Cümə axşamı günü, 22 oktyabr 2026
     

Azərbaycan Pakistandan dağıdıcı raketlər alacaq...

Image


Azərbaycanın əsas mütəffiqləri sırasında yer alan Pakistanla qarşılıqlı əlaqələrin yaxın tezlikdə tamamilə yeni bir mərhələyə çıxması gözlənir. Hazırda bu məsələdə həm Azərbaycan, həm də Pakistanın özü maraqlı tərəf qismində çıxış edir. Qeyd edilən xüsusda Pakistan prezidenti Arif Alvinın açıqlamaları xüsusi diqqət çəkir.

O bildirir ki, Pakistan Azərbaycanla iqtisadi, o cümlədən enerji, turizm və ticarət sahələrində, eləcə də müdafiə sahəsində əməkdaşlığı artırmaq istəyir. Onun sözlərinə görə, Azərbaycana yeni təyin edilmiş səfir Bilal Hayee ilə söhbətdə ona Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verildiyi deyilib:"Səfirə iki ölkənin dərin siyasi, iqtisadi və mədəni əlaqələrə malik olduğunu xatırladaraq, onu ikitərəfli əməkdaşlığın artırılmasında rol oynamağa çağırmışıq”. Alvi, həmçinin, Azərbaycan hökumətinə koronavirus pandemiyası zamanı Pakistana dəstək verdiyinə, xüsusilə çıxılmaz vəziyyətdə qalmış 522 pakistanlının vətənə çatdırılmasına görə minnətdarlığını bildirib. Ekspertlər də qeyd edir ki, yaxın tezlikdə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin daha da dərinləşməsini gözləmək olar.

Artıq məlumdur ki, Pakistan Azərbaycanla enerji sahəsində əməkdaşlığın dərinləşməsinə xüsusi maraq göstərir. Xatırladaq ki, Pakistan enerji baxımından Yaxın Şərq ölkələrindən asılıdır. Bu asılılığı azaltmaq üçün rəsmi İslamabad Bakı ilə işbirliyini genişləndirməyə hazırlaşır. Artıq ötən il Pakistana 100 milyon dollar məbləğində Azərbaycan neftinin tədarükünə dair saziş imzalanıb. Azərbaycan isə Pakistanda maye qaz və mayeləşdirilmiş neft qazı terminalının tikilməsində maraqlıdır. Həmçinin iki ölkənin iştirakı ilə  neft-qaz anbarları üzrə birgə müəssisənin yaradılması nəzərdən keçirilir. Pakistan və Azərbaycan arasında neft və qaz hasilatı üzrə sınaqların keçirilməsi üçün laboratoriyanın yaradılması və birgə araşdırmalar aparılması barədə də razılığa gəlinib. Bunlar fonunda qarşıdakı dövr ərzində Azərbaycandan Pakistana neft və neft məhsullarının göndərilməsi istiqamətində əməli addımlar atılması gözlənir. Tərəflər digər istiqamətlərdə də əməkdaşlıq etməyi düşünür. Məsələn, tekstil, kimya, əczaçılıq və digər məhsulları Pakistan Azərbaycanda istehsal etmək istəyində olduğunu bildirir. Bakı üçün bu prosesdə maraqlı məqamlardan biri də hərbi sferadır. Artıq bilindiyi kimi, Azərbaycan Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarələrini almaqda maraqlıdır. Pakistan bəyan edir ki, təyyarənin satışında heç bir problem yoxdur. Pakistanın raket arsenalı da Azərbaycan üçün cəlbedicidir. Söhbət ilk növbədə  Pakistan istehsalı olan “Şahin-1”, “Hatf-1” raketlərindən gedir. “Şahin-1” 750 kilometr məsafədə hədəfi vurur. “Hatf-1” raketi isə “Şahin-1”in təkmilləşdirilmiş formasıdır və daha uzaq məsafədə hədəfi vura bilir. Onun uçuş məsafəsi 3 min kilometrdir. “Pakistani defence” saytının məlumatına görə, bu raketlər yüksək dəqiqliyə malikdir və Hava Hücumundan Müdafiə sistemləri onu tuta bilmir. Raketlər strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, Pakistan hərbi sənayesi "Babur" və "Raad" qanadlı raketləri, yüksək dəqiqlikli H-2 qanadlı raketi istehsal edir. Bu raketlərin müəyyən növlərinin idxalı Azərbaycan üçün maraqlıdır. Pakistan istehsalı olan orta mənzilli “Şahin” ballistik raketlərinin bütün növləri isə çoxdan Azərbaycanı maraqlandırır. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Pakistandan 750 kilometr mənzilli “Şahin-1" ballistik raketlərini almaqda maraqlı tərəf kimi çıxış edir. Qeyd edək ki, “Şahin” raketlərinin bir neçə modifikasiyası mövcuddur. Çin texnologiyasının köməyilə istehsal edilən və Hindistanla qarşıdurmada Pakistanın əsas çəkindirici elementi olan “Şahin” ballistik raketlərinin radiusu 500-600 kilometrdən 2300 kilometrə qədər dəyişir. Raketlər 700-1230 kiolqram ağırlığında müxtəlif modifikasiyalı döyüş başlıqları daşıya bilir. Düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün raketlərin döyüş başlığı hədəfə yaxınlaşanda əsas blokdan ayrılır. Raketlər 12 oxlu mobil platforma üzərində yerləşdirilib. Bu raketlər Rusiyanın Ermənistana verdiyi “İsgəndər” raket komplekslərinə qarşı da uğurla istifadə edilə bilər. İstisna deyil ki, Azərbaycan və Pakistan bu raket sistemlərinin çatdırılması haqqında tezliklə razılığa gələcək. Onda bu raketlər Azrbaycanın hərbi mövqelərini daha da gücləndirəcək. Özü də  Pakistan Azərbaycana silahı Rusiya və digərlərindən daha ucuz qiymətə satacaq. Bütün bunlar Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksək səmərə verdiyini aydın surətdə nümayiş etdirir. Elə Ermənistanı da qorxudan məqam məhz budur. Düşmən bilir ki, Azərbaycan Paksitan və digər ölkələrdən aldığı, eləcə də öz istehsalı olan silahları ona qarşı tətbiq etməli olsa, ağır duruma düşəcək. Istənilən halda isə Pakistan istehsalı olan raketləri tezliklə ordumuzun arsenalında görmək mümkün olacaq.

Nahid SALAYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ