Cümə günü, 23 oktyabr 2026
     

Gəncə “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının hədəfi seçildi – Azərbaycan XİN-in cavabı sərt oldu...

Image


Ermənistan “yeni ərazilər üçün yeni müharibə” məqsədi güdən təcavüzkar hərbi strategiyasını həyata keçirmək məqsədilə 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə təşkil etdiyi hücum cəhdi iflasa uğradıqdan sonra bu ölkənin hərbi-siyasi rəhbərliyi son hərbi avantüranın uğursuzluğunu digər müstəvilərdə kompensasiya etmək, diqqəti ölkədə getdikcə kəskinləşən sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədilə təhrikedici addımlarını və təxribat xarakterli bəyanatlarını davam etdirməkdədir. Bütün bunlar Ermənistanın səbəb olduğu münaqişənin nəticələrini aradan qaldırmaq deyil, qanunsuz güc tətbiqi ilə yaratdığı işğal vəziyyətini möhkəmləndirmək məqsədini güddüyünün bariz təzahürüdür.

Baki-xeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki, Ermənistanın hərbi-siyasi dairələrinin Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin “hərbi hədəf” kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycan Respublikasının Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd edir: “Bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir. Özünün hərbi təxribatlarının Azərbaycan Ordusunun hərbi qüdrəti və yüksək peşəkarlığı ilə qətiyyətlə dəf edilməsi ilə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aciz vəziyyətə düşən Ermənistan növbəti dəfə ənənəvi metoduna əl ataraq, mülki obyekt və əhalini hədəf almaqla, terror təşkilatlarına xas bir şəkildə mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür.

Ermənistan tərəfi Yaxın Şərq ölkələrində yaşanan humanitar məşəqqətlərdən özünün mənfur siyasi məqsədləri üçün sui-istifadə etməkdən növbəti dəfə çəkinməyərək, Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədən olan etnik erməniləri qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşdirmək planını bəyan edib.

Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejim vasitəsilə bəzi qondarma “rəsmi qurumları” Şuşa şəhərinə köçürmək niyyətini bildirib.

Özünün mədəni, tarixi və mənəvi xüsusiyyətləri baxımından Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik Şuşa şəhəri ilə bağlı bu mənfur niyyət Azərbaycanın işğal edilmiş ərazilərində aparılmış etnik təmizləmə siyasətinin möhkəmlənməsinə yönəlmiş növbəti cəhddir.

Öz doğma yaşayış yerlərindən qovulmuş Azərbaycan əhalisinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi, o cümlədən, Şuşa şəhəri olmaqla, bütün işğal edilmiş ərazilərimizdəki daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli geri qayıtmaq hüququnun bərpa edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində qırmızı xətdir. Bu xəttin keçilməsi kimi qiymətləndirdiyimiz Ermənistanın sözügedən niyyətindən birdəfəlik imtina etməməsi ciddi fəsadlar törətmək təhlükəsi yaradır.

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdiyi qanunsuz iqtisadi və digər fəaliyyətlər kontekstində Sərsəng su anbarının infrastrukturunu dəyişdirmək istiqamətində addımlar atır. Sərsəng su anbarı ilə bağlı Ermənistanın addımları Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, dövlət və xüsusi mülkiyyət hüquqlarının növbəti pozuntusu olmaqla qanunsuz mahiyyət daşıyır. Azərbaycan ərazilərini işğal etdikdən bəri Ermənistan Sərsəng su anbarından ekoloji terror aləti kimi istifadə etməklə, işğal edilmiş ərazilərimizə yaxın məskunlaşmış Azərbaycan vətəndaşlarını su resurslarından məhrum edir, nəticədə həmin ərazilərdə ekoloji vəziyyətə ciddi ziyan vurulub, biomüxtəlifliyə xələl gətirilib. Qeyd edilənlər, birmənalı olaraq, Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində təsbit edilib. Su anbarının infrastrukturunun dəyişdirilməsi istiqamətində cəhdləri Ermənistanın qeyd edilən ekoloji terror siyasətinin növbəti addımı kimi nəzərdən keçirilməlidir.

Bundan əlavə, işğal edilmiş ərazilərdə həyata keçirilən bütün infrastruktur dəyişiklikləri, o cümlədən, Ermənistanla Azərbaycanın işğal edilmiş ərazilərini birləşdirən yolların çəkilişi kimi, Sərsəng su anbarı ilə əlaqəli addımlar da Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinə xidmət edir, işğal edilmiş ərazilərdə məskunlaşdırılmaq üçün daha çox etnik erməninin cəlb edilməsi məqsədini güdür.

Ermənistanın özünün təhrikedici qanunsuz fəaliyyəti və təxribat məqsədli bəyanatları ilə beynəlxalq ictimaiyyətin, ilk növbədə isə Azərbaycan dövlətinin və ictimaiyyətinin səbrini sınağa çəkməyə son qoymalıdır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi birmənalı olaraq bildirir ki, Azərbaycan Respublikası özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, konstitusiya quruluşunun müdafiəsi, vətəndaşlarının təhlükəsizliyinin və hüquq və azadlıqlarının təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn ona verdiyi bütün imkanlardan istifadə etməklə bütün zəruri addımları atmaq əzmində və qətiyyətindədir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistanın bölgədə vəziyyəti məqsədyönlü gərginləşdirməyə və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması imkanlarını tamamilə məhv etməyə yönəlmiş bu təhrikedici cəhdləri ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərini məlumatlandırıb. Ermənistanın qeyd edilən davranışına adekvat qiymət verilməsi, onun bütövlükdə region üçün ciddi təhlükəli fəsadlara gətirib çıxara biləcək addımlardan çəkindirilməsi və münaqişənin dinc yolla nizama salınması məqsədilə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsi (822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) və ATƏT-in qərarları əsasında siyasi-hüquqi çərçivəsi müəyyən edilmiş danışıqlar prosesinə qaytarılması vacibdir.

Xarici İşlər Nazirliyi bundan sonra da Ermənistanın qanunsuz fəaliyyətinin dayandırılması və onun nəticələrinin aradan qaldırılması istiqamətində bütün siyasi-diplomatik mexanizmlərdən istifadə etməklə zəruri addımları atacaqdır".

Hazırladı: Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ