Cümə günü, 23 oktyabr 2026
     

Belarusda xalq kənar ssenarilərlə öz iradəsinin arasında - kim qalib gələcək...

Image


Belarusda keçirilən son seçkilərdən sonra ölkədə vəziyyət gərgin olaraq qalır. Müxalifət tərəfdarları seçkinin nəticələrini tanımır və bir neçə gündür ki, mitinqlər keçirirlər. Bununla yanaşı, Belarusun paytaxtı Minskdəki Azadlıq meydanında Prezident Aleksandr Lukaşenkoya dəstək mitinqi keçirilib. Mitinqdə Lukaşenkonun özü də iştirak edib.

Dəstək mitinqinə gələn vətəndaşlara Belarus prezidenti müraciət edib. Lukaşenko tərəfdarlarına təşəkkür ediərək deyib ki, Azadlıq meydanına gələnlər ölkəsini müdafiə edənlərdir. Prezident müraciətində islahatlara başlamağa hazır olduğunu bildirib: “İslahatlar istəyirsiniz? Mənə deyin hansı islahatı istəyirsiniz, sabah başlayacağıq”.

Lukaşenko, həmçinin, Belarusun qərb sərhədlərində hərbi gücün artdığını elan edib: “Sərhədlərimizin 15 kilometrliyində hərbi texnika toplanıb. Onların niyyəti bəllidir - Belarusu məhv etmək. Amma biz buna yol verməyəcəyik”.

Təkrar seçki keçirilməsi fikrinə münasibət bildirən Lukaşenko deyib ki, təkrar seçki Belarusun bir dövlət olaraq məhvi deməkdir: “Biz buna heç vaxt getməyəcəyik”.

Belarusda etirazlar avqustun 9-dan bəri davam edir. Vətəndaşlar prezident seçkilərinin rəsmi nəticələrinə qarşı çıxır, ona görə hazırkı prezident Aleksandr Lukaşenko 80 faizdən çox səs toplayıb. Səlahiyyətlilər etirazçıları rezin güllələr, çubuqlar, su şırnaqları, gözyaşardıcı qaz və əl qumbaraları ilə dağıdır. Göründüyü kimi, Lukaşenko ölkəyə xaricdən təhlükənin olduğunu bildirib. Bu məsələ Lukaşenko və  Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı zamanı da müzakirə edilib. Qeyd olunub ki, xarici təhdidlər baxımından vəziyyət gərginləşəcəyi təqdirdə Rusiya Belarusa İttifaq dövlətinin yaradılması haqqında müqavilənin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xəttilə problemlərin həllində kömək etməyə hazır olduğunu təsdiqləyib. Belarusda baş verən proseslərdən görünür ki, ölkəni qarışdırmaqda olan kənar güclər var. Proseslərin gələcək inkişafı hansı istiqamətdə gedəcək: Belarus xalqı öz iradəsini qoruya biləcək, yoxsa kənar ssenarilər ölkədə qalib gələcək?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lukaşenkonun necə bir prezident olması haqqında Belarusun iqtisadi, sosial göstəriciləri danışır:“Belarus bir sıra iqtisadi və sosial göstəricilərinə görə Avropada lider ölkədir. Məsələn, Belarus Avropada işsizliyin ən az olduğu, pulsuz keyfiyyətli səhiyyənin, pulsuz uşaq bağçalarının, pulsuz orta və ali təhsilin mövcud olduğu ölkədir. Kommunal xidmətlərin və ictimai nəqliyyatda qiymətlərinin ucuz olduğu ölkələrdən olan Belarusda vətəndaşın pulsuz mənzillə təmin edilməsi siyasəti yürüdülür.  Bu, nəinki Avropanın, hətta dünyanın bir çox ölkəsində mövcud olmayan haldır.

İqtisadi göstəricilərə görə transmilli korporasiyaların, xarici sərmayənin ən az ayaq açdığı ölkələrdən olan Belarus kənd təsərüffatı malları, kənd təsərrüfatı və sənayedə maşın texnologiyaları, mülki təyyarə, qatar, maşın, tibbi avadanlıqlar istehsal edən, keyfiyyətli dərman sənayesinə malik ölkədir. Ən əsası isə, Belarus rüşvət və korrupsiyanın dövlət qurumlarına sirayət etmədiyi, oligarx məmurların olmadığı, ölkə, şəhər, kənd və yol infrastrukturu gözəl olan bir ölkədir. Təbii və ən keyfiyyətli ərzaq istehsal edən ölkə kimi Belarus GMO-geni modifikasiya olunmuş mallarının qadağan olunduğu azsaylı ölkələrdən biridir. Ərzaq və gündəlik tələbat malları, zəruri xidmətlər üzrə Avropada qiymətlərin ən ucuz olduğu ölkə kimi Belarus həm də dünyada yaşayış üçün ən təhlükəsiz ölkələrdən biri, terror və kriminal hadisələrin minimum səviyyədə olduğu ölkədir. Bütün bunların fonunda təsadüfi deyil ki, Belarus dünyada intiharın ən az olduğu ölkələrdən biridir.

Bu sadaladıqlarımız birmənalı olaraq Lukaşenkonun bir prezident kimi Belarus dövləti və xalqı üçün sərf etdiyi gərgin əməyin nəticəsidir.

Siyasi göstəricilərinə görə isə Belarus uzun illər yuxarıda qeyd etdiyim transmilli  korporasiyaların, xarici sərmayənin ən az girdiyi ölkələrin üzləşdiyi problemlərlə üz-üzədir.

Belarusa imtiyazlı şərtlər altında giriş əldə edə bilməyən beynəlxalq iqtisadi dairələr beynəlxalq təşkilatlardakı lobbi qrupları vasitəsilə bu ölkə və onun prezidentinə qarşı səlib yürüşü elan ediblər. Bu yürüşdə Belarusun həm də qonşusu, 90-cı illərdə itirdiyi mövqe və nüfuzunu 2000-ci illərdən bərpa etməyə çalışan Rusiyanın rol alması bu ölkə və onun prezidenti Lukaşenkonu son 20 ildə ən çətin vəziyyətlə üzləşdirib. Çox təəssüf ki, uğurlu daxili iqtisadi və sosial siyasəti mövcud olsa da, daxili siyasəti ilə xarici siyasəti arasında tarazlıq yarada bilməyən bir  ölkə kimi Belarus beynəlxalq münasibətlərdə güclü mövqe  əldə edə bilməyib. Beynəlxalq münaqişələrin həllində, dövlətlərarası inteqrasiyada, regional siyasi və təhlükəsizlik platformlarında söz sahibi deyil. Son seçkilərlə bağlı onu deyə bilərəm ki, bu seçkilər istər Qərb, istərsə də Rusiya üçün həlledici idi. Seçki sonrası prosesləri izləyirik. Görünən budur ki, Belarusda Lukaşenkoya qarşı etirazlar sosial media üzərindən ölkədən kənardan təşkil olunur və yönəldilir .

Son illər sosial medianın kənar qüvvələrin əlində ölkələrin daxilinə necə təsir etmək iqtidarında olduğundan çox danışmışıq. Seçki günü və sonrası Belarusda daxili informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələr müşahidə olunur. Məsələn, “twiiter” və “teleqram” Belarusda hökümət əleyhinə postları anons və reklam  etsə də, hökümət və Lukaşenkonın xeyrinə olan postları blok edir. Xüsusilə "Teleqram" Lukaşenkoya qarşı açıq şəkildə qərəz nümayiş etdirir, dayanmadan etirazların ilk günündən qorxub qaçan rəqibi xanımın təbliğatını apararaq, "siyasi alət" kimi çıxış edir. Belarus hakimiyyətinə qarşı istənilən antireklamı dəstəkləyir, anons edir, yada salır. Bütün bunlar Belarusa xarici müdaxilənin olduğunu şərtləndirir. Bu etirazların nə ilə nəticələncəyi haqqında onu deyə bilərəm ki, bu etirazlar Belarusa artıq bəzi dəyişikliklər gətirib. Son 26 ildə ilk dəfə güc nazirlikləri xalqdan üzr istəyib, Lukaşenkonun xalqla ünsiyyətində yeni çalarları müşahidə edirik. Hesab edirəm ki, bu prosesdə sonda Belarus xalqının iradəsi qalib gələcək”.

İstənilən ölkədəki proseslərin sonunda xalqın iradəsinin qalib gəlməsi, həm də dövlətin təməllərini sarsıtmır. Ümid edək ki, Belarusdakı proseslərin sonunda da xalqın iradəsi qalib gəlsin.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ