Cümə axşamı günü, 22 oktyabr 2026
     

Multikulturalizm mənəvi-praktik sərvət kimi azərbaycançılıq ideyasının tərkib hissəsinə çevrilir... - I yazı

Image


“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Bu fikirlər müasir azərbaycançılıq ideyasının banisi, ümummilli lider Heydər Əliyevə məxsusdur.

Çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyəli Azərbaycan bütün dünyada bir örnək kimi qəbul edilir.

Bildiyimiz kimi, Azərbaycan dövlətinin təbliğ etdiyi multikulturalizm azərbaycançılıq ideyasının ayrılmaz tərkib hissəsidir. Multikulturalizm xalqlarda mədəni və dini tolerantlığı formalaşdırmaqla bərabər, dünyanın dərk olunmasına əsas prinsip kimi yanaşır. Tarixçilər qeyd edirlər ki, çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərkini ehtiva edir. Bu baxımdan, Azərbaycan dövlətinin bu istiqamətdə çox dövlətə örnək olacaq nümunələr ortaya qoyduğunu deyən ekspertlərin sözlərinə görə, bu gün Azərbaycanda böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, elə bir xalq yoxdur ki, o öz mədəniyyətini, adət-ənənəsini, milli-mənəvi dəyərlərini, dinini azad, sərbəst şəkildə yaşatmasın. Azərbaycanda bütün xalqlara, dinlərin və mədəniyyətlərin təmsilçilərinə eyni şəkildə münasibət göstərilir. Ölkəmizdə heç bir xalq öz milli kimliyindən, dini inanc və əqidəsindən ayrı salınmayıb, tarixən olduğu kimi, bu gün də onlar öz milli kimliklərinə, dillərinə, mədəniyyətlərinə, adət-ənənələrinə, dinlərinə sahib ola bilirlər.

  • Azərbaycanda multikulturalizm bir azərbaycançılıq dəyəri kimi...

Gənc tədiqiqatçı Şahin Hüseynov qeyd edir ki, mədəniyyət fərdə, xalqa, cəmiyyətə, dövlətə xas olan dəyərdir. “Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunu respublikamızın timsalında aydın görə bilərik. Belə ki, Azərbaycanın milli mədəniyyətinə uğurla inteqrasiya olunan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək isə yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxarır.

Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyllərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə insan haqları və sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan haqlarının müdafiəsi təmin edilir.

Tarixən müxtəlif etnomədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin xalqın təkidli tələbilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtuldu, eyni zamanda, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Dahi şəxsiyyətin həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilir, multikultural və tolerant dəyərlərə Azərbaycanın mənəvi sərvəti kimi yanaşılır.

Bu gün respublikamız özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb” - deyə ekspert bildirir.

  • “Multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub”

Azərbaycançılığın ayrılmaz tərkib hissəsinə çevrilən və bütün cəhətlərində bu ideyanı ifadə edən multikulturalizm haqqında ölkə başçısı İlham Əliyev belə deyib: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.

Ekspert qeyd edir ki, bu baxımdan, Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. “Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edir, əsl tolerantlıq və inkişaf məkanı olduğunu təsdiqləyir. Yeri gəlmişkən, burada bir həqiqəti də xatırlatmaq istərdim. Azərbaycanın dövlət quruculuğu mədəniyyəti tarixən ölkədə məskunlaşan ayrı-ayrı xalqların biliklərinin, vərdişlərinin və təcrübəsinin sintezindən ibarət olub və hazırda da belədir. Onu da vurğulayım ki, XX əsr ərzində Azərbaycanda vətəndaş milləti formalaşıb. Bu formalaşma və inkişaf müasir dövrümüzdə də uğurla davam edir, Azərbaycan dövlətinin mədəniyyətlərarası siyasi dialoqunun və birgəyaşayış prinsiplərinin ümumi çərçivələrinin müəyyənləşməsində qabarıq nəzərə çarpır. Prezident İlham Əliyev bununla bağlı deyib: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”.

Dövlət başçısının bu sözləri həm də multikulturalizmə Azərbaycanda hər zaman önəm verilməsini göstərir. Tarixi araşdırmalar da təsdiqləyir ki, xalqımız əsrlər boyu tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prosesə mühüm töhfələr verib”.

  • “...bu nümunəni bütün dünyaya yayır”

Ekspert vurğulayır ki, bu gün Azərbaycan dövləti güclənir, inkişaf edir. Eyni zamanda, müasir dövrün çox mürəkkəb problemləri ilə üzləşərək, onları həll etməyə və ya ölkəmizə təsirini azaltmağa çalışır. “Regionda sabitlik, əmin-amanlıq və davamlı inkişaf nümunəsi olan Azərbaycan ərazisində olan müxtəlif millətlərin birgəyaşayışını təmin etməklə, bu nümunəni bütün dünyaya yayır. Tarix sübut edir ki, yalnız belə dəyərlər üzərində qurulan dialoq və əməkdaşlıq münaqişələrin qarşısını alır və dayanıqlı inkişafa gətirib çıxarır.

Son illərdə paytaxt Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbir də Azərbaycanda multikulturalizmin inkişafından xəbər verir. Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşü, Krans Montana Forumu, Davos Forumu və digər beynəlxalq tədbirlər göstərdi ki, Azərbaycan multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanı kimi ən əlverişli dövlət, Bakı şəhəri isə sülh və sabitlik paytaxtıdır.

Həmin tədbirlər, eyni zamanda, xalqımızın yüksək qonaqpərvərliyini nümayiş etdirməklə yanaşı, Azərbaycanın qədim mədəniyyətə, zəngin incəsənətə malik polietnik respublika olduğunu sübuta yetirdi. Bu, dövlətin müxtəlif dinlərə, dillərə mənsub xalqlarının dinc, yanaşı yaşadıqları multikultural ölkə kimi nüfuz qazandığını təsdiqlədi”.

  • “Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini...”

Ş.Hüseynovun bildirdiyinə görə, ölkəmizdə mədəni müxtəlifliyin, sivilizasiyalararası dialoq mühitinin qurulmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunmalıdır. “Mehriban Əliyevanın aşağıdakı sözləri Azərbaycanda insan amilinə, bəşəri dəyərlərə, multikulturalizmə necə önəm verilməsinin, xalqlara, etnik qruplara məxsus adət-ənənələrin dərindən qorunmasının parlaq ifadəsidir: “Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar”.

  • ”Azərbaycançılıq həm də ölkəmizdə yaşayan bütün xalqların milli birliyinin bir ifadəsidir”

Azərbaycan Universitetinin doktorantı, ədəbiyyatşünas tədqiqatçı Leyla Məmmədəliyevanın sözlərinə görə də bu gün multikulturalizm azərbaycançılığın ayrılmaz tərkib hissəsinə çevrilib. L.Məmmədəliyevanın sözlərinə görə, bu gün dünyanın müxtəlif ölkələrinin ali məktəblərində, elmi mərkəzlərində təşkil edilən azərbaycanşünaslıq kafedralarında, mərkəzlərində, şöbələrində multikulturalizm həm də azərbaycançılıq ideyasının tərkib hissəsi kimi öyrənilir, təbliğ edilir. “Bu gün multikulturalizmin Azərbaycan örnəyi dünyanın müxtəlif elmi mərkəzləri tərəfindən çox ciddi şəkildə tətqiq edilir. Bir çox tədqiqatçı multikulturalizmi haqlı olaraq azərbaycançılığın tərkib hissəsi kimi öyrənir. Bu da onu göstərir ki, azərbaycançılıq necə humanist, neçə dəyərli bir ideyadır. Müasir Azərbaycan dövlətinin, xalqının vahid ideyasına, ideologiyasına çevrilən azərbaycançılıq yalnız yazılarda, araşdırmalarda deyil, praktik baxımdan da mənəvi-ideoloji bir dəst-xətt kimi özünü təqdim edir. Dünyada müxtəlif ideologiyalar olub, o ideologiyaların böyük əksəriyyəti birtərəfli idi, yalnız bir dövlətdə yaşayan bir apacı xalqın maraqlarını müdafiə edib, başqa xalqlara isə burada yer verilməyib. Bir çoxunda millətçilik, eləcə də zərərli fikirlər, yönləndirmələr var. Bu isə bəşəriyyətdə sülhün bərqərar olmasına əngəl olan amillərdəndir. 

Ancaq azərbaycançılıq tamamilə fərqli bir ideyadır, ideologiyadır, o, dinindən, dilindən, milliyyətindən, irqindən, cinsindən, siyasi mövqeyindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının maraqlarını təmin edir və onları, birmənalı olaraq, bir bayraq altında, dövlətçiliyimiz, dövlət maraqlarımız naminə birləşdirə bilir. Azərbaycançılıq həm də ölkəmizdə yaşayan bütün xalqların milli birliyinin bir ifadəsidir. Ölkəmizdə tarixən müşahidə edilən və dəyişməz qalan, əksinə, daha gözəl forma alıb, inkişaf edən multikultural rəngarənglik və tolerantlıq azərbaycançılıq ideyasının ayrılmaz hissəsidir. 

Baxın, qloballaşan dünyamızda multikulturalizmi inkişaf etdirmədən sülhə, tərəqqiyyə nail olmaq mümkünsüzdür. Amma Azərbaycanda multikulturalizmin tarixən inkişaf etməsi və bu gün də azərbaycançılığın tərkib hissəsi kimi intişar tapması nəticəsində bizim cəmiyyətdə sülh, əmin-amanlıq, tərəqqi və dözümlülük nümunəsi mövcuddur. Biz buna dövlət olaraq, xalq olaraq hələ əsrlər əvvəl nail olmuşuq” - deyə tədqiqatçı vurğuladı.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ