AXCP funksionerləri partiyanın üzvü Baba Süleymanovun qanunsuz həbs edilməsi ilə bağlı sosial şəbəkələr vasitəsi ilə xəbərlər yayırlar.
Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, burada qanunsuz həbs barədə səslənən iddialar tamamilə əsassızdır və qərəzdən irəli gələn bir dezinformasiyadır. Bakı şəhər sakini Süleymanov Baba tətbiq edilmiş xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb, barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunub.