmçinin işğal altında olan digər torpaqlarımızın azadlığa qovuşmalarını görməməsindən təəsüf hissi keçirdiyini bildirən dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq Şuşa azaddır, Şuşa dirçəlir. Azərbaycanın gələcəyi üçün möhkəm təməl olan 53 il bundan əvvəl respublikamızda baş verən möhtəşəm siyasi hadisənin ümumi təqdimatı məhz Qarbağımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün təmin edilməsidir”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ