Cümə günü, 13 noyabr 2026
     

Qəzetlərin bizneslə reklam müharibəsi, Hacının 57 min rublu... - Aydın QULİYEV yazır...

Image


Dövlət Vergi Xidmətinin tanınmış və dövlətin dəstəyi ilə çap edilən gündəlik qəzeti gəlirə görə(?) 4 min manat cərimələdiyi şəraitdə "Allah bir daha Prezidentə, onun insafına və iradəsinə versin" deyərək məsələnin üstündən keçmək də olardı. Məsələ isə odur ki, iş adamlarımız və xeyriyyəçilərimiz niyə 19-cu əsrin sonlarında Hacı Zeynalabdinin etdiyi, olduğu kimi ola bilmir, mətbuata dəstəyə milli mənafelərə xidmət kimi baxa bilmir və sair.

Ölkənin Prezidenti qəzetlərin dövlətçilikdəki vacib roluna rəğmən onların fəaliyyətinə bacardığı həddə dəstək verdiyi halda, Vergi Xidməti Prezidentin yardım olaraq qəzetlərə ayırdığı vəsaitdən sanki qarşısındakı fabrik, zavod imiş kimi davranaraq böyük məbləğdə cərimələyib pulunu tutur, iş adamları isə  "əndamını düzəltmək" istəyən bir müğənninin plastik əməliyyatına və özünün pul gətirən  məhsulunun kommersiya reklamına böyük həvəslə pul ayırır, Prezidentin mətbuata dəstəyindən heç bir dərs çıxarmayaraq beş-üç manat şəxsi qazancı və şou-müğənnilərə cəlbedici bədən yığdırmağı daha üstün tuturlar. Bax buna görə lap əvvəldən yazdım ki, Allah Prezidentin işlərinə qüvvət versin və o da mətbuatı dəstəkləməkdə davam etsin... Bəlkə heç Vergi Xidmətinin rəhbərliyi Prezidentin qəzetlərə ayırdığı yardımı mənfəət sayaraq ondan iri məbləğdə cərimə tutmağın ən azı qəbahət olduğunu sonadək anlamayacaqlar?! İş adamları isə öz mal və xidmətlərinin TV-lərdə

reklamından gələn pullara və ora-burası yığdırılmış "sənətkar xanımlara" baxaraq məsti-xumar olmaqdan heç ayılmayacaqlar?!.. Çap media elə batmalıdır? Məgər Prezidentdən başqa qəzetlərin bir yiyəsi-sahibi olmalı deyilmi? İş adamlarının "sosial məsuliyyəti" deyilən bir anlayış yoxdurmu? Aydın məsələdir ki, reklama yönəltdiyi hər manatdan real gəlir götürmək və ideal estetika ilə yığdırdığı bədənlərdən mənəvi zövq almaq barədə düşünən biznesmenin nə sosial məsuliyyəti, nə də milli burjuaziya sayılmağa mənəvi haqları var. Belələri "bir ətək pul xərcləyərək ancaq aldığı malın necəliyini görmək üçün yanıb-yaxılan ideyasız, konfortist Məşədi İbadlardan heç fərqlənməyən davranış nümayiş etdirə bilərlər, vəssalam. Ancaq biz buyuqmu? Axı pulunu ancaq "mala" qoymaqdan həzz alan Məşədi İbadlardan savayı 19-cu əsrin sonlarından başlayaraq milli mənafelərə ən unikal xidmət üsulları tapan Hacı Zeynalabdinlərimiz də var idi...

İstedadlı jurnalist, alim Natiq Məmmədli AZ.TV-nin efirində olduqca maraqlı ideya irəli sürdü. Natiq müəllimin zahirən ritorik görünən sualının içində özünü sponsor, ya xeyriyyəçi sayan iş adamlarını sözün yaxşı mənasında silkələyən, silkələməli olan  mətləb gördüm. Natiq Məmmədli sual etdi - "Məgər 1897-ci ildə 57 min rubl qoyaraq "Kaspi" qəzetini satın alan Zeynalabdin Tağıyev qazanc barədə düşünürdü?"... Tağıyev bilmirdi ki, qəzet pul qazandıran iş deyil?.. Neft maqnatı olan şəxsin qəzet puluna ehtiyacı ola bilərdimi? Tağıyev satın alandan sonra "Kaspi" qəzetinin işinə heç müdaxilə etmədi, ona sərbəstlik və daha azad fəaliyyət imkanı verdi, deməli, o 57 min rublu "Kaspi"nin yaşaması üçün vermişdi, adını da ona görə satın almaq qoymuşdu ki, qurd kimi ağız-ağıza yatmış erməni maqnatlar milli mətbuatımızı ələ ala bilməsinlər. Gördünüzmü, Tağıyev milli mənafelərə hansı unikal xidmət nümunəsi yaratdı?!.. Neft biznesini də qurmuşdu, xaricdə tələbə də oxutdururdu, sponsorluq və xeyriyyəçilik də edirdi, bu cür milli mənafelərə fədakar xidmət nümunələri də ortaya qoyurdu.

İstehsal olunmuş malın və xidmətlərin TV-lərdə, saytlarda reklamı təbii ki, çox pul qazanmağa xidmət edir. Malı nə qədər çox adam görsə, müştərinin bir o qədər çoxalması ehtimalı var. Ancaq gətirdiyi qazancın müştəri sayı ilə ölçülməyən "mal və xidmət" növləri də var axı... Tağıyevlərin mətbuata dəstəyinin əzəməti və böyüklüyü məhz onda idi ki, burada müştəri sayı rol oynamırdı, müştəri də, alınan-satılan bir şey də yox idi, milli mənafe və ona xidmət var idi ki, onun da ən klassik "mətbuat nümunəsini" Tağıyev yaratdı. Məhz bunlara görə tarixdə qaldı. Neft pullarını Paris restoranlarında, özləri ilə uzaq ellərə götürdükləri "xanımların" yolunda son qəpiyinə qədər daşa vurub başa  çıxanların bircəciyi tarixdə qaldımı?!..

Başa düşürük ki, iş adamlarını ilk növbədə kommersiya reklamı, yəni adamların gözünə görünən kimi gəlir gətirən və gəlir artıran reklamlar maraqlandırır. Bu cəhətdən onların TV və onlayn medialara üstün meyllənmələri başa düşüləndir. Bəs çap medianın dövlət və ictimai mənafelər üçün son dərəcə vacib və heç bir TV və onlayn medianın görə bilmədiyi işlərini kim görsün? Çap medianın funksiyalarında elə ştrixlər var ki, bunları yalnız onun özü etməlidir. Bu, “whatsapp”da xəbər yazmaq və ya mobil telefonda canlı yayım açmaq deyil ki... Məhz həmin vacib funksiyalara görədir ki, hələ dünyanın heç bir dövləti çap mediadan imtina etməyib. Oxucu sayı azalsa da, köklü çap medialar fəal saytlar, canlı TV yayımları kimi yeni üsullarla informasiya məkanında yeni duruş üsulları tapıblar. TV və onlayn medialar yalnız özləridir, çap media qurumlarının bir çoxu isə həm qəzet, həm də sayt və internet TV yayımından ibarət mürəkkəb struktur halına gəlib. Onların gücü hələ bununla məhdudlaşmır. Azsaylı oxucular dediyi bu kontingenti çoxsaylı tamaşaçılar kontingentindən aşağı tutan reklamçıların unutduğu böyük bir məqam var. Onların azsaylı oxucu yarlığı vuraraq "bizim malımızı çox adama göstərməkdə qəzetlərin imkanları məhduddur" deməsi müqabilində çap media bir gün onlara öz gücünü göstərmək fikrinə düşsə nə baş verəcəyi məlumdur. Öz reklamlarını çap mediadan əsirgəyən "sponsor və xeyriyyəçi" biznesmenlər qazanclarının birini özləri yeyib ikisini İlham Əliyevin adından nəzir-niyaz paylasınlar ki, onların qismətinə belə Prezident düşüb. Elə Prezident ki, çap medianın bütün qayğılarını öz çiyninə çəkərək iş adamları ilə onların reklam üçün yararsız saydıqları qəzetlərin arasında mövqe tutur. Əks halda bu qəzetlər o iş adamlarının "cıbrığını" çıxardar və tək reklam üçün yox, çox şeylər üçün hansı gücə və haqqa sahib olduqlarını sübut edərlər...

Siz bir bunların radio-TV-lərdə verdirdikləri reklama baxın. "Aa, nə gözəl bağ evin var? Bəs otaqda bu nə səs-küydür? -Əşi, demə, qonşunun filan borusundan səs gəlməsin deyə televizorun səsini yüksək edirik” və bu biabırçı reklam mətninin davamı da var. Hansısa borunu guya reklam edib daha çox adamın eşidib görməsini istəyirlər. Ancaq əslində daha çox adamın gözündə mallarını dəyərdən salırlar. Camaat deyir, ay əbləh, o hansı bağ evidir ki, qonşuların mənzil divarları ortaqdır? Bina mənzillərində bu ola bilər. Bəs o halda reklam mətninin ilk cümləsinə "nə gözəl bağ evin var" ritorikasını hansı ağılla salıbsan? O tərifli borunu elə bu ağıllamı reklam edirsən?..

Görürsünüzmü, adi bir vəziyyətdir, TV və onlayn mediada kommersiya reklamları ilə milyonlarla qazancın dalınca qaçanları bir anda küllü-kufan etmək olar. Bax buna görə, yazıram ki, İlham Əliyev kimi Prezidentə çap mediaya dəstəyinə görə jurnalistlər, qəzetlərin haqlı qəzəbindən yan keçə bildikləri üçünsə "sponsor-xeyriyyəçi" iş adamları minnətdar olmalıdır.

Niyə olmaz ki, elmi dildə sosial məsuliyyət, sadə dildə cəmiyyət, millət qarşısında vicdan deyilən şeyə sahib olasınız? Hər şey pulla ölçülə bilməz ki... Yenə Natiq Məmmədlinin sözləri, yenə Hacı Zeynalabdinin 57 min rublu... Kommersiya reklamlarınızı onun-bunun müalicəsi adı altında dələduzluqla pul toplayan şou TV proqramlara yönəldə bilərsiniz, üstəlik şou aparıcılarla "bu gün sənə 50 min verib ayın başında 150 min alacam, qondarma xəstələri tapıb efirə çıxarmaq da sənin işindir" kimi murdar sövdələşmələrə gedə də bilərsiniz. Ancaq millətə, dövlətə, həqiqi insanlara lazım sosial reklam layihələri üzərində çap media ilə qəzetlərin misilsiz əməkdaşlıq formatlarını qurmaq olar. Sosial reklam mövzuları saysız qədərdir. Ekologiya, narkomaniya, fanatizm, erkən nikahlar, boşanmalar, övlad laqeydliyi, valideyn məsuliyyətsizliyi, cəhalət və sair kimi nə qədər sosial reklam üçün "yanan" mövzular var... Fotolar, karikaturalar, bir-iki sözlük "adamı evdən çağıran" qısa cümlələr, samballı və sensasiyalı məqalələr, sənədli povest və oçerklər və sair...

Yol uzun, üsul çoxdur. Çap media onsuz da yaşayacaq. Çünki Prezident özü onun qarantı olmaq missiyasını çiyninə çəkib. Ancaq çap media ilə biznesin sosial reklam əməkdaşlığı problem kimi həllini tapmalıdır. Tapmalıdır ki, hamıya yaxşı olsun, iş adamları sosial məsuliyyətin nə olduğuna işdə alışsınlar, çap media daha təminatlı fəaliyyət göstərsin, cəmiyyət öz həyatını sosial reklamlarda daha geniş görsün, Prezident də bir daha əmin olsun ki, uğrunda onun da çox səylər göstərdiyi ölkənin sosial məsuliyyətli iş adamları zümrəsi nəhayət formalaşmağa və çap medianı da əhatə etməyə başlayır... Əks halda...

Nə vaxtsa çap media ilə biznes strukturlarının amansız sosial reklam davaları qaçılmaz ola bilər...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ