Bazar günü günü, 11 oktyabr 2026
     

Qarabağ separatçıları Azərbaycanın torpaqlarında ikinci dil təxribatını reallaşdırır, sülhməramlılar isə susur...

Image


Qarabağda erməni separatçılarının həyasızlığı davam edir. Belə ki, separatçılar keçmiş, qondarma, de-fakto və de-yure mövcud olmayan “DQR”də rus dilini “rəsmi dil” elan ediblər.

KİV-də yayılan məlumatlara görə, separatçıların qondarma “deputatları” guya bu barədə qərar veriblər. Separatçılar Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində - Azərbaycan ərazisində sülhməramlıların gözü qarşısında dövlətimizə qarşı növbəti təxribat həyata keçirirlər, amma nə Rusiya dinir, nə də sülhməramlıların tükü tərpənir.

Separatçılar tərəfindən rus dilinin ikinci “rəsmi dil” elan edilməsi məsələsinə Rusiya dövləti nə üçün reaksiya vermir? Azərbaycan dövləti bu təxribatın aradan qaldırılması üçün nə etməlidir?

  • “...separatçıların Ermənistandan çox Rusiyaya bağlı olduqlarını deyirlər”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi icmalçı Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Rusiya başdan belə təxribatlara yol verilməməsi üçün  ortaya konkret mövqe qoymalı olduğu halda, bunu etməyib. “Əvvəlki söhbətlərimizdə dediyimiz kimi, Rusiya sülhməramlılarının özlərini Qarabağda sülhməramlı kimi aparması daha düzgün olardı, nəniki Qarabağda olan separatçılara bu və digər mənada dəstək verməsi. Separatçıların keçmiş, qondarma, de-fakto və de-yure mövcud olmayan “DQR”də rus dilini ikinci “rəsmi dil” kimi gündəmə gətirməsi, hətta guya bu dilin saxta “parlament” tərəfindən Qarabağda “ikinci dil” kimi qəbul edildiyini elan etməsi, şübhəsiz ki, növbəti təxribatdır və qəbuledilməzdir. Bu təxribatın altında Rusiya Federasiyasının, yaxud da onun Azərbaycana qarşı yaxşı niyyətdə olmayan hansısa qüvvələrinin, faktiki olaraq, öz mahiyyətlərini büruzə verməsi dayanır. Rusiya Federasiyası bir məsələyə aydınlıq gətirməlidir ki, nə üçün separatçılar belə təxribatçı addımlar atır, buna görə kimə və nəyə güvənirlər? Separatçılar Azərbaycana qarşı bu cür təxribatçı addımları Rusiyaya güvənib atırlarsa, onda nə üçün Rusiya bu güvənci, bu imkanı separatçılara verir? Rusiya sülhməramlıları separatçıların Azərbaycana qarşı etdikləri “rus dili” təxribatına və digər bütün xoşagəlməz addımlara aydınlıq gətirməlidirlər ki, bunlar niyə baş verir?”.

F.Ələkbərlinin sözlərinə görə, digər tərəfdən, son zamanlar həm Ermənistan rəhbərliyi, həm də bu ölkənin daxilindəki bəzi siyasi qüvvələr separatçıların Ermənistandan çox Rusiyaya bağlı olduqlarını deyirlər. “Onlar belə mülahizələr yürüdürlər, bunlar isə təsadüfi ola bilməz. Sözün açığı, burada Azərbaycan-Rusiya qarşıdurmasına meyllərin olması, hətta bu istiqamətdə işlər getdiyi də ortadadır. Çox təəssüflər olsun ki, buna rəvac verən Rusiya Federasiyasının atdığı bəzi yanlış addımlardır. O cümlədən, sülhməramlıların öz sülhməramlı missiyasından kənara çıxmaları, digər məsələlər separatçıların belə təxribatçı addımlar atmalarına rəvac verir. Bütün bu təxribatçı məsələlərə Rusiya Federasiyasının rəhbərliyi lazımi reaksiya verməməklə özünü zərbə altında qoyur. Bu məsələdə Rusiyanın maraqlı olması daha çox diqqətimizi çəkir. Bu belə deyilsə, separatçıların 10 noyabr razılaşmasına zidd olaraq atdıqları bu addımdan sonra Rusiya Federasiyası nəhayət ki, ortaya rəsmi mövqe qoymalı, hər şeyə aydınlıq gətirməlidir. Söhbət Qarabağda separatçılar tərəfindən rus dilinin “ikinci dövlət dili elan edilməsi” təxribatından gedirsə, bu o deməkdir ki, separatçı qüvvələr öz gücünü Ermənistan rəhbərliyindən və Qərb dövlətlərindən almır,  birbaşa Rusiya Federasiyasından alırlar. Qarabağın Azərbaycanın nəzarətində olmayan hissəsində ruslar yaşamırsa və orada yalnız Rusiya sülhməramlıları varsa, onda separatçılar bu addımı Rusiya sülhməramlılarına görə atıblar ki, Rusiya, sülhməramlılar buna reaksiya vermirlər? Azərbaycan hökumətinin, dövlətinin tam haqqı var ki, bu məsələni çox sərt şəkildə Rusiya Federasiyası qarşısında qoysun və ondan bu təxribatlara aydınlıq gətirməsini tələb etsin. Onsuz da əvvəlcədən Rusiya sülhməramlılarına Azərbaycan xalqı arasında böyük ölçüdə inam yox idi, bu addımdan sonra isə Rusiya Federasiyasına və onun Qarabağda təmsilçisi olan sülhməramlılara zərrə qədər inam yoxdur, bundan söhbət belə gedə bilməz. Hesab edirəm ki, bu məsələdə ortaya əsas iradəni rəsmi Bakı qoymalıdır, amma, eyni zamanda, Azərbaycan dövlətinə dəstək olan ölkələr, 10 noyabr bəyannaməsinə uyğun olaraq, xüsusən də Türkiyə Rusiyaya qarşı öz təpkisini ortaya qoya bilər. Qarabağda Türkiyə sülhməramlıları da varsa, onda belə çıxır ki, Türkiyə türkcəsi də orada rəsmi dil olmalıdır? Yaxud ora beş-altı amerikalı sülhməramlı gələcəksə, separatçılar onların dilini də “rəsmi dil” elan edəcəklər? Yəni bütün bunlar beynəlxalq hüquqa, konvensiyalara, qayda-qanunlara tamamilə ziddir. Yenə də deyirəm, Rusiya bu məsələdə beynəlxalq hüquq müstəvisində öz mövqeyini ortaya qoymasa, onda Azərbaycan-Rusiya münasibətləri, sözün açığı, ciddi şəkildə zədələnə bilər. Bu olduqca həssas məsələlərdir və separatçıların bu qanunsuz, təxribatçı addımlarından Rusiya lazımi nəticə çıxarıb və separatçılara öz yerlərini göstərməsə, o zaman Rusiya-Azərbaycan münasibətlərində mənfi anlamda bir dönüş yarana bilər. Mənə elə gəlir ki, burada çox şey rəsmi Bakıdan, o cümlədən də qardaş Türkiyədən asılıdır, onlar Rusiyadan separatçılara öz yerlərini göstərməsini tələb edib, buna nail olmalıdırlar”.

F.Ələkbərli hesab edir ki, təxribatların qarşısı Rusiya tərəfindən alınmasa, bu amil bölgədəki vəziyyətə təsir edəcək, Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərinin soyumasına da gətirib çıxaracaq, ona görə də Rusiya tədbir görməlidir.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ