Cümə axşamı günü, 22 oktyabr 2026
     

Azərbaycan səfirindən İtaliya erməni icmasına şillə kimi cavab: “Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa...”

Image


Ötən həftə İtaliyanın “Politicamente Corretto”, “L’Opinione”, “Notizie Geopolitiche”, “Sicurezza Internazionale”, “Sardegnagol”, “Kmetro0”, “Giornale Diplomatico” kimi mətbuat orqanlarında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin "Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir" sərlövhəsi ilə dərc olunmuş məqaləsi İtaliya erməni icmasını hiddətləndirib.

İtaliyada yaşayan ermənilər “Roma Erməni İcması Şurası” adlı qurum adından Azərbaycan səfirinin məqaləsini dərc etmiş mətbuat orqanlarına etiraz məktubları ünvanlayaraq İtaliya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yayındırmağa hesablanmış sayıqlamalarla çıxış edib. Bu xüsusda, erməni tərəfinin məktubunu dərc etmiş mətbuat orqanlarının (“Notizie Geopolitiche, “Giornale Diplomatico”, “Politicamente Corretto”, “Sardegnagol”) redaksiyalarına Azərbaycanın İtaliyadakı səfirinin göndərdiyi cavab məktubu həmin KİV-lərin hər biri tərəfindən dərc olunub.

Məktubunda Azərbaycan səfiri, ilk öncə, həmin mətbuat orqanlarına regionumuzdakı proseslərə göstərdiyi diqqətə, habelə ötən həftə onun məqaləsini dərc etməklə italyan oxucularına bölgədəki vəziyyət haqqında mənzərənin aydın olmasına yaradılan şəraitə görə təşəkkür edib və yalnız bu yolla həqiqətin üzə çıxa biləcəyini söyləyib. Azərbaycan diplomatı onun məqaləsinə erməni tərəfinin “Roma Erməni İcması Şurası” adlı qurum vasitəsilə “cavab” vermək cəhdlərinə münasibətdə isə bildirib ki, bu qurumun Ermənistanın təcavüzkar mahiyyətini inkar etmək üçün heç bir arqument ortaya qoya bilməməsi və diqqəti Azərbaycana qarşı ucuz qarayaxma kampaniyasına yönəltməsi bir tərəfdən Ermənistanın təcavüzkar siyasətini ört-basdır etmək üçün uğursuz cəhdidirsə, digər tərəfdən də Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalan tərəf olmasının etirafıdır.

Diplomat həmin quruma, Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqəti müstəqillik illərində Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəltməyi məsləhət görüb.

“Ermənistanın birinci prezidentinin rəhbərlik etdiyi dövr Ermənistanın Azərbaycana hərbi təcavüzü, minlərlə insanın ölümü, müharibə cinayətləri, bəşəriyyət əleyhinə cinayətlər, bütün bölgəni çağdaş tarixin ən ağır siyasi, demoqrafik böhranlarından biri ilə üz-üzə qoyması ilə yadda qalıb. Sonradan bu vəziyyətin Ermənistanı dərin böhrana gətirib çıxardığını başa düşən və çıxış yolunu Azərbaycanla sülhün əldə edilməsində görən Ermənistanın birinci prezidenti hərbi-cinayətkar xunta tərəfindən devrilib. Azərbaycana qarşı hərbi təcavüz vaxtı əli mülki azərbaycanlıların qanına batmış Ermənistanın ikinci və üçüncü prezidentlərinin rəhbərlik etdiyi həmin hərbi-cinayətkar xunta isə 20 illik hakimiyyəti dövründə ölkəni bir dövlət kimi məhv olmaq təhlükəsinə sürükləyib. Belə bir acınacaqlı vəziyyətdə xalqın narazılığı və etirazlarından istifadə edərək hakimiyyəti qəsb etmiş hazırkı baş nazir isə ölkədə inqilabi diktatura yaradıb. Artıq heç kəsə sirr deyil ki, erməni xalqının demokratiya gözləntiləri tamamilə puç olub. Qısa müddət ərzində bütün siyasi opponentlərinə, məhkəmə instansiyalarına, mətbuata və qeyri-hökumət təşkilatlarına müharibə elan edən hazırkı baş nazirin adı müxtəlif maliyyə və iqtisadi maxinasiyaları və cinayətlərlə yadda qalıb. 12 iyul tarixində Ermənistanın Azərbaycana qarşı növbəti hərbi avantürası da İrəvan rejiminin elə bu acınacaqlı daxili siyasi vəziyyətdən diqqəti yayındırmaq məqsədi daşıyırdı”, deyə M.Əhmədzadə bildirib.

Azərbaycan diplomatı qeyd edib ki, əslində xaricdə yaşayan diasporun məqsədi öz vətəninin inkişafı və çiçəklənməsi olmalıdır, lakin erməni tərəfində isə bu, tamamilə əksinədir. “Bizim yerləşdiyimiz regiondakı prosesləri düzgün qiymətləndirə bilməyən xaricdəki erməni təşkilatları öz zərərli hərəkətləri ilə Ermənistanı şəxsi ambisiyalarının girovuna çeviriblər. Əgər həqiqətən də erməni diasporu erməni xalqının gələcəyini düşünürsə və Ermənistanı sabit, inkişaf etmiş və çiçəklənən ölkə kimi görmək istəyirsə, birinci növbədə Ermənistanı öz qonşuları ilə normal münasibətlər qurmağa çağırmalıdır. Çünki, heç bir daxili resurslara malik olmayan Ermənistanın gələcəyi bütün qonşuları, ilk növbədə isə Azərbaycanla normal münasibətlərdən keçir. Bunun üçün isə Ermənistan ilk olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrini çıxarmalıdır”, deyə M.Əhmədzadə vurğulayıb.

Diplomat məktubunu bu fikirlərlə tamamlayıb: “Erməni icması başa düşməlidir ki, aradabir Ermənistana maliyyə ianələri göndərmək heç də Ermənistanı sevmək deyil. Nə bu maliyyə ianələri, nə də Ermənistanın səhvlərini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla ört-basdır etmək Ermənistanın problemlərini həll etməyəcək. Ermənistanın bu gün yoxsul ölkə olaraq qalması və ağır siyasi, iqtisadi, sosial böhran içində boğulması birbaşa olaraq Azərbaycana qarşı hərbi təcavüzündən irəli gəlir. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistanda bu siyasət dəyişmədikcə bu ölkənin vəziyyəti daha da ağırlaşacaqdır”.

Erməni tərəfinin məktubunu dərc etmiş “Giornale Diplomatico” qəzetinin redaksiyasının “Ermənistan və Azərbaycanın silahlı qarşıdurma və mətbuat səhifələrindən bir-birinə qarşı iddialar səsləndirmək əvəzinə danışıqlar masasına oturub problemin sülh yolu həllini tapmağa çağırışına” münasibətdə isə M.Əhmədzadə bildirib: “30 ilə yaxındır ki, Azərbaycan öz ərazilərinin 20 faizinin hərbi cəhətdən işğal olunmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə sadiq olub. Bizim danışıqlarda məqsədimiz münaqişənin həllinə nail olmaq üçün nəticələrə yönəlik substantiv danışıqlar aparmaqdır. Lakin Ermənistanın danışıqlarda məqsədi isə danışıqları uzatmaq və status kvonu saxlamaqdır. Redaksiyanın münaqişənin tezliklə həllinə çağırışını alqışlayırıq, lakin bu çağırış Azərbaycana yox, əraziləri işğal altında saxlayan tərəfə edilməlidir”. Azərbaycan diplomatının “Giornale Diplomatico”da dərc olunmuş bu şərhi “Askanews”, “Yahoo Notizie”, “Yahoo Finanza” kimi KİV-lərin də marağına səbəb olub və onlar tərəfindən də yayılıb.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ