“... insani yardım olaraq, Türkiyədə yaşayan 70-ə yaxın erməni vətəndaşın Gürcüstan üzərindən öz ölkələrinə dönməsi təmin edilib”.
Baki-xeber.com xəbər verir ki, bu sözləri koronavirus pandemiyası ilə bağlı Türkiyənin Ermənistana yardım göndərəcəyi barədə iddialara cavabında Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan bildirib.
Hüseyn Altınalan mətbuatda yayılan xəbərə münasibət bildirərək deyib ki, bu, sadəcə, insanlıq adına atılmış addımdır:“Türk səlahiyyətliləri, insani yardım olaraq, Türkiyədə yaşayan 70-ə yaxın erməni vətəndaşın Gürcüstan üzərindən öz ölkələrinə dönməsi təmin edib. Bundan başqa yardım yoxdur”.
Xatırladaq ki, son günlər bəzi kütləvi informasiya vasitələri Ermənistanın pandemiya ilə bağlı Türkiyə dövlətindən yardım istəməsi və bu istəyin təmin olunması barədə birtərəfli xəbər yayıb. Lakin Türkiyə rəsmiləri ilə yanaşı, Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan da belə bir xahişin və təminatın olmadığını bildirib.
Baki-xeber.com