Cümə günü, 23 oktyabr 2026
     

Xaricdəki Azərbaycan diasporunun bütövləşdirilməsi problemləri, siyasi intriqalar, səfirliklərlə soyuq davranışlar - Prezidentin çağırışlarından anında nəticələr çıxarılsaydı...

Image


İstənilən ölkə üçün onun diasporu çox böyük əhəmiyyət daşıyır. Dünyada Azərbaycan adlı bir müstəqil ölkə var. Ancaq bizimlə eyni milli mənsubiyyəti daşıyan Azərbaycan türklərinin dünyadakı sayı 50 milyondan artıqdır.

Fakitiki olaraq, bizim dövlətin hüdudları daxilində yaşayan vətəndaşlarımızdan 4-5 dəfə artıq soydaşımız dünyanın müxtəlif ölkələrində yaşayır. Həmin adamların hər biri Azərbaycan diasporunun nümayəndəsi sayılır. Xırda rəqəm deyil. Son Tovuz hadisələri göstərdi ki, diasporun fəaliyyəti hansı dərəcədə önəmlidir. Bir faktı da mütləq nəzərə almalıyıq ki, biz əraziləri işğala məruz qalan, faktiki olaraq, müharibə şəraitində yaşayan ölkəyik. Bu həm də düşmənlə informasiya, təbliğat müharibəsində olduğumuzu şərtləndirir.

  • Bizim keyfiyyətli diaspor siyasətimiz olmasa...

Bunun üçün Azərbaycan diasporunun vahid mövqe sərgiləməsinə, həlledici məqamda bütün siyasi intriqaları kənara atıb, öz dövlətinin, vətəninin, ordusunun müdafiəsinə qalxması gərəkdir. Nəzərə almalıyıq ki, bizim keyfiyyətli diaspor siyasətimiz olmasa, əsrlərlə təşkilatlanma təcrübəsi olan rəqibimiz erməni diasporuna asanlıqla məğlub ola bilərik. Son hadisələr bizim diasporumuzun fədakarlığını üzə çıxardı. Eyni zamanda, problemlərin olduğunu da gördük. Təəssüflər olsun ki, hələ də diasporumuzda fikir ayrılıqları mövcuddur.

  • Siyasi ayrıseçkilik diasporun fəaliyyətində də özünü göstərir

Məlumdur ki, bizim diasporumuzun əsas nüvəsini müstəqillikdən sonra xarici ölkələrə üz tutan soydaşlarımız təşkil edir. Onların arasında hakimiyyətə müxalif mövqedə olan insanlar da az deyil. Bəzən görürük ki, bu siyasi ayrıseçkilik diasporun fəaliyyətində də özünü göstərir. Bu qəbildən olan bəzi soydaşlarımız dövlətin müdafiəsilə bağlı təşkil olunan tədbirlərdə müxalif olduqları üçün iştirak etmirlər. Bunun da səbəbini hakimiyyətə dəstək vermək istəməmələri ilə əlaqələndirirlər. Hətta onların sırasında elə radikal mövqedə olanları var ki, bəzi hallarda dövlətə dəstək vermir, fəaliyyətləri erməni diasporu ilə sinxronluq təşkil edir. Xaricdəki diasporumuzun digər bir problemi onların təmsil olunduqları ölkələrdəki səfirliklərlə vahid mövqedən çıxış etməmsidir.

  • Bir çox ölkədəki diaspor rəhbərləri ilə səfirlərimiz intriqa şəraitində fəaliyyət göstərirlər

Əslində, bu fəaliyyət bir olmalıdır. Ancaq praktikadan bəllidir ki, bir çox ölkədəki diaspor rəhbərləri ilə səfirlərimiz intriqa şəraitində fəaliyyət göstərirlər. Bütün bu lazımsız fəaliyyətin yeganə ziyanı bizim dövlətimizə dəymiş olur. Bütün bu neqativliklərin aradan qaldırılmasına ciddi zərürət var ki, diasporumuz daha da monolitləşsin.

Yüz minlərlə azərbaycanlının yaşadığı bir ölkədə çoxlu təşkilatı, fikir ayrılığı, eyni zamanda müxtəlif yanaşmaları da ola bilər. Əsas məsələ odur ki, oradakı fəal, tanınmış hər bir azərbaycanlı Azərbaycan dövlətinin yanında olsun, Azərbaycan Prezidentinin siyasətini dəstəkləsin və Azərbaycanın dünyada tanınması istiqamətində işləsinlər. Yalnız Azərbaycana işləsinlər, haqq səsimizin dünyada tanınmasına çalışsınlar.

Qeyd edək ki, ölkə başçısı bu istiqamətdə tövsiyələrini daim diplomatlara və diaspor fəallarımıza verib.

  • Prezident: “Diaspor təşkilatları ilə bizim səfirliklərimiz fəal əlaqədə olmalıdırlar”

İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı bildirib ki, diaspor təşkilatları ilə bizim səfirliklərimiz fəal əlaqədə olmalıdırlar: “Bilirəm ki, bu, belədir. Əvvəlki illərdə müəyyən ziddiyyətlər olmuşdur. Diaspor nümayəndələri ilə keçirilən görüşlərimdə də, ondan sonra keçirilən qurultayda da dəfələrlə demişəm ki, diaspor təşkilatları səfirliklərlə bir yerdə olmalıdırlar. Çünki səfirlik Azərbaycanın xarici siyasətini aparan qurumdur. Diaspor təşkilatları səfirliklər ətrafında birləşməlidirlər. Öz aralarında mübahisə aparmamalıdırlar və öz fəaliyyəti ilə ölkəyə zərbə vurmamalıdırlar. Əlbəttə, hesab edirəm ki, bizim dövlət siyasətimiz burada öz nəticəsini göstərmişdir və bilirəm ki, indi əksər hallarda diaspor təşkilatları səfirliklərlə bir yerdə işləyirlər, çalışırlar, tədbirlər keçirirlər. Hesab edirəm ki, bu, bizim gücümüzü artırır, eyni zamanda, diaspor nümayəndələri də özlərini daha rahat hiss edirlər. Çünki bilirlər ki, möhkəm, güclü Azərbaycan dövləti onların arxasında dayanıb. Onlar da bilirlər ki, Azərbaycan dövləti öz vətəndaşlarını daim müdafiə edir və edəcəkdir. Bir çox hadisələr bunu artıq göstərmişdir”.

  •  “Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız...”

Cənab Prezident Tovuz hadisələrindən sonra keçirdiyi Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı da bu mövzuya diqqəti yönəldib: “Mən bir məsələyə də toxunmaq istərdim. Bu da beynəlxalq aləmin bu hadisələrə reaksiyasıdır. Azərbaycan ictimaiyyəti bunu izləyir. Təxribat törədiləndən dərhal sonra - ayın 12-də günorta saatlarında mən Prezident Administrasiyasına müvafiq göstərişlər verdim və bizim beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən, parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat aldı və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat verdi.

Ancaq mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur”.

Göründüyü kimi, ölkə başçısı şəxsən Azərbaycan diasporunun necə güclü olması ilə bağlı təkliflərini irəli sürür. Təəssüflər olsun ki, bundan lazımi nəticələr çıxarılmayıb. Diasporumuzun daha sıx, vahid mövqe ətrafında birləşməsi, səfirliklərimizlə yaxından əməkdaşlıq etmələri üçün daha hansı addımlar atılmalıdır?

  • “Ölkədən küsüb gedənlərin əksəriyyəti məsələlərə şəxsi qərəzlə yanaşır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan diasporunun formalaşması prosesində kifayət qədər problem mövcuddur: “Diaspor geniş məfhumdur. Biz təəssüflər olsun ki, bir ölkədə çoxlu sayda diaspor təşkilatımızın fəaliyyətini görürük. Onların da əksəriyyəti bir-birilə intriqada olur. Ölkədən küsüb gedənlərin əksəriyyəti məsələlərə şəxsi qərəzlə yanaşır. Belələri üçün Azərbaycan dövlətinin maraqları siyasi mənsubiyyətlərindən sonra gəlir. Hakimiyyətdən inciyib ora getmək o demək deyil ki, sən dövlətini lazım olanda dəstəkləməməlisən. Mən bunu kökündən yanlış sayıram. Bizim səfirliklərimiz  yalnız diaspor ilə deyil, bütövlükdə, zəif olan fəaliyyət ortaya qoyurlar. Onların təmsil olunduqları ölkələrin yerli əhalisi və mətbuatı ilə əlaqələri çox zəifdir. Bunu öz çıxışlarında Prezident də irad tutub. Bir çox səfirimizin işlədikləri ölkədəki diaspor fəalları ilə biznes maraqları toqquşduğu üçün, yola getmirlər. Diplomat hara, biznes hara? Yəqin ki, XİN-də olan dəyişiklərdən sonra bu istiqamətdə yeni yanaşmanın olduğunu görəcəyik. Həm Diasporla İş Üzrə Dövlət Komitəsi, həm də səfirliklərimiz diasporla iş sahəsində ciddi dönüş etməlidirlər. Son hadisələr göstərdi ki, diaspor nümayəndələrimizin böyük əksəriyyətində millətə, dövlətə sevgi var. Bunun təşkilinə, fəaliyyətin koordinasiya olunmasına ciddi ehtiyac duyulur. Həmin fəaliyyətlərə heç bizim daxilimizdəki media qurumları belə lazımi dəstək vermirlər”.

  • "Bu işin ciddi təşkili diasporumuzun gücünə əlavə güc qatar”

Müsahibimiz bildirdi ki, bizim əlaqədar qurumlar əsasən buradan köçənlərlə iş qurur, əlaqə saxlayır: “Güney Azərbaycandan, Kərkükdən, Türkiyədən olub, özünü Azərbaycan türkü sayan  insanlar var. Onlarla iş çox zəifdir. Bu işin ciddi təşkili diasporumuzun gücünə əlavə güc qatar. Hesab edirəm ki, bu işin başlıca səbəbi səfirlərimizin düzgün seçilməsindən keçir. Elmar Məmmədyarovun zamanında təyin edilən səfirlərin bir çoxu ölkəyə gəlməkdən imtina etdi. Hazırda görürük ki, hətta həbs edilənlər var. İşin düzgün təşkili üçün kadrları milli maraqlara olan xidmətlərinə görə seçmək lazımdır. Bir insanda dövlətçilik marağı yoxdursa, onun gördüyü işdən dövlətimiz fayda görə bilməz. XİN-dəki son yoxlamalar da göstərdi ki, orada geniş korrupsiya şəbəkəsi fəaliyyət göstərib. Bütün bunların diasporla işin koordinasiya olunmasına da ciddi təsiri olub. Ortaya pul silmək üçün deyil, konkret hədəflərə hesablanan layihələr qoymaq lazımdır. Belə təbliğat vasitələri ilə biz diasporumuzdakı fikir ayrılıqlarını aradan qaldıra bilərik. Bu layihələrdə vətən segisi, adət-ənənələrimiz, insanlarımızı bir yerə toplaya bilən bütün təbliğat vasitələrindən istifadə olunmalıdır.

  • “Belə vətənpərvər insanları yenidən tapıb onlara diqqət göstərmək lazımdır”

Qoy o insanlarda hiss etsinlər ki, Azərbaycan dövləti onları düşünür. Belə olanda fərdlərin  mövqeyi də bizim istədiyimiz formada olacaq. Bizim elə diaspor nümayəndələrimiz var ki, kifayət qədər imkanlıdır. Öz vəsaitləri ilə bütün prosesi aparmağa hazırdırlar. Zamanında hansısa məmurun, səfirin diqqətsizliyi üzündən prosesdən kənarlaşıblar. Belə vətənpərvər insanları yenidən tapıb onlara diqqət göstərmək lazımdır. Güneydən olan Sevil Süleymani müsahibəsində deyir ki,  ABŞ-da Azərbaycanı ingilis dilində təbliğ edən yetərincə ədəbiyyat yoxdur.

Bir daha qeyd edim ki, xüsusilə Güneylə bağlı olan təşkilatlara diqqəti artırmalıyıq. Bu heç də o demək deyil ki, onların bizim dəstəyimizə ehtiyac var. Onların özlərinin də gücləri kifayət qədərdir. Sadəcə, bu gücləri balanslaşdırın bir məqsədə xidmət etdirmək lazımdır”.

İnanırıq ki, bu deyilənlərə əməl olunsa, diasporumuzun inkişafı üçün yaxşı nəticələri olacaq. Görünən budur ki, cənab Prezident tərəfindən qarşıya qoyulan tapşırıqlara vaxtında əməl olunsaydı, belə çatışmazlıqlar üzə çıxmazdı.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ