19/09/2020 23:06
728 x 90

Baş Prokurorluq videoformatda əməliyyat müşavirəsi keçirdi – İlin birinci yarısının hesabatı verildi - FOTO

img

Cari ilin avqust ayının 5-də prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və tabe qurumların müşavirələrində müzakirəsinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirmişdir ki, beynəlxalq müstəvidə müşahidə olu­nan geosiyasi və geoiqtisadi mənzərənin mürəkkəbliyinə bax­ma­yaraq, ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə miras qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uğurla transformasiya edilmiş zəngin dövlətçilik ənənələrinin ölkə həyatının hər bir sahəsinə sistemli şəkildə tətbiqi nəticəsində bu gün müasir Azərbaycan zamanın bütün aktuallıqları ilə ayaq­laşmaqdadır. Başlıca qayəsi əhalinin ümumi rifahına hesablanmaqla çeviklik, şəffaflıq və səmərəlilik prinsipləri üzərində bərqərar olunmuş bu ənənələr milli dövlət idarə­çi­li­yində aparılan islahatlara adekvat yanaş­ma­nı təmin etməklə yanaşı, tarixi təcrübə ilə günün tələblərinin vəhdətini təşkil etməkdədir.

Vurğulanmışdır ki, istinad edilən bu müsbət tendensiya bəşəriyyətin müb­a­ri­zə­si­nə səfərbər olduğu COVİD-19 virusunun yayıldığı 2020-ci ilin birinci yarımilində də səngiməmiş, əksinə yüksələn xətt üzrə inkişaf edərək ölkəmizin ictimai-siyasi hə­ya­tındakı əsas istiqamətlərdə daha aydın şəkildə təcəssüm edilmişdir. Pandemiya ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimi günlərində vətəndaşların Konstitusiya ilə təsbit edilmiş sağlamlığın qorunması hüququ etibarlı şəkildə təmin edilmiş, dövlətimizin başçısı ilə yanaşı Azərbaycan Respublikasının Birinci vitse-pre­zidenti Mehriban xanım Əliyevanın öz müraciətləri və əməli tədbirləri ilə nümayiş etdirdiyi həmrəylik, diqqət və qayğı xalqımızda qürur və sağlam gələcəyə inam hissi aşılamaqla, cəmiyyətimizi ümumbəşəri hal almış bu bəla ilə mübarizədə sıx birləşdirmişdir. Bu müddət ərzində koronavirus pan­demiyası şəraitinin milli iqtisadiyyata təsiri ölçülməklə dərhal çevik dəstək proqramları həyata keçirilmiş, aztəminatlı vətəndaşlara və sahibkarlıq subyektlərinə münasibətdə dövlət dəstəyinin daha da artırılması üçün maddi yardım, vergi güzəştləri, güzəştli kreditlərin verilməsi və digər bu kimi stimullaşdırıcı alətlərdən istifadə edilmişdir.

Müşavirədə xüsusi qeyd edilmişdir ki, ötən dövr milli tariximizin qızıl yaddaşına əhalinin sağlamlığının etibarlı mühafizəsi kimi həssas məsələ ilə yanaşı, Konstitusiyamızın digər ümdə vəzifəsi olan dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün etibarlı şəkildə qorunması ilə də həkk olunmuşdur. Belə ki, son 5 ildə üçüncü dəfə Ermənistan təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizə qarşı yönəltdiyi açıq qəsdlər Ali Baş Komandanın rəhbərliyi, xalqın güclü dəstəyi, qüdrətli milli ordumuzun peşəkarlığı, o cümlədən ölməz şəhidlərimizin şücaəti nəticəsində növbəti kəs dəf edilmiş, təcavüzkar düşmənə yetirilən kəskin əks həmlələr silahlı qüvvələrimizin qələbəsi və qarşı tərəfin təslimiyyətçi bəyanatlar verərək geri çəkilməsi ilə nəticələnmişdir.

Çıxışında həmçinin, diqqəti hüquqi dövlətin demo­k­ra­tiya və hüququn aliliyi prinsiplərinin təmininə yönəldən Baş prokuror məhz bu dəyərlərin əsas atributlarından hesab edilən qanun­ve­ri­ci orqana- Milli Məclisə cari ilin 9 fevral tarixində keçirilmiş növbədənkənar seçkilərdə çoxsaylı na­mi­zəd, siyasi partiya, təşəbbüs qrupları və müşahidəçilərin iştirakını Azər­bay­can­da siyasi plüralizmin sarsılmaz sütunlar üzə­rində durmasının növbəti bariz nü­mu­nə­si­ olduğunu qeyd etmişdir. 

Geniş Əməliyyat Müşavirəsindəki məruzəsində ölkənin ictimai-siyasi həyatında əldə edilən nailiyyətlərdə müxtəlif strateji amillərlə yanaşı, digər mühüm prioritet sahə olan cinayətkarlığa qarşı mübarizənində önəmli payı olduğunu qeyd edən Baş prokuror Kamran Əliyev 2020-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin daha da gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, habelə "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş digər fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı islahatların keçirildiyini bildirmişdir.

Diqqətə çatdırılmışdır ki, Prokurorluqda aparılan islahatlar hesabat dövründə yeni məzmunda davam etdirilmiş, mövcud olan çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılması istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Belə ki, 1 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kamran Əliyevi Baş prokuror vəzifəsinə təyin edilməsi ilə əlaqədar videoformatda qəbulu zamanıbu mühüm dövlət qurumuna korrupsiyaya qarşı daha fəal iş görülməsini, struktur və kadr islahatları aparmaqla yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşdırılmasını tövsiyə etməsi, eləcə də aktual mövzu ətrafında vurğuladığı digər vacib məqamlar Prokurorluq orqanlarınında cari islahatların ilkin mərhələsinin təməlini qoymuşdur. 

Bildirilmişdir ki, həmin tövsiyələrdən irəli gələn vəzifələrin icrası məqsədilə 2020-ci il may ayının 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilərək, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair tövsiyələrinin icrası üzrə 2020-ci il üçün Fəaliyyət Planı” təsdiq olunmuş, prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan islahatların reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması, işində çevikliyin və səmərəliliyin artırılması,o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezident cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılmış, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılaraq struktur qurumların sayı 15-dən 18-ə çatdırılmış, habelə idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmişdir.

Yeni strukturla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır. Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların əsasında Təşkilat və icraya nəzarət,  Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilmiş, eləcə də  mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır.

Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun yeni strukturuna uyğunlaşmanı təmin etmək məqsədilə Hərbi Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Bakı şəhər prokurorluğunun və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin də müasir çağırışlara cavab verən yeni strukturları təsdiq edilərək bəzi idarə və şöbələr ləğv edilməklə müasir tələblərə uyğun yeni struktur vahidləri yaradılmış, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilmişdir.

Qeyd edilmişdir ki, görülən işlərə paralel surətdə kadr korpusunun yenidən komplektləşdirilməsi istiqamətində işlərə də start verilmiş, 2020-ci il may ayının 1-dən cari tarixədək struktur dəyişikliyi və təyinatlar, həmçinin sair məsələlərlə bağlı 703 əmr imzalanmış, 114 nəfər prokurorluq işçisi rəhbər vəzifələrə təyin olunmuşdur.

Dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurlu davamı kimi prokurorluq orqanlarının kadr korpusunun 7 faizini təşkil edən qadın əməkdaşların 8 nəfəri bu qısa müddət ərzində rəhbər vəzifələrə- Baş Prokurorluğun idarə və şöbə rəisi, rayon prokuroru və rayon prokurorunun müavini vəzifələrinə təyin edilmişlər.

O cümlədən müşavirədə diqqətə çatdırılmışdır ki, son 3 ay ərzində aparılan islahatların nəticəsi olaraq 45 prokurorluq işçisi rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifəsinə təyin olunmuş, onlardan 27-si orta yaş hədləri 40 olmaqla ilk dəfə, 16-sı təkrar, 2-i isə ikinci səlahiyyət müddətinə prokuror vəzifəsinə təyin olunmuşdur. Eləcə də, Baş Prokurorluğun 18 idarə və şöbəsindən 15-nin rəisləri dəyişilmiş, onlardan 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin olunmuşdur. Bununla yanaşı, Baş Prokurorluğun idarə və şöbələrinin rəis müavinləri vəzifələrində də dəyişikliklər aparılaraq orta yaş həddi 36 olmaqla 11 prokurorluq işçisi idarə və şöbə rəisinin müavini vəzifəsinə təyin olunmuşdur.

Bundan başqa, ümumilikdə 14 rayon və şəhər prokurorunun müavinləri dəyişilərək, müasir çağırışlara cavab verən və yüksək peşəkarlıqları ilə seçilən prokurorluq işçiləri hesabına komplektləşdirilmişdir.

Baş prokuror Kamran Əliyev Əməliyyat Müşavirəsindəki çıxışında prokurorluğun fəaliyyətini tənzimləyən, icrası prokurorluq işçiləri üçün məcburi olan əmr, sərəncam, göstəriş və digər aktlarla bağlı məsələlərə də toxunmuşdur. Bildirilmişdir ki,  idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, eləcə də struktur qurumlarla rayon (şəhər) prokurorluqları arasında  münasibətlərin tənzimlənməsi kimi ayrı-ayrı sferaların tənzimlənməsini müasir tələblər səviyyəsində təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 20 iyun 2020-ci il tarixli Sərəncamla təşkil edilmiş İşçi qrup tərəfindən Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın layihəsi hazırlanaraq, bütün struktur qurumlarda geniş müzakirəsi keçirilmiş, irəli sürülən təkliflər nəzərə alınmaqla təkmilləşdirilmişdir.

Müzakirələrin nəticəsi olaraq, Baş Prokurorluğun 30 iyul 2020-ci il tarixli Kollegiya iclasında “İşin Təşkili Qaydaları” təsdiq olunmuş və 01 avqust 2020-ci il tarixdən etibarən bütün prokurorluq orqanlarında qüvvəyə minmiş, həmin qaydaların qüvvəyə minməsi ilə əlaqədar, qurum üzrə 100-dən artıq əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunmuşdur.

Əlavə edilmişdir ki, hazırda bu Qaydaların tələbləri rəhbər tutulmaqla, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorluqlarında da “İşin Təşkili Qaydaları”nın hazırlanması prosesi davam etdirilməklə, ləğv olunmalı normativ sənədlərin siyahısı müəyyənləşdirilir.

Bundan başqa, Müşavirədə Baş Prokurorluğun Kollegiyasının keçirilmə formasının dəyişdirilməsi barədə məlumat verilmiş, hüquqi statusunun  prokurorluqda idarəçiliyin cavabdehlik, hesabatlılıq və məsuliyyətlilik dəyərlərini özündə əks etdirən kollegial orqan kimi təsbit edildiyi diqqətə çatdırılmışdır. Bununla yanaşı vurğulanmışdır ki, ilk dəfə Baş Prokurorluğun struktur qurumu olmayan, konkret vəzifələrin icrasını həyata keçirən, prokurorluq sistemində özünüidarə etmə funksiyasını yerinə yetirən ad hoc qurumlar olan Müsabiqə Komissiyası, İntizam Komissiyası, Etik Davranış Komissiyası və Əmək Məsələləri Komissiyasının üzvlüyünə namizədlər də məhz Baş Prokurorluğun Kollegiyasında müəyyən olunmuş, hazırda isə Elmi-Məsləhət Şurasının, Attestasiya Komissiyasının fəaliyyətinin təşkili üçün zəruri tədbirlər həyata keçirilir.

Dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsi, fəaliyyət istiqamətləri üzrə iş keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, eləcə də prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə kadr korpusunun sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.

Baş prokuror Kamran Əliyev Prokurorluqda aparılan mütərəqqi islahatların gedişi ilə bağlı ümumi vəziyyəti müşavirə iştirakçıları ilə tanış etdikdən sonra qurumun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etmiş, hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, əhalinin hər 100 min nəfərinə düşən 132 cinayətin sayına görə ölkəmizin MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biri olduğunu qeyd etmişdir.

Bildirilmişdir ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə edilən müsbət göstəricilər hesabat dövründə də davam etmiş, 2020-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınmışdır.Bu cinayətlərin 86,5 %-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,5%-i ağır və xüsusilə ağır növlər təşkil etmişdir.

Həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, mənimsəmə və israf etmə, avtonəqliyyatın qaçırılması, xuliqanlıq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, cinayətlərin açılması 82,1% təşkil etmişdir.

Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilmiş, 103 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Hesabat dövründə 2019-cu ilin birinci yarımili ilə müqayisədə 5 hadisə azalmaqla  78 qəsdən adam öldürmə cinayətləri qeydə alınmışdır.

Artım tendensiyası müşahidə edilən cinayətlər qəsdən sağlamlığa ağır zərər vurma 13,6 faiz, zorlama 57 faiz, narkotik vasitələrin qanunsuz dövriyyəsi 17,5 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 15,4 faiz, soyğunçuluq 4,8 faiz, quldurluq 4,2 faiz, oğurluq isə 1,3 faiz  artmışdır ki, bu tendensiyanın səbəbləri təhlil edilməklə qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi təmin ediləcəkdir.

Ümumilikdə ölkə üzrə cəmi 6.933 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 827-si prokurorluq orqanlarında istintaq edilmişdir.  Prokurorluq orqanları tərəfindən 349, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5.070 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilmiş, prokurorluq orqanlarında 478, ümumilikdə isə 1.863 cinayət işinin icraatına xitam verilmişdir.

Respublika üzrə qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 87 milyon 691 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 52,2 faizinin, yəni 46 milyon manat hissəsinin ödənilməsinə nail olunmuşdur.

Qeyd edilmişdir ki, Prokurorluğun digər fəaliyyət istiqaməti kimi korrupsiya, rüşvətxorluğa qarşı mübarizə hesabat dövründə də davam etdirilərək, ixtisaslaşdırılmış prokurorluq orqanı olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3927 müraciətinə baxılmış, həmçinin 123 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 96-sı (78 %) üzrə cinayət işi başlanmış, 27 (22 %) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb edilmişdir.

2020-ci ilin I yarımili ərzində “161-Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə korrupsiya hüquqpozmaları barədə Baş idarəyə 2123 müraciət daxil olmuş, həmin müraciətlərin 22-si üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra etmiş, keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 22 cinayət işi başlanmışdır. Baş İdarənin əməliyyat qurumları tərəfindən korrupsiya riskləri aşkarlanan, o cümlədən gömrük, vergi, sosial müdafiə və digər aktual sahələr üzrə həssas nöqtələr müəyyən edilərək birbaşa və aidiyyəti dövlət qurumları ilə birgə şəkildə əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

2020-ci ilin ilk altı ayı ərzində Baş İdarədə 129 şəxs barəsində 91 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Həmin cinayət işlərindən 15 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 29 şəxs barəsində 24 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 7 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 10 şəxs barəsində 6 iş rüşvət alma (passiv rüşvətxorluq), 32 şəxs barəsində 19 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər faktlarla əlaqədar olmuşdur.

Baş İdarə tərəfindən məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 42 milyon 197 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 18 milyon 669 min manatın ödənilməsi təmin edilmiş, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 1 milyon 113 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmuş, ümumilikdə vurulmuş maddi ziyanın 46,9 %-nin ödənilməsi təmin edilmişdir.

2020-ci ilin birinci yarımili ərzində Baş İdarə korrupsiya ilə mübarizədə beynəlxalq təşkilatların tövsiyələrinin, müvafiq konvensiyaların müddəalarının yerinə yetirilməsi, bu sahədə digər ölkələrin uğurlu təcrübələrinin və əldə olunmuş nailiyyətlərinin öyrənilməsi, qarşılıqlı təcrübə mübadiləsinin, ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, habelə anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və ümumilikdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir.

Diqqətə çatdırılmışdır ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq İdarəsində Respublikada böyük ictimai rezonansa səbəb olan dövlətin konstitusiya quruluşunun əsaslarının sarsıdılmasına yönələn əməllərin və digər cinayətlərin istintaqı müvəffəqiyyətlə aparılmışdır.

Qeyd edilmişdir ki, İdarə tərəfindən cari ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhəri, Parlament prospektində, Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasında bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan əməllərin təşkil edilərək törədilməsi, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, hakimiyyət nümayəndələrinə zor tətbiq olunması, özgə əmlakının qəsdən məhv edilməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam  müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin müşavirədə qeyd edilmişdir ki, cari ilin iyul ayı ərzində Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozularaq müharibə hüququnun əsas prinsiplərinəzidd olaraq qəsdən mülki əhalinin sıx yaşadığı ərazilər hədəfə alınıb atəşə tutulmaqla onlara qarşı müxtəlif cinayətlər törədilmiş və ümumilikdə mülki əhaliyə mühum ziyan dəymişdir.

Bununla bağlı Baş Prokuror Kamran Əliyev mülki əhaliyə məxsus əmlaka dəymiş ziyanın müəyyən edilməsindən ötrü zəruri tədbirlərin təmin edilməsi və gələcəkdə zərərçəkmiş şəxslərin beynəlxalq təşkilatlar qarşısında pozulmuş hüquqlarının bərpa edilməsi üçün əməli köməklik göstərilməsi barədə tapşırıq vermişdir.

Bununla yanaşı müşavirədə bildirilmişdir ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunmuş, belə ki, 2020-ci ilin birinci yarımilində qeydə alınmış 78 qəsdən adam öldürmə cinayətlərindən 76 hadisənin, o cümlədən qeyri-aşkarşəraitdətörədilmiş, əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş19hadisənin isti izlərlə açılmasıtəminolunaraq, həmin cinayətlərin açılması 97,43 % təşkil etmişdir.Hazırda bağlı qalmış 2 cinayət işi üzrə tam və hərtərəfli araşdırma aparılmaqla təqsirli şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

2020-ci ilin I yarımili ərzində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə birinci instansiya məhkəmələrində 4499 şəxs barəsində 3973, apelyasiya instansiyası məhkəmələrində 1390 şəxs barəsində 1181, kassasiya instansiyası məhkəməsində 667 şəxs barəsində 572 (bütün instansiya məhkəmələri üzrə cəmi 6556 şəxs barəsində 5726 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmişdir.

Hesabat dövründə vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, prokurorluq orqanları tərəfindən ümumilikdə 11.011 nəfər, o cümlədən Baş Prokurorluqda 1.106 vətəndaş qəbul edilərək müraciətlərinə qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılaraq həll edilmişdir.

Müasir tələblər reallığında ilk növbədə prokurorluq orqanlarında vətəndaş məmnunluğunun təmini, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış “961 Çağrı Mərkəzi”ndə hesabat dövründə 442 müraciət qeydə alınaraq, onlardan 86-si təmin, 59-u rədd edilmiş, 174 müraciət müəllifinə izah verilmiş, 21 müraciət cinayət işi materiallarına əlavə olunmuş, 76-sı aidiyyəti üzrə göndərilmiş,  26 müraciət növbəti hesabat dövrünə qalıq qalmışdır.

Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənmiş, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 6 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən  ekstradisiyası təmin edilmişdir.

Ötən müddət ərzində Baş Prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin  məlumatlandırılması və maarifləndirmə məsələlərinin xüsusi əhəmiyyəti nəzərə alınmaqla Mətbuat xidmətinin işi daha da təkmilləşdirilmiş, verilən informasiyanın daha çox oxucu kütləsinə çatdırılmasının təmin edilməsi məqsədi ilə qurumun sosial şəbəkələrdə rəsmi səhifələri açılmışdır.  

Nəzərə çatdırılmışdır ki, müasirləşən informasiya axarına qoşulmaq məqsədilə Baş Prokurorluğun yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilmiş, müasir standartlara cavab verən sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenilənmişdir.

Eyni zamanda qeyd edilmişdir ki, koronavirus infeksiyasının respublikamızın ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prokurorluğu da Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqəli şəkildə qarşıya qoyulan vəzifələrin icrasında müntəzəm surətdə iştirak etməkdədir.

Ötən dövr ərzində Şirvan və Naftalan şəhərlərində, Yevlax, Masallı, Goranboy, Hacıqabul, Göygöl və digər rayonlarda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə, aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və müalicə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən cəmi 802 arayışın, tibbi göndəriş vərəqələrinin verilməsi, koronavirus xəstəliyinə tutulmuş şəxslər və digərləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması, xuliqanlıq, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi və sair əməllərə yol vermiş şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanlarında 32, daxili işlər orqanlarında isə 30 olmaqla cəmi 62 cinayət işi başlanaraq, 45 nəfər barəsində həbs, 6 nəfər barəsində polisin nəzarəti altına vermə, 2 nəfər barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilmiş, 13 nəfər barəsində 7 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, 1 iş üzrə 3 şəxs barəsində ittiham hökmü çıxarılmışdır.

Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə  rayon (şəhər) məhkəmələrinin qərarları ilə 7 nəfər barəsində uzunmüddətli inzibati həbs və cərimə tənbehləri seçilmişdir.

Eyni zamanda, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən də COVİD-19 pandemiyası ilə əlaqədar dövlət səviyyəsində həyata keçirilən sistemli tədbirlərdən sui-istifadə edən vəzifəli şəxslərə, kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıq aparmaqla dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparılmışdır. Müəyyən edilmişdir ki, ötən yarımildə vətəndaşlar tərəfindən Baş İdarəyə analoji hallarla əlaqədar daxil olmuş müraciətlərin 100-ü birdəfəlik müavinətin verilməsi ilə bağlı süründürməçilik, 13-ü vətəndaşların xəbəri olmadan adlarına sosial müavinətlərin və digər ödənişlərin köçü­rül­məsinin aşkar edilməsi, 175-i dövlət tərəfindən ayrılmış ərzaq sovqat­la­rının əhaliyə çatdırılmasına məsul olan vəzifəli şəxslərin qanunsuz hərəkətləri, 5-i qanunsuz olaraq sərbəst hərəkət edilməsi ilə bağlı arayışların veril­mə­si, o cümlədən bununla əlaqədar rüşvət tələb edil­mə­si, digərləri isə sahibkarlıq subyektlərinin xüsusi karantin rejimi qaydalarını pozması və cari vəziyyətdən sui-istifadə etmə halları ilə əlaqədar olmuşdur.

Qeyd olunan müraciətlərə baxılarkən onların müəyyən qismi müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, bir sıra hallarda cinayət işi başlanmış, digərləri nəzarətdə saxlanılmaqla baxılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə səlahiyyətli dövlət qurumlarına göndərilmişdir.

Bundan başqa,  sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi  tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiya məhsulunun yayılması faktları aşkarlanmaqla, həqiqəti əks etdirməyən məlumatları ictimailəşdirən şəxslərə xəbərdarlıq edilmişdir.

Diqqətə çatdırılmışdır ki, hesabat dövründə xidməti fəaliyyətlərində qanun pozuntusu hallarına yol vermiş 10 prokurorluq işçisi barədə xidməti  yoxlamalar aparılaraq, intizam məsuliyyətinə cəlb olunmuşlar. Onlardan 3 nəfərə töhmət, 1 nəfərə şiddətli töhmət verilmiş, 5 nəfər vəzifədən azad edilmiş, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilmişdir.

Əməliyyat müşavirəsində Baş Prokurorluğun 2020-2023-cü illər ərzində strateji inkişaf konsepsiyasının hazırlanması, Baş prokurorun qanunvericilik təşəbbüsündən geniş istifadə olunması, sosial sahədə olan problemlər araşdırılaraq ölkə Prezidentinə məlumatların verilməsi, kadrların peşəkarlığının artırılması, səriştəli kadrların prokurorluqda işə cəlb olunmasına üstünlük verilməsi, prokurorluq işçiləri tərəfindən tez-tez yol verilən pozuntuların müəyyənləşdirilərək aradan qaldırılması üçün tədbirlərin görülməsi, uğurlu iş təcrübəsinin müəyyən olunması və digər istiqamətlərdə konkret tapşırıqlar verilmişdir.

Bundan əlavə, əməliyyat müşavirəsində Baş Prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Heydər Məmmədov, Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroruXanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev,Təşkilat və İcraya nəzarət idarəsinin rəisi Elşən Abbasov, Zəngilan rayon prokuroru Lalə Hüseynova, Qazax rayon prokuroru Rauf Gözəlov və Tovuz rayon prokuroru Elçin Qəhrəmanov damövzu ətrafında vəaktual məsələlərə dairçıxışlar etmişlər, həmçinin müşavirənin digər iştirakçıları tərəfindənfaydalı müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Müşavirənin sonunda əminlik ifadə olunmuşdur ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, 2020-ci ildə də öz səlahiyyət hədləri daxilində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir. 

Son xəbərlər