Bazar günü günü, 01 noyabr 2026
     

Ermənistan Azərbaycan qarşısında aciz duruma düşdüyünü etiraf edir - Moskvanın Bakıya hərbi texnika satışı İrəvanda yeni təşviş dalğası yaratdı...

Image


Dünyada yeni iqtisadi böhranın başlanmasına və bunun ölkələrə müxtəlif cür təsir etməsinə rəğmən, hərbi sahədə dövlətlər planlarından geri çəkilmir. Dünya miqyasında ölkələr və hərbi birliklər tərəfindən keçirilən təlimlər, əsgəri texnikanın alış-satışı da qeyd olunanların təsdiqidir. Bu mənada, müharibə vəziyyətində olan Azərbaycanın da təlimlər keçirməsi, hərbi texnika alması tamamilə təbii qarşılanır.

Xatırladaq ki, cari il ərzində Azərbaycan hərbi texnika alışına 1 milyard dollara qədər vasait sərf etməyi planlaşdırır. Artıq o da məlumdur ki, bu vəsaitin müəyyən hissəsi qonşu Rusiyadan yeni hərbi təyyarələrin alınmasına sərf olunacaq. Bu fonda o da sirr deyil ki, Rusiya özü də Azərbaycana hərbi təyyarələrin tədarükünü realizə etməyə hazırdır. O da bəllidir ki, söhbət Su-35 və MiQ-35 qırıcı təyyarələrindən gedir. Bu məsələ artıq neçə gündür Ermənistanda da aktual şəkildə müzakirə olunur. Indiki halda Moskvanın Bakıya hərbi texnika satışını İrəvan özünə ciddi zərbə kimi dəyərləndirir. Mövzuya yenidən toxunan Ermənistanın “lragir.am” nəşri yazır ki, razılaşma baş tutarsa, Ermənistan-Rusiya müqaviləsinin Su-30 SM çoxfunksiyalı təyyarələrin tədarükü baxımından əhəmiyyəti həqiqətən itəcək:“Azərbaycan Ermənistanla müqayisədə Rusiyadan daha müasir təyyarələr alır. Özü də burada say baxımından da Azərbaycanın önə çıxması gözlənilir. Moskva ilə Bakı arasında yeni sövdələşmənin əhəmiyyəti regionaldır və əks hücumun imkanlarının genişlənməsi hesabına erməni tərəfinin susdurulması və sabitliyin təmin edilməsinə yönəlib  Belə olan halda Azərbaycana yeni döyüş təyyarələrinin satılması Ermənistan üçün ciddi zərbədir. Əlbəttə ki, Rusiyaya pul lazımdır, baxmayaraq ki, təyyarələrin satışından ala biləcəkləri pul Rusiyanın ehtiyac duyduğu ümumi miqdarda çox cüzidir. Ancaq bu vəziyyətdə əsas məqam pulun həcmi deyil, onun təhlükəli vəziyyətə gətirməsidir. Aprel döyüşlərindən əvvəl Moskva erməniləri siyasi imkanlar əldə etdiyinə inandıraraq Bakıya milyardlarla dollar silah verdi. Realda isə mənzərə tam əksinə idi, Bakı Rusiyadan siyasi haqq qazandı. Hazırda bunun təmiz bir ticarət olduğu və Moskvanın Ermənistana siyasi imkanlar qazandırdığı barədə danışmaq həm Ermənistan, həm də Rusiyanın özü üçün təhlükəli, çox təhlükəli bir aldanma demək olacaq. Bakını bu cür strateji əhəmiyyətli silahlarla təmin etmək barədə qərar verən insanlar Rusiya dövlətçiliyinə qarşı qərar qəbul edirlər. Realda, xüsusilə aprel döyüşlərindən çıxarılan dərs kontekstində Rusiyadan Bakıya təyyarə satılması məsələsi yox, Ankara və Bakıya rus dövlətçiliyinin satılması məsələsi qoyulub və bu qərar, praktik olaraq, məhz bu demək olacaq”.

Erməni siyasi şərhçi Akob Badalyan da qeyd edir ki, illər əvvəl Moskva və İrəvanın Su-30SM çoxfunksiyalı təyyarəsinin sövdələşməsini müzakirə etdiyi barədə məlumat yayıldıqda Rusiyanın Su-35 satmaq üçün Azərbaycanı da maraqlandırmağa çalışdığı barədə ekspert rəyləri yayılmışdı:“Məlumdur ki, keçən il Rusiya Ermənistana Su-30SM qırıcı təyyarələri vermişdi və dekabr ayında təyyarələrin birinci partiyası İrəvan aerodromuna çatdırılmışdı. Ermənistan müdafiə naziri David Tonoyan ikinci partiyanın da 2020-ci ilin ilk aylarında gətiriləcəyini bildirmişdi. İrəvan bunu, rəqibə qarşı üstünlük əldə etməklə yanaşı, hərbi-siyasi tarazlıq səviyyəsini və erməni tərəfinin Azərbaycanın gücünü yatırmaq qabiliyyətini xeyli artıran hava hökmranlığı strategiyası çərçivəsində əldə olunan uğur kimi qiymətləndirirdi. Yanvar ayında Tonoyan yaxın aylarda Ermənistana yeni bir dəstənin gələcəyini açıqladı. Əslində, Rusiya Ermənistana tədarükü qiymətləndirərək, digər əli ilə Azərbaycanı silahlandırma prosesini yenidən davam etdirir. Ruslar aprel döyüşlərini yetişdirərkən, Azərbaycanı dişlərinədək silahlandırmanın ilk mərhələlərində dedikləri kimi, “Bu biznesdir, şəxsi heç bir şey yoxdur”. Əlbəttə ki, neft bazarında kritik günlər yaşayan Rusiya hazırda hərbi sənaye sifarişçilərinə ehtiyac duyur, ancaq aprel döyüşlərindən əvvəl sadəlövh və hətta rüsvayçı olduğu kimi, indi hər şeyi biznesə aid etmək sadəlövhlük olardı. Rusiya üçün Azərbaycan Kremlin birbaşa Ankara və Tehranla rəqabət etdiyi bir məkandır və geniş mənada yeni dünya nizamının Amerika-Çin bölgüsü prosesində mümkün qədər iştirak etməyə çalışır. Bu baxımdan Rusiya Azərbaycana münasibətdə, əlbəttə ki, siyasətindən geri çəkilməyəcək. Bütün problem ondadır ki, hər iki halda Moskva Ermənistanı və ya erməni məsələsini “resurs” hesab edir. Erməni mühitində bir az zəiflətmək kifayətdir, Rusiya dərhal bu vəziyyətdən istifadə etməyə çalışır. Hazırda Ermənistan koronavirus epidemiyası, xüsusən onun iqtisadi və siyasi aspekti ilə qarşı-qarşıyadır. Üstəlik, bu şəraitdə İrəvan Moskva qarşısında qazın qiymətinin azaldılması və əslində məlum biabırçı qaz müqaviləsinə yenidən baxılması məsələsini qaldırır. Məsələni Paşinyan Putinlə telefon danışığında da müzakirə edib.
Budur, Azərbaycan mətbuatında Rusiyanın Bakıya yeni nəsil hərbi təyyarə satmağa hazır olduğu barədə açıqlamalar yayılır. Ancaq İrəvanın qaz qiymətlərinin aşağı salınması ilə bağlı müraciətindən sonra bu məlumatın Azərbaycan mətbuatında yayımlanması təəccüblü deyil. Təəccüblü deyil, çünki bundan əvvəl illərdir Bakıdan qidalanan rusiyalı ekspertlər Rusiyanın niyə qazın qiymətini qaldırması lazım olduğunu əsaslandırmaq üçün Ermənistan mətbuatında məqalələrlə çıxış edirdilər. Görünən odur ki, Rusiyanın Azərbaycana hərbi təyyarələr verməsinin səbəbini əsaslandıracaq yeni ekspertlər ortaya çıxacaq. İstənilən halda, Rusiyadan yeni silah alışı ilə Azərbaycan daha da güclənir və bu, erməni tərəfi üçün müsbət heç nə vəd etmir”.

Ekspertlər də erməni tərəfinin narazılığının əsassız olmadığını bildirir. Çünki alınacaq təyyarələr Azərbaycanın düşmənə daha sərt zərbələr vurmasına gətirib çıxaracaq. Bu xüsusda elə bu günlərdə Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hazırda ehtiyatda olan polkovnik-leytenant Rövşən Həşimov da maraqlı açıqlamalar vermişdi. Onun sözlərinə görə, Su-35 və MiQ-35 təyyarələrinin Azərbaycana tədarükü barədə aparılan danışıqlar yaxın zamanda ölkəmizin Hərbi Hava Qüvvələrinin daha da gücləndirilməsinə imkan verəcək:“Bunu daha aydın təsəvvür etmək üçün təyyarələrin uçuş-texniki xüsusiyyətləri və döyüş imkanlarına diqqət çəkmək istərdim. Hər iki tip çoxfunksiyalı və yüksək manevrli döyüş təyyarələrinin özəlliyi onların 4++ nəslinə aid olmasıdır. Bu nəsil təyyarələrə qədər istehsal olunan digər döyüş qırıcıları yalnız modernizə olunaraq onların müəyyən imkanları artırılırdı. Bu təyyarələrin üstün xüsusiyyətlərindən biri də onların maksimal uçuş uzaqlığıdır. Bu göstərici Su-35-də 4500 kilometr, MiQ-35-də isə 3500 kilometrdir. Hər iki təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Açıq arxitekturası olan hər iki təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarələrə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir.

Ən yeni texnologiyaların tətbiqi ilə istehsal edilən Su-35 təyyarəsi “hava-hava” sinfinə aid yeni R-37M səsdən sürətli raketlərdən istifadə edir və məhz buna görə də 300 kilometr uzaqlıqda olan hava hədəflərini məhv etmək imkanına malikdir. Düşmənin hava hücumundan müdafiə vasitələrinin əhatə etdiyi zonadan kənarda qalmaqla yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə effektiv zərbələr endirməyə malik olan Su-35 təyyarəsi 12, MiQ-35 təyyarəsi isə 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir. Su-35  təyyarələri “hava-hava” tipli R-73, R-77, R-27 raketləri, “hava-yer” tipli X-25, X-29, X-38 raketləri, gəmiyə qarşı X-31, X-35, X-59 raketləri və KAB-500KR, KAB-1500KR, MiQ-35 təyyarələri isə “hava-hava” tipli R-73, R-77, R-27 raketləri, “hava-yer” tipli X-25, X-29, X-38 raketləri, gəmiyə qarşı X-31 raketləri və KAB-500L, KAB-500KR bombaları ilə silahlana bilirlər. Su-35 və MiQ-35 qırıcılarının fərqləndirici xüsusiyyətlərindən biri də uzaq məsafədə eyni vaxtda bir neçə hava hədəfinin aşkar edilməsi, izlənməsi və məhv edilməsidir. Azərbaycan HHQ-nin bu növ qırıcı təyyarələrlə gücləndirilməsi döyüş əməliyyatları zamanı onlara ordumuzun qoşun növləri və qismlərini havadan dəstəkləməklə yanaşı, düşmənin yerüstü qoşun qruplaşmasını, hərbi və strateji əhəmiyyətli obyektlərini məhv etmək imkanı verəcək”. Elə Ermənistanda da narazılıq və narahatlıq yaradan məqamlar bunlarla bağlıdır. Lakin o da faktdır ki, indiki halda Ermənistanın istənilən narazılığı hansısa əhəmiyyət kəsb etmir. Çünki bundan əvvəl də Rusiyanın Azərbaycana silah satmasına Ermənistan öz narazılığını bildirmişdi. Amma o vaxt da bunu kimsə nəzərə almadı. Elə indi də proseslərin məhz bu məcrada inkişafı gözlənilir. Nəticə isə ondan ibarət olacaq ki, Azərbaycan düşmən üzərində daha böyük hərbi üstünlük qazanacaq. Təbii ki, bu da Dağlıq Qarabağ münaqişəsinə mütləq mənada öz təsirini göstərəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ