23/09/2020 08:28
728 x 90

Türkiyə Minsk Qrupunda əsas ölkəyə çevrilir…

img

Məlum olduğu kimi bu günlərdə  Azərbaycan dövlət başçısı İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş  tutub. Danışıqlarda İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb.

Eləcə də İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Yayılan məlumatlar göstərir ki, əslində, erməni hərbi birləşmələrinin Tovuz istiqamətində hərbi təxribatı ərəfəsində də Rusiyadan yeni silah partiyası işğalçı Ermənistana daşınırdı  və böyük ehtimalla təxribat hücumu ilə diqqəti bu faktdan yayındırmaq da istəyirdilər. Lakin daşınma sonrakı günlərdə də davam etdirildi.  Təkcə 17 iyul-4 avqust tarixləri arasındakı müddətdə bu məqsədlə  7 reys həyata keçirilib.  Rusiyaya məxsus İl-76 təyyarələri hərbi yükləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Reşt-Mehri-İrəvan marşrutu üzrə Ermənistana gətirib. Burada diqqətçəkən əsas məqam uçuşun 2 min kilometrdən çox məsafədə təşkil edilməsidir, hərçənd, Rusiyadan Ermənistana ən yaxın məsafə Gürcüstan üzərindəndir. Cəmi 500 kilometr. Görünür, rəsmi Tbilisi Bakı ilə münasibətlərə görə prinsipiallıq nümayiş etdirib və rus təyyarələrinin uçuşuna icazə verməyib. Məhz buna görə rus təyyarələri Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməyə məcbur olub.  tərkibinə real müharibə şəraitində istifadə olunan “Krasuxa”, “Avtobaza”, “Sky-M”, repitorlar və digər silahlar, o cümlədən, yeni hərbi-elektron texnologiyalara əsaslanan müasir radioelektron mübarizə vasitələri də daxildir. Düzdür, Rusiyadan Ermənistana silah tədarükü yeni bir məsələ deyil. Hələ 1997-ci ildə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Lev Roxlin Rusiyadan Ermənistana 1 milyard ABŞ dolları məbləğində qeyri-qanuni silah göndərilməsi barədə məlumat vermişdi. O zaman Azərbaycan bu məsələyə dərhal kəskin reaksiya vermişdi və məsələnin araşdırılması üçün Rusiyada komissiya yaradılmışdı. Hətta bu məsələ ilə bağlı cinayət işi də açılmışdı. Amma indi geosiyasi durum fəqlidir və Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçıdir. Amma buna rəğmən işğalçını silahlanmdırır. Aydındır ki, Rusiya düşmən ölkəyə silah tədarük etməklə Azərbaycan və Ermənistan arasındakı atəşkəsi birbaşa pozur. Eyni zamanda Ermənistana silahın göndərilməsi işğalçını dəstəkləmək, münaqişənin həllinə imkan verməmək və mövcud status-kvonu möhkəmləndirmək deməkdir.  Bu da təsadüfi xarakter daşımır. Əyn azından o baxımdan ki, Ermənistan Azərbaycan ordusu tərəfindən 2016-cı ildə aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan istiqamətində və 2020-ci ildə Tovuz döyüşlərində güclü zərbə alıb. Xüsussən də Tovuz döyüşləri bir daha Ermənistanın gücsüzlüyünü və acizliyi göstərdi.  Elə bundan dərhal sonra Rusiya Ermənistana pulsuz olaraq silah tədarükünə başladı. Amma o da faktdır ki, Rusiyanın bu addımı ATƏT-in Minsk Qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyayasına uyğun deyil. Çünki Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir. Bundan başqa regiondakı status-kvonu legitimləşdirmək cəhdidir və nəhayət strateji müttəfiq kimi Azərabycanın milli maraqlarını görməzdən gəlmək deməkdir. Bu fonda ekspertlər hesab edir ki, Rusiya və onun daxil olduğu Minsk Qrupu öz missiyasını həyata keçiriə bilmirsə, o zaman həmsədrlərin əvəzlənməsi labüddür. Minsk Qrupuna üzv olan ölkələrdən digələri, məsələn, Türkiyə  həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, prezidentin köməkçisi Hikmət Hacıyev də son günlərdə bir neçə dəfə belə məsələni gündəmə gətirib ki, Minsk prosesində 11 ölkə iştirak edir: “Onlar hamısı fəal olmalıdır. Biz Minsk prosesinin bütün iştirakçılarını çağırmalı və əsas diqqəti danışıqlar prosesinin mahiyyəti üzərində cəmləşdirməliyik. Minsk Qrupunun işi bizi qane etmir. Mən onlara açıq demişəm ki, onların yalnız məlumatların çatdırılmasından ibarət olan iş mexanizmi səmərəli deyildir. Onlar erməni tərəfindən müəyyən informasiyanı alır, bu informasiyanı bizə, sonra isə geriyə çatdırırlar. Halbuki erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və qaçqınların doğma yurdlarına qayıtmasının dəqiq planı olmalıdır”. Beləliklə, Bakı bu məsələdə təkcə Minsk prosesində yer alan üç həmsədrin  yox, digər iştirakçı ölkələrin də aktiv iştirakını istəyir. Bu rola ən uyğun ölkələrdən biri də Minsk prosesində yer alan Türkiyədir. Çünki Türkiyə Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları daxilində mümkün qədər tez həllində maraqlıdır. İstənilən halda isə Minsk Qrupunda  format dəyişikliyi edilməli və indiki halda balansı qorumaq üçün Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir. Məhz bu halda Qarabağ məsələsində dinc müstəvidə hansısa irəliləyiş əldə etmək olar.

Nahid SALAYEV

Son xəbərlər