Cümə axşamı günü, 22 oktyabr 2026
     

“Qətiyyətli addımlar, vətəndaş məsuliyyəti daha tez zamanda normal, adi həyata qayıtmağa əsas yaradır” - Vüqar Rəhimzadə

Image


“Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizədə tətbiq etdiyi təcrübə dünyanın diqqətindədir və əksər dövlətlər bundan faydalanırlar. Ölkəmizin ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı, atılacaq addımların müzakirəsi və sair kimi tədbirlər  bugünkü uğurlu nəticələrdə  mühüm rol oynayır. Özünütəcrid COVID-19-la mübarizədə qələbənin əsas şərti kimi irəli sürüldü, sərt karantin rejiminin tətbiqi şəraitində insanların ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamalarına qadağalar qoyuldu. Əsas məqsəd insanların sağlamlığının təminatı, yoluxmanın coğrafiyasının genişlənməməsi idi. Mübarizənin birinci mərhələsini uğurla başa vuran Azərbaycan tətbiq olunan təcrübənin paylaşılması üçün dünyaya ünvanladığı birlik, həmrəylik  çağırışlarını təşəbbüsçüsü olduğu Zirvə görüşlərinin keçirilməsi ilə reallaşdırdı.  Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi bir daha bu reallığı ortaya qoydu ki, qlobal  problemlə qlobal səviyyədə  mübarizənin aparılması üçün səylərin birləşdirilməsinə böyük ehtiyac var. Həmçinin bu bəla xəstəliklə bağlı olduğu üçün hər bir ölkənin səhiyyə sisteminin hazırkı durumunun belə vəziyyətlərə  hazır olub-olmadığı özünü nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev avqustun 31-də  Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirakı zamanı bir daha ölkəmizin pandemiyaya qarşı mübarizə təcrübəsindən bəhs edərək bildirmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermiş, Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi, bütün bunlar mübarizədə əsas rol oynamışdır. Prezident İlham Əliyev, həmçinin diqqətə çatdırmışdır ki,  birgə səylərlə COVID-19-un  nəzarətdə saxlanmasını təmin edəcəyik.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, COVID-19-la  mübarizədə  səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Hazırda koronavirus  xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanaların 41-i son 17 ildə inşa edilib. Məhz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, təsəvvür etmək çətin deyil ki, əgər biz bu addımı vaxtında atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik: “Tam məsuliyyətlə deyə bilərəm ki, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik”. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz edilib və bu gün də bu proses davam etdirilir. Laboratoriyaların sayı artıb. Pandemiya başlayanda cəmi 6 laboratoriya fəaliyyət göstərirdi. Ölkəmizdə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.

“Koronavirus infeksiyası  həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Dövlətimiz bu  təsirin fəsadlarını aradan qaldırmaq üçün kompleks tədbirlər həyata keçirir» söyləyən V.Rəhimzadə qeyd edib ki,  sosial dəstək və məşğulluq tədbirləri davamlı olaraq həyata keçirilir. Möhtərəm Prezidentimiz ilk gündən heç bir sosial layihənin təxirə salınmayacağını, iqtisadi islahatların dərinləşdirilməsinin vacibliyini bildirdi. Həmçinin əsas tələblər sırasında iş yerlərinin azaldılmaması  yer aldı.  Məhz bu  çağırışlardan irəli gələrək  dövlət  bütün kateqoriyadan olan insanları  maddi dəstəklə təmin edir. Prezident İlham Əliyev daim  vurğulayır ki,  insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir: “Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Ümumi dünyada mövcud olan mənzərəni nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir”.

Baş redaktor bildirib ki, COVID-19-la mübarizədə sosial məsuliyyət əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa bütün müraciətlərində  bu çağırışı edirlər ki, məsuliyyətli olaq. «Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak zamanı nitqində əsas diqqət göstərdiyi məsələlərdən biri hər kəsin qanun qarşısında eyni məsuliyyəti daşıması oldu. “Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır» söyləyən möhtərəm Prezidentimiz  bildirmişdir ki, belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyadan olan  insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir.

V.Rəhimzadə qeyd edib ki,  karantin rejiminin qaydaları həm özümüz, həm dövlətimiz üçün vacibdir:”Bir tərəfdən  bu qaydalara riayət etməklə öz sağlamlığımızı təmin ediriksə, digər  tərəfdən, yoluxma hallarının azalması fonunda karantin rejiminin yumşaldılmasına, eyni zamanda,  əvvəlki həyata qayıdıb pospandemiya dövrü üçün inkişaf modelinin hazırlanmasına  dəstək oluruq. Möhtərəm Prezidentimiz  bildirmişdir ki, görülmüş bütün işlər bir məqsədə yönəlib: Bu vəziyyətdən az itkilərlə çıxaq və hesab edirəm ki, biz buna nail oluruq.  Həmçinin bu əminlik də ifadə edilir  ki, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ