Bazar günü günü, 11 oktyabr 2026
     

Sülhməramlılar Qareginin Xankəndiyə qızışdırıcı niyyətlə gəldiyini dəqiq bilə-bilə...

Image


Yayılan məlumatlara görə, Ermənistan katolikosu II Qaregin qanunsuz olaraq Qarabağa səfər edib, Xankəndidə, Xocalıda olub, hətta ermənilərlə heç bir əlaqəsi olmayan alban kilsəsinə də gedib. II Qareginin Azərbaycan ərazisinə qanunsuz səfər edəcəyi barədə bir neçə gün əvvəl məlumat yayılmışdı. 

 

II Qareginin torpaqlarımıza qədəm basar-basmaz Kəlbəcərdə jurnalistlərimiz erməni terrorunun qurbanı oldular. Şərin və terrorun, şovinizmin açıq dəstəkçisi olan erməni katolikosun kim olduğu, nəyə xidmət etdiyi bizim kimi ruslara da, rus sülhməramlılarına da məlumdur. II Qaregin Laçın dəhlizindən keçib sülhməramlıların qoruması altında Qarabağa gəldi. Təbii ki, gələrkən də özü ilə yeni təxribat, terror, separatizm planları gətirdi.

Qeyd etdiyimiz kimi, erməni katolikosun qızışdırıcı, şovinist, millətçi olduğunu ruslar da yaxşı bilirlər. Sülhməramlılar bilə-bilə ki, Qaregin hələ indiyə qədər bir dəfə də olsun sülh və barışıq yolu tutmayıb, bu adamı Qarabağa buraxıblar.

II Qareginin Qarabağa, Azərbaycan torpaqlarına buraxılmasına çox təəssüf ki, QMİ tərəfindən də hər hansı bir rəsmi münasibət bildirilməyib.  

Ekspertlər deyirlər ki, ermənilərin katolikosunun bütün fəaliyyəti illərdir Qarabağda gərginlik ocağını daha da alovlandırmaqdan ibarət olub, bu gün də o bu ziyanlı və təhlükəli mövqeyindən əl çəkmək istəmir, bu halda da Azərbaycan ərazisinə gəlib. Bu azmış kimi, erməni mediası yazır ki, Qaregin Qarabağda hərbçilərlə görüşüb, onlara “tövsiyə verib”.

  • “Katolikosun məqsədinin bölgəni qarışdırmaq, sülhə zərbə vurmaq, yaranmasına zərurət olan qarşılıqlı etimadı tamamilə zədələmək olduğunu...”

AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər tarixən dövləti, Vətəni olmayan toplumdur, tarix boyu bunları birləşdirən, bir araya gətirən erməni Qriqoryan kilsəsi olub. M.Zülfüqarlının sözlərinə görə, indi Ermənistanın yürütdüyü siyasət də zaman-zaman kilsə tərəfindən formalaşdırılıb və ermənilər-hayların Çar Rusiyası tərəfindən Azərbaycan ərazilərinə köçürülməsi də, 1836-cı ildə alban kiləsinin ləğv edilərək onun səlahiyyətlərinin erməni qriqoryan kilsəsinə verilməsi də erməni kilsəsinin siyasi qurum olduğunu bir daha sübut edir. Azərbaycana, qardaş Türkiyəyə, eləcə də digər ölkələrə və xalqlara qarşı məkrli niyyətlərin formalaşmasında kilsənin əsas rol oynadığını deyən M.Zülfüqarlı hesab edir ki, baş verən bütün təxribatların başında kilsə durur və Ermənistan hakimiyyəti ilə yanaşı, kilsə də məsuliyyət daşıyır. “Hələ sovet dövründə ermənilər kilsə vasitəsilə Azərbaycana qarşı təxribat aparırdılar. Bu, zaman-zaman belə olub. Biz görürük ki, həm Ermənistan silahlı qüvvələrində, həm də Qarabağdakı separatçıların terrorçu dəstələrində qulluq edən çoxlu sayda keşiş də var. Bu keşişlər istənilən vaxt “rahib”, istənilən zaman isə terrorçu olurlar.

II Qareginin Qarabağa qanunsuz səfər etməsi bilavasitə ziddiyyətlərin daha da kəskinləşməsinə, sülh və barış əvəzinə düşmənçiliyin artmasına xidmət etdi. Bu da gözlənilən idi. Qareginin indiyə qədər tutduğu separatçı, şərçi, şovinsist mövqe yenə də davam etdirilir və onun bizim ərazilərə səfəri də separatizmi alovlandırmağa hesablanıb”.

Qareginin həddən artıq təhlükəli olduğunu deyən M.Zülfüqarlının fikrincə, onun Qarabağa səfərinin özü ilə böyük təhlükə gətirə biləcəyini sülhməramlı adı ilə bölgəyə yerləşdirilənlər də yaxşı bilir, amma onlar bu təhlükənin Qarabağa girməsinə şərait yaradırlar: “Qareginin Qarabağa səfər etməsinə, ərazilərimizə rahatlıqla gəlməsinə rus sülhməramlılarının şərait yaratması gözlənilən idi, burada təəccüblü heç nə yoxdur. Çünki Çar Rusiyasından başlayan və indiyə qədər davam etdirilən siyasətdə ermənilər icraçı rol oynayıb, keşişlər də onun başında dayanıblar. Mənə elə gəlir ki, biz rus sülhməramlılarının bölgədəki fəaliyyəti ilə bağlı çox danışmırıq, onları çox qıcıqlandırmırıq. Ancaq biz bilməliyik ki, bütün bu təxribatlara şərait yaradan sülhməramlı adı ilə orada olan rus qoşunlarıdır. Yəni tarix boyu bunlar belə bir siyasət yeridiblər. II Qareginin Qarabağa səfərinin arxasında böyük təhlükələr gizləndiyi şübhəsizdir, rus sülhməramlıları buna yol verməli deyildi”.

M.Zülfüqarlı hesab edir ki, rus sülhməramlıları Azərbaycanda daha çox qalmaq üçün bu cür təxribatlara təkan verirlər ki, burada qala bilsinlər. Azərbaycan hökumətinin təmkinli siyasət yürütdüyünü deyən M.Zülfüqarlının bildirdiyinə görə, Azərbaycan rəhbərliyi bütün bunları çox yaxşı bilir, amma təmkinli davranmağa üstünlük verir.

M.Zülfüqarlının dediyinə görə, erməni katolikosun Qarabağa gəlişi separatçı dəstənin içində keşişlərə əlavə təlimatlar verməsinə hesablana bilər. Onun fikrincə, əslində, katolikosun niyyəti keşişlərin iştirakı ilə təxribat törədilməsinə nail olmaqdır. M.Zülfüqarlının sözlərinə görə, bu təxribatlardan sonra Azərbaycan antiterror əməliyyatı başlatsa, katolikos bütün dünyaya car çəkəcək ki, “Azərbaycan bizim keşişləri, din xadimlərini həbs edir, öldürür” və s. Xristian dünyası da onların müdafiəsinə qalxacaq. “Yəni katolikosun niyyəti tam ortadadır. Katolikos Qarabağda Azərbaycan tərəfindən söndürülən münaqişə ocağını alovlandırmağa çalışır. Katolikosun məqsədinin bölgəni qarışdırmaq, sülhə zərbə vurmaq, yaranmasına zərurət olan qarşılıqlı etimadı tamamilə zədələmək olduğunu rus sülhməramlıları hamıdan yaxşı bilir, sadəcə, bizim bölgədə daha artıq illər qalmaq üçün hər cür təhlükəyə şərait yaradırlar” - deyə M.Zülfüqarlı qeyd etdi.

O hesab edir ki, Azərbaycan daha da gücləndikcə dünya ölkələri, beynəlxalq təşkilatlar arasında dostlarının sayı da artır və təmkinli siyasət tərəfdarı olan dövlətimiz yaxın gələcəkdə rus sülhməramlılarının nəzarətində olan ərazilərimizdə də tamamilə bərqərar olacaq.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ