şənbə günü, 24 oktyabr 2026
     

Gürcüstanın yeni parlamentinin formalaşmasında soydaşlarımızın rolu böyük olacaq: Saakaşvili faktoru gündəmdə...

Image


Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında əsas tranzit məkan olan Gürcüstanda cari ilin oktyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ətrafında indidən maraqlı proseslər müşahidə edilir. Hətta fikirlər səslənir ki, bu seçkilər Gürcüstanda yenidən hakimiyyət dəyişikliyinə rəvac verə, xüsusən də Gürcüstan eks-prezidenti Mixail Saakaşviliyə bağlı qüvvələrin iqtidara gəlişini təmin edə bilər.

Bu barədə danışmazdan öncə xatırladaq ki, Gürcüstanda xeyli sayda soydaşımız da yaşayır. Onların səsi uğrunda da siyasi qüvvələrin açıq mübarizəsi başlayıb. Elə soydaşlarımız da, əvvəlkindən fərqli olaraq, indi siyasi proseslərdə daha çox fəallıq nümayiş etdirir. Bu da onlara diqqəti daha da artırır. Bu arada isə gürcü müxalifəti Gürcüstan hökumətinin koronavirus pandemiyasından istifadə edərək parlament seçkilərini təxirə salacağı barədə fikirlər irəli sürüb, beynəlxalq təşkilatlara müraciət göndəriblər. Parlamentin sabiq sədri, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının funksionerlərindən olan İrakli Kobaxidze müxalifətin fikirlərinə cavabında deyib ki, koronavirusun ikinci dalğası baş versə, seçkilər təxirə salına bilər. Kobaxidzenin bu sözləri müxalifət düşərgəsində daha ciddi müzakirələrə səbəb olub. Elə bundan sonra Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib ki, oktyabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərini heç bir təhlükə gözləmir. Seçkilər vaxtında, şəffaf və demokratik şəraitdə keçiriləcək:“Seçkilərin Konstitusiyada nəzərdə tutulmuş vaxtda, yəni oktyabr ayında keçirilməsinə heç bir maneə yoxdur. Seçkiləri heç nə risq altına ala bilməz. Hökumət bu seçkiləri demokratik, azad, şəffaf və beynəlxalq standartların tələblərinə uyğun şəkildə keçirməkdə israrlıdır”.

Amma müxalifətin reytinqinin artması da indi hakimiyyəti narahat edir. Bu fonda diqqət çəkən daha bir məqam odur ki, parlament seçkisinə az qalmış müxalifət partiyalarının yaratdığı “Güc Birlikdədir“ koalisiyasından qopmalar başlayıb. Yeni Gürcüstan Partiyasının sədri Georgi Vaşadze artıq koalisiyadan ayrıldığını elan edib. Son prezident seçkisində aktiv iştirakçı kimi koalisiyanın namizədi Qriqol Vaşadzeni müdafiə edən Georgi Vaşadze ilə bərabər, koalisiyanı Qanun və Ədalət Partiyası da tərk edib. Hər iki partiya birgə Aqmaşenebeli Strategiyası Platforması yaradaraq seçkiyə gedəcəklərini açıqlayıblar. Vaşadze isə hədəfinin Gürcüstanın baş naziri olmaq olduğunu bildirib. Maraqlı məqam isə Vaşadzenin koalisiyadan “Edison Risöç” şirkətinin Gürcüstanda keçirdiyi sorğunun nəticələrini açıqlamasından sonra ayrıldığını elan etməsi olub. Belə ki, bu sorğuya əsasən, respondentlərin 59%-i növbəti seçkidə yeni partiyaların qələbə qazanmasını istədiklərini söyləyib. Üstəlik, sorğuda respondentlər daha çox Vaşadzenin partiyasına güvəndiklərini deyib.

“Güc Birlikdədir” koalisiyasının üzvü olan Vahid Milli Hərəkat Partiyası Georgi Vaşadzenin addımını kəskin tənqid edib. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə Vaşadzenin qaranlıq tərəfə keçdiyini bildirib. O, baş verənləri Bidzina İvanişvilinin oyunları adlandırıb. Bu durumda Saakaşvili bildirib ki, Gürcüstan Vahid Milli Hərəkat Partiyası seçkidə təkbaşına qalib gəlməlidir. O, seçkidə heç bir partiyanın Vahid Milli Hərəkatla mübarizə aparmaq gücündə olmadığını bildirib:“Mənim fikrim o idi ki, bütün real müxalif qüvvələr birləşdirilib, vahid parlament siyahısı hazırlansın. Onlar bundan imtina etdilər ki, bu da çox pisdir. İndi Vahid Milli Hərəkat onun ümumi siyahı ilə etməsi gərəkdiyini etməlidir. Milli Hərəkat bu seçkidə təkbaşına qalib gəlməlidir və əminəm ki, bu belə də olacaq. Mixail Saakaşvili adı isə Avropa radarlarından yoxa çıxmayacaq, Gürcüstan adı üçün bu baxımdan böyük təhlükə var. Mən Avropanın ən böyük ölkəsində baş nazir vəzifəsinə namizəd ola bilərəm. Siz Ukrayna mətbuatı ilə tanış olub, buna əmin ola bilərsiniz. Mənim Ukraynada çox vacib rolum var. Biz artıq Gürcüstanın ölkə kimi yoxa çıxmasından danışmalıyıq. İvanişvili istəyirdi ki, Saakaşvili dünya radarlarından yox olsun. Mən bütün dünya radarlarında çox dəqiq şəkildə təmsil olunuram, Gürcüstan isə artıq orada yoxdur”. Bu durumda sabiq prezident xalq və onun tərkib hissəsi olan azərbaycanlıların da seçkidə mühüm rol oynayacağını bildirib: “Son 2 seçki zamanı Gürcüstanın müasir tarixində ilk dəfə olaraq Gürcüstan azərbaycanlıları müxalifətə səs verdilər. Mənim üçün bu çox əlamətdardır. Bu o deməkdir ki, azərbaycanlılar da gürcülərlə yanaşı, özlərini ölkənin sahibi hiss edirlər və ona görə məsuliyyət daşıyırlar. İndiki hakimiyyət onlarla oyun oynaya bilməz. Onlar Gürcüstanın vətənpərvərləridir. Onlar Gürcüstan üçün çox iş görüblər və gələcəkdə də görəcəklər. Biz onları Gürcüstan hökumətinə daha çox inteqrasiya etməliyik. Çünki onlar da Gürcüstan cəmiyyətinin üzvləridir. Bu nöqteyi-nəzərdən Gürcüstan azərbaycanlıları, təzyiqə və hədələrə rəğmən, bu seçkilərə də əsl vətənpərvərlər kimi baxıb azad seçim etməlidirlər”.

Xatırladaq ki, soydaşlarımızın Saakşavili komandasına rəğbəti böyükdür. Saakşavilinin isə Gürcüstana təsirləri artır. Rusiyanın “Kommersant” qəzeti bu xüsusda yazır:“Mixail Saakaşvilinin Ukrayna prezidenti Vladimir Zelenski komandasında yerini tapması tamamlandıqdan sonra məlum olub ki, keçmiş Gürcüstan liderinin fəaliyyəti Milli İslahatlar Şurası İcra Komitəsinin rəhbəri kimi daxili gündəliklə məhdudlaşmayacaq. O, Gürcüstan hakimiyyətinin hərəkətlərini şərh edir və ümumiyyətlə, yeni vəzifəsində vətənindəki siyasi proseslərdən yayınmaq niyyətində olmadığını açıqlayır. Mütəxəssislər əmindirlər: Mixail Saakaşvili Kiyevdəki hazırkı vəziyyətdən Gürcüstanda keçiriləcək parlament seçkilərinə təsir etmək üçün istifadə edəcək”.

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ