şənbə günü, 24 oktyabr 2026
     

Soros Ermənistanın axırına çıxır...

Image


Son dövrlərdə Ermənistanda Rusiyaya bağlı qüvvələrə qarşı təzyiq və repressiyaların artması müşahidə olunur. Erməni mediası yazır ki, bunlar Nikol Paşinyan hakimiyyətinə Qərbdən gələn göstərişlərin icrasıdır və belə vəziyyət İrəvan üçün daha ciddi problemlər yaradacaq. “İravnuk” qəzeti yazır ki, Paşinyan hakimiyyətindəki Sorosçular artıq gerçək simalarını göstərib, fəaliyyətləri ilə ölkəni əsl fəlakətə doğru sürükləyirlər.

Qeyd edək ki, Sorosun adamlarının Ermənistanda, belə demək olarsa, “at oynatması” barədə Azərbaycan da mövqeyini ifadə edib. Elə bu günlərdə Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında bildirib ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir:“Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Aydın məsələdir ki, Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub”. İndi Soros fondundan gələn göstərişlə Ermənistan hakimiyyətində təmsil olunanlar daha repressiv fəaliyyətə keçiblər. Bu dəfə hədəf Rusiyaya bağlı müxalif qüvvələrdir. Onlardan biri də “Vətən” partiyasının rəhbəri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyandır. “Qraparak” nəşri yazır ki, artıq Artur Vanetsyana qarşı cinayət təqibi başlayıb. Qeyd olunur ki, nəyin bahasına olursa-olsun, Vanetsyana qarşı cinayət işi açmaq və onun siyasi fəaliyyətini əngəlləmək hakimiyyətdəki Sorosçular, o cümlədən Paşinyan üçün vacibdir. “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədri Xaçik Asryan da qeyd edir ki, Paşinyan və onun Soros yönümlü hakimiyyəti Ermənistanın normal inkişaf gedişatını məhv edir. “Politik.am” nəşri isə bildirir ki, Sorosa bağlı olanların fəaliyyəti Ermənistanın Rusiya ilə də münasibətlərini tam sıradan çıxarır: “Məsələn, Ermənistanda Rusiya kanalları Sorosçular üçün olduqca pisdir və qadağan olunur. Bu kontekstdə qeyd etmək lazımdır ki, milli təhlükəsizlik haqqında Sorosçuların anlayışı çox qəribədir. Onlar Ermənistanı Rusiya himayəsindən məhrum edib ölkəni məhvə aparırlar”.
Xatırladaq ki, qeyd edilən məsələ ətrafında son günlərdə Rusiya mediasında da geniş materillar verilir. Elə bu günlərdə Rusiyanın “lenta.ru” saytı da belə bir yazı ilə çıxış etmişdi ki, Ermənistan siyasətində Birləşmiş Ştatlarla, Sorosla bu və digər şəkildə bağlı olan insanların sayı artmaqdadır:“Məsələn, keçən il iyun ayında Amerikanın Qlendeyl şəhərinin keçmiş meri Zare Sinanyan Ermənistan hökumətində diaspor məsələləri üzrə komissar oldu. Bu vəzifə diaspor nazirliyinin ləğv edilməsindən və nazirlər kabinetinin optimallaşdırılmasından az sonra təsis edilib. Ermənistanın ali siyasi dairələrində daha bir iddialı fiqur ədliyyə nazirliyinin yeni rəhbəri Rustam Badasyandır. Badasyan bu vəzifəyə təyin edilənə qədər mətbuatda belə şayiə yayılmışdı ki, onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib. Ermənistan təhlükəsizlik şurasında və xüsusi istintaq xidmətində də Sorosun “öz adamları” var. Məsələn, xüsusi istintaq xidmətinin rəisi Sasun Xaçaturyanın qardaşı Soros fondunun idarə heyəti şurasının sədri, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qreqoryan isə “Transparency İnternational”ın yetirməsidir. Onlar hər ikisi “Məxməri inqilab”dan dərhal sonra bu vəzifələrə təyin edilib. Onu da unutmaq olmaz ki, Ermənistanda Rusiya biznesi təqib edilir. Yuxarıda deyilənləri yekunlaşdıraraq böyük inamla demək olar ki, Ermənistanda mühüm vəzifələri amerikapərəst qeyri-kommersiya təşkilatlarının nümayəndələri tutduqca, Qafqazın bu respublikası dövlətlərarası münasibətlərdə yeni gərginlik ocaqları yaradacaq”.

O da faktdır ki, Sorosun və onun strukturlarının Ermənistanın siyasi və ictimai həyatında iştirakını tənqid edən VETO təşkilatının fəalları bu gün Paşinyanın göstərişilə güc orqanları tərəfindən repressiyaya məruz qalırlar. VETO-nun təsisçisi Narek Malyan və müxalif “Adekvat” partiyasının görkəmli funksioneri Konstantin Ter-Nakalyan qanunsuz olaraq silah saxlamaqda və gəzdirməkdə ittiham edilir. Rusiya mediası qeyd edir ki, Ermənistanın indiki hökuməti Corc Sorosun strukturları ilə çox səmimi, dostcasına əlaqə saxlayır. “Rosbalt” yazır ki, hazırda Rusiyada “arzuedilməz təşkilat” hesab olunan Sorosun “Açıq cəmiyyət”inin himayəsi altında Ermənistanda 60-a yaxın təşkilat maliyyələşdirilir. Bu təşkilatlar ölkənin bütün fəaliyyət sahələrini, o cümlədən media, jurnalist araşdırmaları, siyasi tədqiqatlar, gənclər siyasəti, insan haqlarının müdafiəsi, təhsil, elm və başqa sahələri əhatə edir. Bunlar isə Rusiyada getdikcə daha böyük narazılıq yaratsa da, Paşinyan iqtidarı Sorosun göstərişindən çıxa bilmir. Təbii ki, Kremlin buna mümkün reaksiyası Ermənistanda çoxları üçün əndişə yaradır. Elə politoloq Qabil Hüseynli də qeyd edir ki, Sorosun postsovet məkanında əsas dayaqlarından biri məhz Ermənistanda yerləşir:“SSRİ dağıldıqdan sonra postsovet ölkələri dərin bir iqtisadi böhrana düçar oldu. Soros fondu bu ölkələrin bir çoxunda, eyni zamanda Azərbaycanda da fəaliyyətə başladı. Onu da deyim ki, əvvəlcə özünü xeyirxah kimi təqdim edən fond zamanla iç üzünü bəlli etməyə başladı. Azərbaycandakı fəaliyyəti günü-gündən dəyişən fond, faktiki olaraq, siyasi və iqtisadi məsələlərə də müdaxilə etməyə başladı. Buna görə də fəaliyyəti dayandırıldı. Soros fondunun Azərbaycandan çıxarılması onun nüfuzuna təsir etdi. Azərbaycanın ardınca Gürcüstanda da fəaliyyəti dayandırılan fond Qafqazda yalnız Ermənistanda fəaliyyət göstərir. Soros Fondunun MDB ölkələrindən məhz Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması da bu səbəbdəndir”.

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ