Bu gün Türkiyədə silahlı PUA-lar təlimlərini yekunlaşdıran Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinə sertifikat veriləcək. Bu barədə Türkiyənin "Bayraktar TB2" pilotsuz uçuş aparatının yaradıcısı, "Baykar Savunma" şirkətinin texniki direktoru Səlcuq Bayraktar öz "Telegram" səhifəsində paylaşım edib.
"Xeyirli səhərlər, dostlar. Azərbaycan Silahlı Qüvvələrinin silahlı PUA-ları təlimlərini yekunlaşdırmış hərbçilərinə sertifikatları təqdim etmək üçün silahlı PUA Təlim Mərkəzinə gedirik", - deyə Səlcuq Bayraktar bildirib.