18/09/2020 21:57
728 x 90

Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

img

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib. Baki-xeber.com xəbər verir ki, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində yazılıb.

Təbrikdə deyilir: “Pakistan İslam Respublikasını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan və Pakistanın güclü dostluq və tərəfdaşlıq münasibətləri var. Bu əlamətdar gündə qardaş Pakistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik".

Son xəbərlər