Cümə günü, 13 noyabr 2026
     

"İrəvanda azərbaycanlıların mədəni irsinin yeganə sübutu olan Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir" - Vüqar Rəhimzadə

Image


Tarix faktlara əsaslanır və əsla saxtakarlığı sevmir. Bu həqiqəti Azərbaycan dövləti ən yüksək tribunalardan Ermənistana və ona zaman-zaman havadarlıq edib azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirməsinə dəstək olan dövlətlərə çatdırsa da, qarşı tərəflər laqeyd yanaşmaları ilə diqqəti özlərinə çəkməyi yeganə çıxış yolu hesab edirlər.

Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da əsassız “erməni soyqırımı” iddiasını irəli sürən Ermənistana dost ölkənin cavabı hər kəsə məlumdur: Tarixçilərdən ibarət Türkiyə və Ermənistan komissiyası yaradılsın, bütün dünya arxivləri açılsın. Ermənistan rəsmiləri buna cavablarında “Bununla tarixçilər deyil, siyasətçilər məşğul olmalıdır” deməklə fakt qarşısında nə qədər aciz durumda olduqlarını təsdiqlədilər. Təəssüf doğuran hal budur ki, Ermənistanın bu yanlış yanaşmasına onun dəstəkçiləri də tərəfdar çıxdılar. Ermənistan və onun havadarları bu acizliklə, qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməklə, tarixi və dini abidələrimizi yerlə-yeksan edib bu torpaqları erməniləşdirmə siyasəti aparmaqla nəyəsə nail olmağın mümkünsüzlüyünün 44 günlük İkinci Qarabağ müharibəsində şahidi oldular. İnformasiya-kommunikasiya texnologiyaları əsrində yaşayırıq. Bu əsrdə danışan, Zəfər çalan yalanlar deyil, faktlar, tarixi həqiqətlər olur.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər: “Artıq həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tarixi faktlar bu reallığı da təsdiqləyir ki, Ermənistan adlı uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının olmayan tarixinin süni surətdə şişirdilməsinə yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılmışdır. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, tarixi memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Elə o zamanlardan başlayaraq ermənilərə göstərilən dəstəklər bu günə qədər davam etməkdədir.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, 1988-ci ildə ermənilərin torpaq iddiasının yenidən baş qaldırması nəticəsində yaranan, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasında da dünyanın ikili standartlara əsaslanan siyasəti, ermənilərin başına çəkilən sığallar əsas rol oynadı: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər onların başına çəkilən sığal nəticəsində bu qərar və qətnamələrə məhəl qoymadılar, “evin ərköyün” uşağı” kimi istədikləri zaman danışıqlar prosesinə qatıldılar, istəmədikləri zaman da müxətilf bəhanələrlə bundan yayındılar. Yəni, himayədarlarından aldıqları dəstəklər onlarda ruh yüksəkliyi yaradır, daha böyük iddialarla çıxış etmələrinə rəvac verirdi. Mənfur düşmənin yeni ərazilər uğrunda müharibə planları da bunun təsdiqi oldu. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi ermənilərin bu planlarının faş edilməsinə yardımçı olmaqla ədalətin, beynəlxalq hüququn bərpasına yol açdı, dünyaya Azərbaycan xalqı üçün Qarabağ məsələsinin milli qürur məsələsi olduğunu, öz tariximizə, mili-mənəvi dəyərlərimizə, dünənimizə və bugünümüzə nə qədər bağlı xalq olduğumuzu nümayiş etdirdi.”

Vüqar Rəhimzadə diqqəti Azərbaycanın elm və ictimai xadimlərinin iyulun 6-da Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının mədəni irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə ünvanladıqları müraciətə yönəldərək bildirib ki, sənəddə də qeyd olunduğu kimi, UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Dünya ictimaiyyəti isə bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi-mədəniyyət nümunələri yoxdur? Çünki bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğuna, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır. Müraciətdə bir daha bu həqiqət qurumun diqqətinə çatdırılır ki, İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Tarixən azərbaycanlıların yaşadığı Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.»

YAP Xətai rayon təşkilatının sədri diqqəti xüsusi olaraq bu məqama yönəldib ki, müstəqilliyimizin yenidən bərpasından, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tarixi həqiqətlərimiz işıq üzü görməyə, Azərbaycanın haqq səsi dünyaya yayılmağa başladı: «Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olması da təsadüfi deyildi. Ulu öndər Heydər Əliyev tarixçilərimizin qarşısında tarixin saxtalaşdırılmasına yol verilməməsini əsas tələb kimi qoydu. Son 18 ildən artıq dövrdə bu siyasəti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev tariximizin qorunmasına, indiki və gələcək nəsillərə çatdırılmasına, ən əsası beynəlxalq ictimaiyyətin qədim tariximizlə bağlı daha dolğun məlumatlar əldə etməsinə geniş imkanlar yaratmaq üçün biri-birindən mühüm addımlar atır. 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi özündə bu kimi məqamları tam şəkildə ehtiva edir.»

“Tarixi həqiqətlər ermənilərin əsl simasını ortaya qoyur. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərə və onlara havadarlıq edən dövlətlərə dərs olmalıdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında yer alan bu hədəfimizi də yada salmaq istərdik: “Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq», -deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə ermənilərin azərbaycanlılara qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirmələri ilə yanaşı, Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənlərini dağıdaraq viran qoyduqlarını bir daha diqqətə çatdırıb: “Bunlar bizim mədəni sərvətimiz, milli kimliyimizin təqdimatlarıdır. Ermənilərin bu yolu seçmələri əvvəldə də qeyd etdiyim kimi, hər kəsə məlumdur. Tarixi saxtalaşdırmaqla özlərinə tarix yazan mənfur düşmən milli sərvətimiz olan tarixi və dini abidələri məhv etməklə onların Azərbaycana məxsusluğunu gizlətməyə çalışır. Araşdırmalar nəticəsində erməni vəhşiliklərinə işıq salan çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Tarixin yaddaşına söykənərək bütün reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün səylərimizi birləşdirməliyik.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, elm və ictimai xadimlərin UNESCO-nun Baş direktoruna ünvanladıqları müraciətdə yer alan bu həqiqət ümumilikdə dünyaya bir çağırışdır: “O çağırış ki, Azərbaycan tarixi Zəfəri ilə Ermənistana döyüş meydanında və informasiya cəbhəsində “Dur!” deməyi bacardı, torpaqlarımızı işğalçılardan təmizlədi, ədaləti bərpa etdi. Bu gün dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlarına Ermənistana tarixi saxtalaşdırmasına “Dur!” deməyə çağırışlar edilir. Bu mühüm məqamı da yada salaq ki, 2022-ci ilin 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurası Prezidentinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. UNESCO-nun bu missiyasını yerinə yetirəcəyinə ümid edirik.»




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ