Cümə günü, 13 noyabr 2026
     

İş adamlarının çap mediaya reklam dəstəyi milli mənafe məsələsidir - Agentlikdən maraqlı ideya...

Image


Müasir medianın inkişafına, maliyyələşməsinə, yaşamasına dövlət ciddi dəstək göstərsə də, iş adamlarının, sahibkarların, milyonçuların yerli mediaya maddi dəstək verməsi hallarını müşahidə etmirik. Bu gün ölkə sahibkarlarının əksəriyyəti heç çap mediasına reklam da vermək istəmir, sosial reklam layihələrinin işıqlandırılmasına çalışmır, reklam verənlər də mütləq mənada pul qazanmaq, gəlir əldə etmək istəyir.

Milli mənafe isə yaddan çıxır. Halbuki, başda Hacı Zeynalabdin Tağıyev olmaqla, bizim böyük milyonçularımız çap mediasına dəstək göstəriblər,  bu dəstəyi milli mənafe, milli maraqlar naminə verməyi miras qoyublar. Onlar məhz qəzetlərə pul qazanmaq yox, dilimizi, mədəniyyətimizi, milli mənafeyimizi qorumaq,  maarifçiliyi yaymaq üçün maddi dayaq durublar. Fikrimizcə, bu böyük xəzinəyə çağdaş iş adamlarının da qatqısı olmalıdır. Son zamanlar mətbuatda ən çox müzakirə edilən məsələlərdən biri reklam məsələsidir, birmənalı olaraq deyə bilərik ki, iş adamları, sahibkarlar qəzetlərə reklam versələr və reklam bazarı işə düşsə medianın çətinlikləri arxada qalar. Reklam bazarının bu şəkildə olması da yenə iş adamlarından asılıdır. Bu gün sahibkarlar, iş adamları təmənnasız şəkildə çap mediasına arxa-dayaq olmalıdır.

Bildirək ki, MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli AzTV-nin “Çıxışa doğru” proqramında medianın reklam bazarından danışarkən olduqca maraqlı nüanslara toxunub, MEDİA-nın çox maraqlı ideyasını ictimaiyyətə çatdırıb. N.Məmmədli deyib ki, media daha çox reklam əldə etmək yarışında öz simasını itirməməli və hər hansı sponsor dəstəyi medianın peşəkar fəaliyyətini yerinə yetirməsinə mane olmamalıdır. “Dövlət media sahəsində fəaliyyətini stimullaşdıran addımlar atır, amma bu bir kommunikativ prosesdir. İctimai maraqlardan çıxış etməklə daha çox reklam əldə etməyin innovativ yolları barədə bizim media menecerləri özləri düşünməlidir. Görünən odur ki, Azərbaycanda media menecmenti qocalıb, onun müasir çağırışlara cavab verməyə taqəti çatmır”.

Natiq Məmmədli, həmçinin, “Reklam yalnız bir məhsulun tanıdılması kimi başa düşülməməlidir, burada məsələnin sosial tərəfləri var. Hacı Zeynalabdin Tağıyev 1897-ci ildə 57 min rubl verib “Kaspi” qəzetini alanda məgər ondan gəlir əldə etmək istəyirdi? Bizim milli burjuaziya Rəsulzadənin, Ağaoğlunun, Əli bəy Hüseynzadənin  “Tərəqqi”, “İrşad”, “Həyat” qəzetlərinə gəlir əldə etmək üçün pul ayırırdı? Onların məqsədi pul qazanmaq idi? Milli mətbuata dəstək milli maraqlarımıza olan dəstəkdir. Məsələyə bu aspektdən yanaşmaq lazımdır”.

Heç şübhəsiz, sahibkarlar milli medianın, çap mediasının maliyyələşdirilməsində rol oynamalıdır və çap medianın maliyələşdirilməsində iş adamlarının iştirakı çox vacibdir. Qeyd edildiyi kimi, ancaq bu olduqca zəif gedir, çünki onlar mallarını mətbuatda reklam etmək və birbaşa pul qazanmaq haqqında düşünürlər. Natiq müəllimin də yerində dediyi kimi, Tağıyev pul verib “Kaspi” qəzetini alanda məqsədi pul qazanmaq deyildi, onu milli mənafelər maraqlandırırdı. Çap medisına dəstək əslində milli mənafeyə xidmət və dəstək anlamındadır. Vacib deyil ki, bu istiqamətdə sahibkarlar pul qazansınlar. Çap mediasına dəstək dilimizə, dilimizin qaydalarının qorunması, gündəlik tarixi salnaməmizin qorunub saxlanılması, jurnalistika prinsiplərinin qorunub saxlanılması deməkdir. Bəzilərində belə rəy var ki, çap mediasının kütləvi oxucusu yoxdur və biz maliyə ayırsaq nə qazanc götürə bilərik? Çox da ki, çap mediasının kütləvi oxucusu yoxdur, əlbəttə, dəstək verilərsə bunun oxucuların say dairəsinə necə təsir edəcəyi qısa zamanda bilinər. Təki yerli sahibkarlar yerli qəzetlərə sosial reklam verməyə maraq göstərsinlər...

  • Şakir Ağayev: “Sahibkarların yerli mətbuata, xüsusən də çap mediasına milli maraqlar, milli mənafelər naminə sponsorluq etməsi çox gözəl olardı və müsbət effekt verərdi”

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki,  MEDİA Agentliyi  tərəfindən qaldırılan məsələ çox aktual və yerində səsləndirilən məsələdir: “Yerli sahibkarların yerli mətbuata, xüsusən də çap mediasına milli maraqlar, milli mənafelər naminə sponsorluq etməsi çox gözəl olardı və müsbət effekt verərdi. O sahibkarlar bilməlidir ki, məhz Azərbaycanın milli maraqları təmin olunarsa və Azərbaycan bütün sahələrdə inkişaf edib güclü dövlət olarsa sahibkarların da fəaliyyəti bir o qədər genişlənər, daha çox işlər görərlər. Azərbaycan milli mətbuatı, çap mediasının əksəriyyəti də ilk növbədə Azərbaycanın milli maraqlarını qorumaq üçün fəaliyyət göstərir. Milli dövlətçilik maraqlarını, milli mənafemizi qoruyan çap mediasına da təbii ki, xeyriyyəçilik formasında dəstək göstərilməlidir. Bununla demirəm ki, sahibkarlar qazandıqları pulların bir hissəsini mediaya versin, xeyr. Onlar bu işi, şübhəsiz ki, reklam vermək, qarşılıqlı əməkdaşlıq formasında edə bilərlər. Onlar məşğul olduqları sahənin reklamını çap mediası vasitəsilə həyata keçirə və mediaya dəstək ola bilərlər. Bilirsiz ki, hər bir şirkətin özünün piar proqramı var və onlar piar üçün bəlli məbləğdə pul ayırırlar. Təbii ki, bunlar olarsa çox yaxşı olar.

Mən bir neçə dəfə bu məsələni mətbuatda və görüşlərdə də qaldırmışam. Məsələn, Azərbaycanın neft və qazdan sonra ən pioritet məsələlərindən biri məhz turizmdir. Turizm sahəsində sahibkarlar çap mediasına köməklik göstərə bilər və bundan özləri də mənfəət göstərə bilərlər. Bu şirkətlərin tərkibində çox böyük otellər, restoranlar, xidmət sahələri var. Ən azından o yerlərdə qəzetlərin satışını təşkil edə,  qəzetlərdə öz fəaliyyətləri barədə müxtəlif dillərdə məlumatlar çap etdirə bilərlər. Mən özüm rusdilli qəzetin baş redaktoruyam və turizm şirkətləri bizim qəzetdə məqalə çap etdirsə rusdilli turistlər  o yazını oxuya və daha çox məsələlərlə tanış ola bilər, Azərbaycan, onun gəzib görməli yerləri, mədəniyyəti, mətbəxi və sair barədə məlumat ala bilərlər. Azərbaycana turistlər ən çox Birləşmiş Ərəb Əmirliklərindən, qonşu İrandan, Rusiyadan, Gürcüstandan və başqa ölkələrdən gəlir”.

Ş.Ağayev hesab edir ki, turizm sahəsini bir nümunə kimi göstərib, başqa sahələrdə çalışan sahibkarlar da çap mediasında sıx əməkdaşlıq edə bilər: “Çox təəssüf ki, hələ bizim iş adamları bunu etmək istəmirlər. Natiq müəllimin qaldırdığı bu məsələ çox yerində və gündəmdə olan əhəmiyyətli məsələdir. Bu Azərbaycan çap mediasının inkişafında da böyük rol oyanaya və bir növ də dövlətin yükünü azalda bilər”.

  • Faiq Balabəyli: “...İş adamları mediaya reklamları ilə dəstək olmalıdırlar ki...”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli də “Bakı-Xəbər”ə bildirdi ki, ideya çox gözəldir və sahibkarlara ünvanlanan bir mesajdır. F.Balabəyli hesab edir ki, yerli sahibkarlar mediadan öz maddi çıxarları, korparativ maraqları naminə istifadə etməməli, əksinə, milli təəssübkeşlik sərgiləməlidir, çap mediasına, bütövlükdə KİV-lərə təmənnasız sponsorluq etməlidirlər. F.Balabəylinin fikrincə, bir şirkətin, bir iş adamının, sahibkarın qəzetlərə, saytlara reklam verməsi, yaxud onlara başqa bir formada sponsorluq etməsi onunla nəticələnməməlidir ki, o KİV-lər o şəxslərə xidmət etsin, bu millətə, dövlətə fayda verməklə nəticələnməlidir: “Olduqca maraqlı bir məsələdir və qəzetlərin, saytların yaşaması üçün mütləq mənada maddi dəstəyə, sponsora ehtiyac var. Bu sponsor da təmənnasız olmalıdır, məqsədi pul qazanmaq, gəlir götürmək deyil, milli mənafemizə xidmət etmək olmalıdır. Bizim xeyiyyəçilərimiz zamanında millətin mənafeyi naminə pullar xərcləyiblər, müasir sahibkarlar da onların yolunu tutsaydılar yaxşı olardı. Bizdə bu istiqamətdə zəngin xeyriyyəçilik ənənəsi var və bu ənənə iş adamları tərəfindən  günümüzdə də davam etdirilməlidir”.

F.Balabəyli təəssüflə qeyd etdi ki, ümumiyyətlə, KİV-lərə sponsorluq edən və etmək istəyən şəxslərin çoxu onları öz təsiri altında saxlamaq istəyir: “Artıq illərdir ki, mətbuatın azad olmasından, söz azadlığından bəhs edirik.  Amma təcrübə göstərir ki, bəzən kənar müdaxilələr mətbuatın azad olmasına, azad fəaliyyət göstərməsinə mane olur ki, burada da medianın inkişaf etməsindən, düzgün, dolğun, obyektiv xəbərlərin yayınlanmasından danışmaq çətin olur. Nədir bu maneələr? Azərbaycanda sosial şəbəkələr bəzən yazılı medianı da, onlayn medianı da iflic vziyyətə salır. Peşəkarıların, ixtisaslı jurnalistlərin xəbər daşıyıcısı olan KİV-lərdə yazdıqlarını, heç bir məhdudiyyət, diqqət, peşəkarlıq olmadan sosial şəbəkəlkərdə tirajlayırlar ki, bu da birmənalı olaraq KİV-in ayaqlarından asılan daş kimi onun inkişafına mane olur. Amma bundan əlavə də, bəzən qəzet və onlayn media işlərini yaxşı qurmaq üçün sponsor köməyinə ehtiyac duyur. Sponsorların isə özlərinin maraqları olur və müraciətə ilkin münasibət buradan mən nə qazanacam, demələri olur. Demək, hər kəs özünün mənfəətini düşünür ki, fərdlərin mənfəət əldə etmələri dövlətin mənfəətindən önə çəkilir. Yəni onlar Azərbaycan respublikasının siyasətini deyil, xalqın informasiya qıtlığından qurtulmasını deyil, şəxsi maraqlarını düşünürlər. Yaxud sponsorların əksəriyyəti sponsorluq edəcəkləri media nümayəndələrini, eləcə də medianın özünü inhisarda saxlamağı düşünürlər. Hər kəs özünün mirzəsini maliyyələşdirmək istəyir ki, bu da medianın inkişafına mane olur. Əslində isə iş adamları mediaya reklamları ilə dəstək olmalıdırlar ki, bundan özləri də yararlana bilsinlər. İşlərinin mükəmməl, gəlirli sahəyə çevrilməsi üçün medianın dəstəyinə də güvənsinlər, reklam bazarlarında aktiv olsunlar”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ