Cümə günü, 13 noyabr 2026
     

Azər Xəlilova baxanda yenə Mirşahin... Şoubaz TV-lər niyə qıcıqlanır?

Image


Tanınmış jurnalist Mirşahin Ağayev müəllifi və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində  bir sıra telekanalları sərt tənqid edib. Aparıcı Azərbaycanda peşəkar medianın, peşəkar jurnalistlərin özünü ifadə etməsi üçün sağlam rəqabət mühitinin yaradıldığını deyib:

“Peşəkar jurnalistlər bu gün daha açıq, sərbəst şəkildə öz fikirlərini ifadə edirlər. Yeni qaydalara, daha doğrusu peşəkar əxlaqa uyğunlaşmayan reketlər, çığallar da açıq görünür. Çünki hələ dünən onlar media məkanında olan qeyri-sağlam mühitin fonunda özlərini göstərə bilir, bulanıq suda balıq tutmağı bacarırdılar. İndi isə sular durulub. Peşəkar media fonunda onlar öz ənənəvi oyunlarını daha oynaya bilmirlər. Həmin insanlaradır sözüm. O vaxtlar keçib artıq. Peşəkarlığa doğru dəyişin, rəqabətdə dözə bilmirsizsə, cığallıq da etməyin. Əvvəllər mediamız boz rəngdə idi. Siz məhz o bozun fonunda rəngarəng görünürdüz. Amma indi artıq AzTV-də də tənqid var, İTV-də də, REAL TV-də də. Problemli məsələ peşəkar şəkildə qaldırılır, problemin üzərinə gedilir. Belə olan halda siz sadəcə artıq olursuz”.

Mirşahin Ağayev açıq yayımda olan televiziyalara da iradlarını bildirib:

“Biz qalib Azərbaycana hələ ki, layiq ola bilmirik. Son zamanlar Azərbaycan teleməkanında inkişaf meylləri var. Fasiləsiz xəbər xidməti olan kanalımızdan danışmayacam, təvəvökarlıqdan uzaq görünər deyə. Amma AzTV-nin, İTV-nin, ARB-24-ün timsalında müsbət dəyişiklikləri görməmək olmaz. Dünya auditoriyasına çıxmağı bacaran CBC var, Xəzər TV artıq öz simasını müəyyənləşdirir və təəssüf ki, yerdə qalan bir neçə kanalımız var. Onlar yerdə qalıblar. Ağır da olsa, deməliyəm. Heyif ki, ictimai zövqü korlayırlar. Məndə olan dəqiq məlumatlara görə, bu kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırma perspektivinin olması barəsində də məlumatlar var. Ona görə də, hörmətli həmkarlar, hər şey pulla ölçülmür. İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərər, zərbə vurduğunuzun fərqində olun”.

Göründüyü kimi, Mirşahin Ağayev telekanallardakı biabırçılığı ümumi mənada deyil, konkret ünvanlar göstərərək sərt tənqid edib. Müsbətə doğru irəliləyişin olduğu bəzi kanalların adını çəkirsə, deməli, onun səsləndirdiyi tənqidin ünvanı adlarını sadalamadığı telekanallardır. Maraqlıdır ki, Mirşahin Ağayaevin bu ünvanlı tənqidinə  cavab  özünü çox gözlətməyib. Belə ki, ATV-nin direktoru Azər Xəlilov öz sosial şəbəkə hesabından yazdığı statusda rəhbəri olduğu kanalın ölkədə ən böyük izləyici auditoriyası olan media resursu olduğunu bildirib:

“Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl telekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir".

Doğrusu, Mirşahin Ağayevin haqlı iradlarına Azər Xəlilovun cavab verməsi olduqca təəccüblüdür. Etiraf edək ki, Mirşahin Ağayevə bir jurnalist kimi cəmiyyətdə birmənalı münasibət yoxdur. Etdiyi sərt və ziqzaqlı, əksər hallarda isə anlaşılmayan  manevrlərə görə haqlı olaraq sərt tənqidlərə tuş gəlir. Ancaq bütün bunlara baxmayaraq, kimsə Mirşahinin diletant telejurnalist olduğunu deyə bilməz. Onun müstəqil telekanallarımızın yaranmasında bəlli təcrübəsi və ortaya çıxardığı “məsullar” var. Bu xüsusda ən azı 3 özəl telekanalın adını çəkə bilərik. Birincisi özəl telekanallarımızın ilk qaranquşu sayılan “215 KL” olub, sonra “ANS” kimi baxımlı bir kanalın ərsəyə gəlməsində onun əvəssiz xidmətləri olub. İndi isə “Real TV” də fərqli nələrsə etməyə çalışır. Bəs Azər Xəlilov televiziya arenasında kimdir və hansı xidmətləri olub? Adam uzun müddət yaxşı əmək haqqı almaqla böyük dünya KİV-ləri ilə əməkdaşlıq edib. Bəlli və burada detallı danışılmasına lüzum görmədiyimiz bir situasiyanın yetişməsi səbəbi onun Londondan təyyarəyə oturub Bakıya uçmasını zəruri etdi. Bununla da, Azər Xəlilov “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” kimi klassik deyimə uyğun olaraq telekanal rəhbərinə çevrilmiş oldu. Ancaq Azər Xəlilovun hazır kökə tapmasından xeyli müddət keçib. Bu zaman istənilən telekanalı sıfır nöqtəsindən zirvələrə qaldırmaq üçün kifayət edirdi. Təəssüflər olsun ki, biz ATV-nin yayım siyasətində onun rəhbərinin öyündüyü inkişafı, tərəqqini müşahidə etmirik. Doğrudan da, yaxşı ki, dövlətin ciddi nəzarəti olduğu bəzi telekanlalra var. Bu gün dünyada kimsə Azər Xəlilovun rəhbərlik etdiyi telekanala baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı,  bütün ailə məsələləri açılıb tökülür, ya da bahalı reklam şərtləri ilə həkim  və kulinar məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Bu yaxınlarda bir deputat parlamentin kürsüsündən dedi ki, camaat  ona görə övladlarını rus bölmələrində təhsilə qoyur ki,  heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin. Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyünə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır. Təəssüf ki, bizdə özəl kanalların biabırçılığının fonunda biz belə qərarların şahidi olmuruq. ATV kanalında nümayiş edilən  teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki Azərbaycan ailəsi ancaq belə olmalıdır. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş və pul qazanmaq naminə belə şeylər etmək olmaz!

Təsəvvür edin ki, bu gün teleməkanda verilişlərə baxılma vaxtının reytinqi var. ATV  kanalı rəhbərinin öyündüyü hərbi-vətənpərvərlik proqramlarını elə vaxta salır ki, həmin vaxt tamaşaçının o verilişə baxmaq imkanı olmur. Və ya milli musiqini gecə saatlarında verirlər. Bu yaxınlarda Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan  bir sənətçinin Filarmoniyada  yubileyi keçirilirdi. Filarmoniyada keçirilən tədbirdə yalnız AzTV-nin kameraları qoyulmuşdu. Dedilər ki, digər kanallara da dəvət göndərilib. Amma onlar Röyanın konsertini işıqlandırmağı daha üstün tuturlar.

Azər Xəlilovun təriflədiyi ATV telekanalında yayımlanan  verilişdə xəstə bir uşağa yardım kampaniyası çərçivəsində 4 milyon manata yaxın vəsait yığıldı. Hansısa xəstə uşağa yardım kampaniyasının keçirilməsi, ona maddi dəstəyin verilməsi təqdirəlayiq haldır. Ancaq gəlin görək, bununla bağlı efir siyasəti düzmü müəyyənləşir?

Bir uşaq üçün yığılan bu pula böyük bir xəstəxana inşa etmək olardı. Və ya elə xəstə uşaqlar var ki, müalicəsi üçün 10 min pul tapılmır. İndi görün, toplanan 4 milyon vəsaitə nə qədər xəstə uşağı müalicə etmək olardı? Biz demirik ki, belə neqativliklər yalnız ATV-də yaşanır. Sadəcə,  yaxşı olardı ki, Azər Xəlilov və digər kanal rəhbərləri  haqlı tənqidin üzərinə gedib cavab vermək əvəzinə, bundan  düzgün nəticə çıxaraydılar. Mirşahinin özünün də rəhbəri olduğu kanal daxil olmaqla bütün özəl televiziyalar öz yayım siyasətində köklü dəyişikliklər etməlidirlər. Əks halda, onsuz da yerli əhali arasında etibarını itirən bu televizyalara heç kim baxmayacaq...

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ