Cümə axşamı günü, 22 oktyabr 2026
     

Hikmət Hacıyev növbəti görüşünü ekologiya, sudan səmərəli istifadə və səhiyyə sahəsində fəaliyyət göstərən QHT sədrləri ilə keçirdi - FOTO

Image


Avqustun 31-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən 41 QHT-nin sədri ilə görüş keçirib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, QHT-hökumət dialoqu çərçivəsində təşkil edilən 4-cü görüş ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarladır. Bu sahəni əhatə edən mövzular şuranın hər il elan etdiyi qrant müsabiqəsində xüsusi çəkiyə malikdir və indiyədək yüzlərlə QHT dövlətin maliyyə dəstəyindən faydalanıb. Azay Quliyev Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı verdiyi tapşırıqlar sırasında su ehtiyatlarının qiymətləndirilməsinin də olduğunu nəzərə alaraq Prezidentin köməkçisi Hikmət Hacıyevin sudan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşünün xüsusi önəm daşıdığını deyib.

Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü görüşün əhəmiyyətinə toxunaraq ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən QHT rəhbərlərinin prioritet hesab etdiyi fikir və ideyalarını dinləmək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək istədiyini bildirib. O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bir sıra milli parklar yaradılıb, yeni meşə zolaqları salınıb, Bakının və Abşeronun ekoloji vəziyyətində müsbət yeniliklər baş verib, əhalinin içməli su ilə təchizatı, ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunmasına diqqət artırılıb, eyni zamanda, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər uğurla həyata keçirilib.

Hökumətin ekologiya və su təsərrüfatı sahəsində fəaliyyət göstərən QHT-lərlə yaxından əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən Hikmət Hacıyev xüsusi olaraq vurğulayıb ki, 2020-ci il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunan onlayn müşavirədə Prezident İlham Əliyev ictimai nəzarətin həyata keçirilməsində QHT-ləri fəal olmağa çağırıb: “Cənab Prezident bildirdi ki, su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu prosesə qeyri-hökumət təşkilatları cəlb edilməlidir. Dövlət qurumlarının görə bilmədiyi məsələləri onlar diqqətə çatdıracaqlar. Prezidentin bu çağırışı hesab edirəm ki, QHT-lərin fəaliyyəti üçün böyük stimuldur”.

Prezidentin köməkçisi Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm töhfələr verdiyini vurğulayıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi ölkəmizin ekoloji durumuna çox müsbət təsir göstərib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.

Hikmət Hacıyev müxtəlif QHT-lərin ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi layihələrin, xüsusilə maarifçilik işləri insanların ətraf mühitə münasibətini müsbətə doğru xeyli dəyişdiyini qeyd edib.

Prezidentin köməkçisi region üçün ciddi təhlükə mənbəyinə çevrilən “Metsamor” AES-dən Ermənistanın həm də radioaktiv maddələrin qaçaqmalçılığı üçün istifadə etdiyini bildirib. O, ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini "Çernobıl" Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən "Metsamor" AES-in yaratdığı təhlükəyə yönəltməyə çağırıb.

Hikmət Hacıyev Ermənistanın ölkəmizə qarşı ekoloji terrorizm və onun tərkib hissəsi olaraq “su terroru” siyasəti apardığını və Avropa Şurası Parlament Assambleyasının 2016-cı ildə “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında xüsusi qətnamə qəbul etdiyini deyib. O, Ermənistanın işğal etdiyi ərazimizdə yerləşən Sərsəng su anbarından Azərbaycan vətəndaşlarının su təminatının, kənd təsərrüfatı fəaliyyətinin pozulması, ərazinin biomüxtəlifliyinin məhv olması kimi zərərli və təhlükəli məqsədlər üçün istifadə etdiyini qeyd edib.

Daha sonra Hikmət Hacıyev bildirib ki, Azərbaycan əhalisinin sağlamlığının qorunması üçün görülən işlərə və bu sahədə yaradılan müasir infrastruktura görə də seçilir. COVID-19 pandemiyası ilə mübarizədə hökumətin gördüyü təsirli tədbirlər öz nəticəsini verdi və biz pandemiyanı tam nəzarətdə saxlamağa nail olduq. Pandemiya ilə mübarizədə, maarifləndirmə işlərində və ümummilli həmrəyliyin təmin olunmasında QHT-lərin fəal iştirakı təqdir olunur və bu fəallıq bundan sonra da davam etdirilməlidir.

Hikmət Hacıyev Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin vəhşicəsinə və qanunsuz istismarı nəticəsində ekoloji tarazlığın kobud şəkildə pozularaq təhlükəli həddə çatdığını bildirib. Prezidentin köməkçisi QHT-lərin dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji terrorun fəsadları barədə davamlı və sistemli şəkildə məlumatlandırmasının, işğalçı ölkədən beynəlxalq təşkilat və məhkəmələrə müraciət etməsinin zəruri olduğunu qeyd edib.

Prezidentin köməkçisi dövlətin QHT-lərdən çalışdıqları istiqamət üzrə ictimai nəzarətin həyata keçirilməsində yaxından iştirak etmək, əhalini ətraf mühitin qorunmasında fəal iştiraka, habelə sudan səmərəli istifadə etməyə təşviq edən maarifləndirmə kampaniyaları təşkil etmək, innovativ ideya və təkliflərlə çıxış etmək, sudan səmərəli istifadə ilə bağlı mövcud olan problemləri öyrənmək üçün araşdırmalar aparmaq, əsaslandırılmış təkliflər vermək, dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmək, beynəlxalq ekoloji QHT hərəkatlarında və şəbəkələrində təmsil olunmaq, beynəlxalq ekoloji kampaniyalarda (Ətraf Mühit Günü, Dünya Yer Günü, Dəniz Günü, Dünya Su Günü və s.) Azərbaycan vətəndaş cəmiyyətinin dəstəyini ifadə etmək kimi gözləntilərinin olduğunu deyib.

Görüşdə IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, “EkoSfera” Sosial- Ekoloji Mərkəzinin sədri Firuzə Sultanzadə, “Qafqaz” Regional Ekoloji Mərkəzin sədri Mələk Şükürova, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov, "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin icraçı direktoru Samir İsayev, “Ekoloji Tarazlıq” İctimai Birliyinin icraçı direktoru Aytən Poladova, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva, “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədri Ramiz Məmmədov, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva, "Ruzgar" Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov, "Alyans" Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, “Eko Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva, "Eko-TES" ekoloji tədqiqatlar və maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov, “Sağlam Həyata Doğru" Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov, "Ana Kür" ekoloji problemlərin öyrənilməsinə kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov, "Aran" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Nəsirəddin Kərəmov, "Ekoloji İnformasiya" İctimai Birliyinin sədri Musa Muradlı, "Şəfəq" Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, “Ekologiyanın Qorunmasına Kömək” İctimai Birliyinin sədri Sadıq Sadıqov, “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova, “Sosial-İqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Ramiz İsgəndərov, "Sosial - İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehtiyeva, "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva, "Leykozlu Uşaqlara Dəstək" İctimai Birliyinin icraçı direktoru Emin Nəbili, "Hemofiliyalı Xəstələr" İctimai Birliyinin sədri Ayaz Hüseynov, "Uzunömürlülər Diyarı" ekologiya və infrastrukturun bərpası İctimai Birliyinin sədri Nazim Ağayev, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli, "Pediatrik Kardiologiya və Revmatologiya" İctimai Birliyinin sədri Sveta Rəfiyeva, "Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyinin sədri Fikrət Xəlilov, “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədri Yeganə Sultanova, "Autizm" defektoloji və psixoloji yardım mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli, "Autizm Assosiasiyası" İctimai Birliyinin sədri Elnur Məmmədov, “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bunyatov, "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin sədri Lamiyə Kərimova, “Rəqəmsal İnkişaf” İctimai Birliyinin sədri Könül Ağayeva, “AIDS-lə Mübarizə" İctimai Birliyinin sədri Nofəl Şərifov, "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov və “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova iştirak ediblər.

QHT rəhbərləri çıxışlarında yenicə başlayan QHT-hökumət dialoquna və bugünkü görüşə görə Hikmət Hacıyevə təşəkkürlərini çatdırıblar. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahədə mövcud vəziyyət və problemlərin həlli yolu ilə bağlı fikir və təkliflərini bildiriblər.

Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lərin irəli sürdüyü təkliflərin araşıdırılacağını və əsaslandırılmış hissəsinin nəzərə alınacağını, o cümlədən dövlət qurumları ilə QHT-lərin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi məqsədilə müvafiq addımların atılacağını qeyd edib.

Məlumat üçün qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ