Bazar ertəsi günü, 02 noyabr 2026
     

Azərbaycanın təşəbbüsü ilə virus əleyhinə ümumtürk konfransın əsas üç məqsədi - Prezidentin dediklərinə ekspert izahları...

Image


Dünyanı çənginə alan koronavirus pandemiyası türkdilli dövlətlərə də öz mənfi təsirini göstərməkdədir. Bu gün, Azərbaycan da daxil olmaqla, bütün türkdilli dövlətlər bu virusla mübarizədə böyük iradə ortaya qoyurlar. Bildiyimiz kimi, Azərbaycan koronavirusla mübarizədə qısa müddət ərzində böyük təcrübə qazandı və real nümunələr ortaya qoya bildi. Bu baxımdan, dövlətimizin bu virusa qarşı həyata keçirdiyi mübarizə tədbirləri başqa ölkələr üçün də yeni örnəklər yaradıb.

“...Hörmətli dostlar, hesab edirəm ki, bugünkü fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir. Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə ölkə başçımız qeyd edib.

Azərbaycan Prezidentinin bu Zirvə görüşünün keçirilməsində üç məqsədin əsas olduğunu qeyd etməsini şərh edən ekspertlər hesab edirlər ki, onlayn Zirvə bu məqsədin icrasında çox mühüm və həlledici rol oynayacaq. Ekspertlərin fikrincə, Prezident İlham Əliyevin indiyə kimi irəli sürdüyü bütün təşəbbüs və ideyalar kimi, bu üç amilin də icrası tez bir zamanda böyük nəticələr verəcək.

  • Vaqif Abışov: “Əlbəttə, Azərbaycan hökumətinin öz təcrübəsini qardaş türkdilli dövlətlərlə bölüşməsi çox yaxşı haldır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışovun sözlərinə görə, onlayn Zirvə görüşündə ortaya qoyulan bütün hədəflərə çatacağıq: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirirəm. Birinci olaraq qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin koronavirusa qarşı apardığı mübarizə təqdirəlayiqdir. Yəni dünyanı öz cənginə alan bu virusa qarşı operativ addımlar atılır və lazımi tədbirlər görülür. Düşünürəm ki, hökumətin gördüyü bütün tədbirlər xalqımızın xeyrinədir. İnşallah, bu virus respublikamızda geniş yayılmayacaq və tezliklə bu bəladan xilas olacağıq. Hamımız birlikdə bu virusa qalib gələcəyik. Əlbəttə, Azərbaycan hökumətinin öz təcrübəsini qardaş türkdilli dövlətlərlə bölüşməsi çox yaxşı haldır və bu cür görüşlərin vaxtaşırı keçirilməsi qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün xüsusi önəm daşıdığı qənaətindəyəm. Fikrimcə,Türk Şurasına üzv dövlətlər bütün sahələr üzrə əməkdaşlıqlarını daha sıx formada genişləndirməli, dünya coğrafiyasında öz yerlərini daha da möhkəmləndirməlidirlər. Prezident İlham Əliyevin belə bir görüşün keçirilməsində təşəbbüsünü, eyni zamanda, Türk Şurasına daxil olan dövlətlərlə əlaqələri daha da möhkəmləndirməyə çağırışı kimi də dəyərləndirirəm”.

  • Dəyanət Osmanlı: “Zirvə görüşünün keçirilməsində əsas olan üç vacib məsələnin icrasında Azərbaycanla yanaşı, bütün türkdilli dövlətlər də öz səylərini əsirgəməyəcəklər”

Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, "Türk Tünyası İnfo" İB-nin sədri Dəyanət Osmanlının fikrincə d, onlayn Zirvə görüşünün üç əsas məqsədinin tezliklə icra olunmasının şahidi olacağıq. O hesab edir ki, bu görüşdə koronavirusla mübarizədə qarşıya qoyulan bütün hədəflərə ümumtürk birliyi nəticəsində nail ola biləcəyik. “Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk dövlətlərinin Əməkdaşlıq Şurasının onlayn zirvə görüşünün keçiriməsi olduqca aktual və önəmli xarakter daşıyır. Türk dövlətlərinin birliyi və gələcəyi, bir-birinin çətin günlərində qarşılıqlı şəkildə dayaq durması məsələləri görüşün əsas leytmotividir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti Türk dünyası ilə ilgili məsələlərdə həmişə həssaslıqla, milli-qlobal səviyyədə düşünür. Və dövlətimizin başçısının Türk dünyasının varlığı ilə bağlı siyasəti ortaq milli və strateji məqamlara söykənir. Bu önəmli görüş birbaşa qardaş xalqlar olaraq epidemiyadan qurtuluş yollarının aranmasında bir-birinə dəstək verməyi, təcrübələrin paylaşılması ehtiyacını özündə ehtiva edir. Görüşdəki çıxışlarda ortaya qoyulan mövqelər də həmrəylik üzərində köklənmişdi. Eyni zamanda, o da aydın oldu ki, qardaş dövlətlər  təhlükənin törətdiyi fəsadları mümkün qədər önləmək əzmi göstərirlər. Həmçinin, bu məsələdə başqa ölkələrə nümunə olacaq səviyyədə fəaliyyət göstərirlər. Bu işdə həmrəylik nümayiş etdirmək gələcək əlaqələrimizin inkişafına daha əsaslı surətdə töhfə verəcək. Düşünürəm ki, Zirvə görüşünün keçirilməsində əsas olan üç vacib məsələnin, məqamın icrasında Azərbaycanla yanaşı, bütün  Türkdilli dövlətlər də öz səylərini əsirgəməyəcəklər. Çünki koronavirusla mübarizədə qalib gəlməyimiz üçün bu üç əsas şərtə hər bir dövlət əməl etməlidir. Hesab edirəm ki, biz bunun tez bir zamanda müsbət nəticələrini görəcəyik” - deyə D.Osmanlı qeyd etdi.

  • Faiq Ələkbərli: “Türk dövlətləri tərəfindən pandemiyaya qarşı mübarizədə bir-birinə dəstək jestləri edilmişdi, amma onlayn Zirvə görüşü...”

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin qeyd etdiyinə görə, indiki dövrdə qlobal şəkildə koronavirus epidemiyası ilə mübarizə aparıldığı bir məqamda Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin də bir araya gəlməsi, bu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparması çox önəmlidir. “Bu onun göstəricisidir ki, dünyada bir çox beynəlxalq təşkilat var və bu qurumlardan da biri türk xalqlarının birliyidir. Bu qurumu necə adlandırmamızdan asılı olmayaraq, əsas odur ki, bu, türkdilli dövlətlərin birliyinə xidmət edir. Belə bir məqamda Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşünün çox böyük əhəmiyyəti var. Bu videokonfransda türk dövlətləri başçılarının bir araya gəlməsi, fikir mübadiləsi aparması çox müsbət haldır. Bu həm dünyaya bir mesajdır ki, bəli, türk dövlətlərinin də belə bir birliyi var, həm də burada çox ciddi məsələlər qoyulur. Azərbaycan Prezidentinin bu Zirvə görüşünün keçirilməsində məqsədin üç əsas amil olduğunu vurğulaması pandemiyaya qarşı mübarizədə türkdilli dövlətlərin həmrəy olmasını, birliyini şərtləndirir. Bilirsiniz ki, COVID-19 pandemiyası ilə   mübarizədə müxtəlif dövlətlərin bir-birilə əməkdaşlıqları var. Türk dünyasının da bu məsələdə birlik, həmrəylik nümayiş etdirməsi, eyni zamanda, öz təcrübələrini bölüşməsi, bir-birinə bütün anlamlarda dəstək olması son dərəcə vacibdir. Pandemiya başlayandan üzü bəri bu həssas məsələdə Azərbaycan və Türkiyə arasında çox sıx əməkdaşlıq əlaqələri olub, bir-birimizə yaxından dəstək göstərmişik. Demək istəyirəm ki, türk dövlətləri tərəfindən pandemiyaya qarşı mübarizədə bir-birinə dəstək jestləri edilmişdi, amma onlayn Zirvə görüşü bu dəstəyin, təcrübə mübadiləsinin, əməkdaşlığın və həmrəyliyin daha yeni bir formasını, hədəfini, nümunəsini ortaya qoydu”.

F.Ələkbərli qeyd etdi ki, pandemiyanın aradan qaldırılmasında, ona qarşı çarələrin tapılmasında türk birliyinin, həmrəyliyinin rolu əvəzsizdir. O hesab edir ki, bu Zirvə görüşü ardınca türkdilli dövlətlərin həkimləri, virusoloqları da bir araya gələ bilər və qarşılıqlı yardımlaşma şəraitində koronavirusa qarşı dərmanlar, vaksinlər yarada bilərlər. Müsahibimiz, həmçinin, qeyd etdi ki, virusla bağlı hansısa kritik məqamlar da ola bilər, həmin məqamlarda da türkdilli dövlətlər bir-birinə dəstək olar, təcrübə mübadiləsi həyata keçirmək yolu ilə o çətinliyi dəf edərlər.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ