Cümə günü, 13 noyabr 2026
     

31 ölkədə Azərbaycanın çoxşaxəli diaspor şəbəkəsi - evlər, Koordinasiya Şuraları, daha nələr...

Image


Xaricdə yaşayan azərbaycanlılar, diaspor qurumlarının təşkilatlanması, fəaliyyəti daim Azərbaycan dövlətinin diqqətindədir. Bu, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Heç şübhəsiz, bu sahədə dövlət siyasətini 20 yaşlı Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Məlumdur ki, Azərbaycanda diaspor quruculuğunun banisi ümummilli lider Heydər Əliyevdir.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb,  5 iyul 2002-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Azərbaycan dövləti indiyə qədər xaricdə yaşayan azərbaycanlılarla bağlı çox işlər görüb. Son illər isə görülən işlərin sayı daha da artıb. 2020-ci ildə Nazirlər Kabineti tərəfindən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” təsdiq olunub. Komitə ilə rahat əlaqə yaradıla bilməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilib və qurum “Elektron hökumət” portalına inteqrasiya olunub. Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan Evlərinin açılması  təqdirəlayiqdir. Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi fəaliyyət göstərir. COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutdular.

  • “...Komitənin xətti ilə son illər xaricdə yaşayan azərbaycanlılarla bağlı çox işlər görülüb”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 20 il ötür: “Hesab edirəm ki, Azərbaycan dövləti ilə məhz xaricdə yaşayan soydaşlarımızın, onların təşkilatlanması, fəaliyyətlərinin koordinasiya olunması, əlaqələndirilməsi işinin təşkil edilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması çox mühüm idi. Bunun çox böyük tarixi əhəmiyyəti vardı. İllər boyu bu sahədə, istiqamətdə mühüm işlər görülüb. Bilirsiz ki, bu ideyanın əsası ümumlider Heydər Əliyev tərəfindən qoyulub. Xaricdə yaşayan azərbaycanlıların əlaqələndirilməsi baxımından dövlət diaspor siyasətinin həyata keçirilməsi baxımından bu komitəni yaradıb. Cənab Prezident illərdir ki, bu istiqamətdə ardıcıl siyasət yürüdür, göstərişlər verir, sərəncamlar imzalayır, dövlət tərəfindən Komitə qarşısında konkret vəzifələr qoyulur. Bu dövr ərzində dövlət xaricdə yaşayan soydaşlarımızla əlaqədar bir sıra tədbirlər həyata keçirib. Pandemiya dövründə xaricdə oxuyan, işləyən, yaxud bir başqa məqsədlə ora gedən şəxslərin ölkəyə təxliyə olunması həyata keçirildi, onlara hərtərəfli qayğı göstərildi. COVID-19-la əlaqədar yollar, sərhədlər bağlananda dövlət vətəndaşın yanında oldu. Dünyanın çaş-baş qaldığı bir vaxtda Azərbaycan dövləti həm daxildə vətəndaşların qeydinə qaldı, eyni zamanda da xaricdəki azərbaycanlıları, soydaşlarımızı da yaddan çıxarmadı. Təbii ki, bununla bağlı Diaspor Komitəsinin xətti, səfirliklərimiz vasitəsi ilə fəaliyyətlər göstərib. Bildiyimiz kimi komitənin xətti ilə son illər xaricdə yaşayan azərbaycanlılarla bağlı çox işlər görülüb. Məsələn, Azərbaycan Evlərinin fəaliyyət göstərməsi, Qarabağ məktəblərinin açılması, 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurasının ərsəyə gətirilməsi böyük işdir. Bütün bu işlərin, atılan hər addımın ümumi məqsədlər üçün öz mənası, əhəmiyyəti, faydası var. Yetər ki, ortaya atılan hər bir ideyanın, görülən işinin ardı gəlsin. Görüsüz ki, çoxşaxəli diaspor fəaliyyəti qurulub və bu fəaliyyətin daha da inkişafı zəruridir. 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi var. Çox arzu edirəm ki, Azərbaycan Evləri öz fəaliyyətlərini kəsintisiz davam etdirsinlər. Çünki bizdə bir pis xasiyyət var, hansısa bir təşkilatı yarıdırıq, amma onun inişafına, böyüməsinə, şaxələnməsinə çalışmırıq. Sözümün canı budur ki, bu məsələlər quru rəqmlərdə deyil, real həyatda öz işlərini genişləndirməlidir. Hesab edirəm ki, Komitə gördüyü işin böyüklüyünü  və məsuliyyətini ciddi dərk edir və bu qurumlar üzərində nəzarətini daha da möhkəmləndirir. Uğurla fəaliyyət göstərən Azərbaycan Evlərimiz  var. Azərbaycan dövləti diaspor quruculuğu sahəsində təşkilatlanma işlərini daha da gücləndirir və milli maraqlar naminə daha böyük işlər görür. Bu baxımdan, Azərbayan Evləri də, Koordinasiya Şuraları da, diaspor fəaliyyəti ilə bağlı digər qurumlar da xaricdə Azərbaycanın milli dövlətçilik maraqlarının keçiyində durur. Azərbaycanlıların təşkilatlanması, ümimmilli mənafelərimizlə bağlı onların fəaliyyətini düzgün qiymətləndirməliyik, onlara daim dəstək olmalıyıq. Bu təşkilatları qoumalıyıq, onların fəaliyyətinin irəliləməsi sahəsində hər kəs öz vəzifə borcunu anlamalıdır”.

S.Adıgözəlli bildirdi ki, dövlət qurumu ilə yanaşı ölkənin QHT sektorunda mövcud olan qurumlar da diaspora fəaliyyətilə məşğul olur və xaricdəki soydaşlarımıza hər tərəfli dəstək göstərir. Milli maraqlarımız naminə xaricdə keçirilən tədbirlərə qoşulduqlarını qeyd edən S.Adıgözəllinin sözlərinə görə, hər zaman disapor qurumlarına dəstək göstəriblər, bu dəstəyi hər zaman davam etdirəcəyəklər: “Azərbaycanın milli dövlətçilik mənafeyi üçün atılan addımlara öz dəstəyimizi göstərəcəyik, əməyimizi əsirgəməyəcəyik. Azərbaycan Evlərinin əhəmiyyətini, xüsusilə Ukrayna müharibəsində gördüm. Bu proseslərin içində olan adam kimi Polşadakı Azərbaycan Evinin fəaliyyətini qeyd etmək istəyirəm. Azərbaycan Evinin fəaliyyəti, vətəndaşlarımıza həssas, qayğıkeş münasibəti, vətənpərvərliyi, milli təəssübkeşliyi çox qürurverici idi. İnanıram ki, digər Azərbaycan Evləri də o cür fəal, aktiv vəziyyətdədir...”

Dünyada hələ də fövqəladə vəziyyətin davam etdiyini vurğulayan müsahibimizin sözlərinə görə, belə ağır şəraitdə istər Azərbaycan Evləri, istər diaspor təşkilatları, istərsə də digər qurumlar öz fəaliyyətini daha səmərəli qurmağa çalışmalıdır.

O qeyd etdi ki, bütün hallarda bu sahədə görülən işlər qənaətbəxşdir və fəaliyyət göstərən qurumlar milli dövlətçilik maraqları baxımından daha da sıx birləşməlidir: “Çünki Azərbaycan dövləti bu istiqamətdə çox aydın bir siyasət yürüdür və bu siyasət diaspor qurumlarına daha böyük güc verir”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ