Bazar ertəsi günü, 02 noyabr 2026
     

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Trend Prezidentin saytına istinadla bu məktubların daha bir neçəsini təqdim edir.

Laçın rayonundan məcburi köçkün, Sumqayıt şəhər sakini İnşallah Əsədov dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür edib:

"Bu günlərdə Sərəncamınıza əsasən yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı bir qrup məhkumun əfv edilməsi bir daha Sizin böyüklüyünüzü, çətin günlərdə hər kəsi düşündüyünüzü göstərdi.

Böyük humanistlik nümayiş etdirdiyinizə, bununla da on minlərlə vətəndaşı sevindirdiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, bu xeyirxah addımınız ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir.

Biz müəllimlər əlində qələm tutan əsgərlər olaraq daim Sizin yanınızdayıq. Allah Sizi qorusun".

Azər Soltanov başda olmaqla bir qrup Masallı sakini yazırlar ki, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər təqdirəlayiqdir:

"Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bir neçə gün bundan əvvəl Sizin iştirakınızla tibbi maska istehsal edən müəssisənin istifadəyə verilməsi koronavirusla mübarizə sahəsində növbəti addım oldu. Qısa müddətdə qurulan bu müəssisə heç şübhəsiz ki, ölkəmizdə tibbi maska qıtlığını aradan qaldıracaqdır.

Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Bakı sakini Tofiq Ağahüseynov bildirib ki, koronavirusa qarşı mübarizə sahəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələrini və təşəbbüslərini dəstəkləyir:

"Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına inanırıq.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz dəyərli töhfəsini verəcəkdir".

Gəncə şəhər sakini Seymur Məmmədov isə yazır:

"Dünyanı cənginə alan pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb. Bəzi ölkələr vəziyyətə biganə yanaşdığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində Azərbaycanda zamanında mühüm tədbirlər görüldü.

Hazırda ölkəmizdə koronavirusa yoluxma hallarının sürətlə yayılmasının qarşısı operativ şəkildə alınır, bu istiqamətdə mühüm işlər görülür. Dünyada hər keçən gün pandemiya ilə bağlı vəziyyət dəyişir və Sizin rəhbərliyinizlə ölkəmizdə proseslərə çevik reaksiya verilir.

Dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ona maddi dəstək göstərilir, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır. Bir vətəndaş kimi xalqa yüksək qayğınız üçün Sizə minnətdaram. İnanıram ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq.

Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir".

Zaqatala rayon sakini Fizzə Mahmudovanın məktubunda deyilir:

"Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycan Respublikasına Sizin kimi müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir.

Cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış koronavirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Biz xalq olaraq bu çətinliyin öhdəsindən birgə gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri addımların atılması, insanların sosial müdafiəsinin tam təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Zaqatala gəncləri adından Sizə təşəkkür edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi və ailənizi qorusun".

Naxçıvan Muxtar Respublikası, Şərur rayonu sakini Azad İbrahimov yazır ki, Prezident İlham Əliyevi dəstəkləməsinin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyü ardıcıl siyasətdir və bunu yalnız vətən xainləri görməyə bilərlər:

"Dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün verdiyiniz qərarlar biz vətəndaşlara olan sevginizin bariz nümunəsidir. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq və ölkəmiz tezliklə Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.

Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaq. Mən fəxr edirəm ki, Sizin kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına çox görməsin".

Gəncə şəhər sakini Kəmalə İsmayılova isə yazır:

"Möhtərəm cənab Prezident, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakınız bir daha göstərdi ki, Siz hər bir Azərbaycan vətəndaşının sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görürsünüz. Siz həmişə bizi, xalqımızı düşünürsünüz.

Çox hörmətli Prezident, inanırıq ki, bütün dünyanı bürümüş koronavirus bəlası tezliklə bitəcək, Sizin qayğınız və səyləriniz nəticəsində Azərbaycanımız bu böhrandan minimum ziyanla çıxacaq. Bu gün biz Sizin “Biz birlikdə güclüyük!” şüarınıza qoşularaq həmişə Sizinlə olduğumuzu və koronavirusa birlikdə qalib gələcəyimizə əminliyimizi bildiririk. Biz Sizinlə qürur duyuruq. Allah Sizi qorusun, daim var olun. Azərbaycanımızın daha da inkişafı naminə bütün işlərinizdə Sizə uğurlar diləyirik".

Füzuli rayonu, Birinci Zobucuq qəsəbəsinin sakini Validə Zeynalovanın məktubunda isə deyilir:

"Dünyanı koronavirus epidemiyasının bürüdüyü və hər gün müxtəlif ölkələrdə çoxlu sayda insan ölümünün baş verdiyi bir zamanda ölkəmizdə bu yoluxucu xəstəliyə qarşı ciddi mübarizənin aparılması Sizin əhalinin sağlamlığının qorunmasına, insan amilinə verdiyiniz yüksək dəyərin bariz nümunəsidir.

Mən Birinci vitse-prezident, mərhəmətli Mehriban xanım Əliyevanın “Hər uşağa ailə gərəkdir” təşəbbüsünə qoşularaq, övladlığa uşaq götürmüşəm və ana kimi şərəfli ad daşıyıram. Hazırda oğlumla bir yerdə yaşayıram.

Cənab Prezident, Sizin və çox hörmətli Mehriban xanımın aztəminatlı ailələrə, xüsusilə məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı bizim gələcəyə ümidimizi daha da artırır. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində Silahlı Qüvvələrimizin Ermənistan ordusunu darmadağın etməsi hər birimizdə tezliklə böyük Qələbəyə qovuşacağımıza əminlik yaradıb. İnanırıq ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan az itki ilə qurtulacağıq. Sizə və Mehriban xanıma, övladlarınıza və nəvələrinizə cansağlığı arzulayıram. Allah Sizi qorusun".

Bakı Dövlət Universitetinin rektorunun müşaviri Aydın Kazımzadə məktubunda qeyd edir:

"Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz gündəlik çoxşaxəli fəaliyyətinizlə kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz. İşinizin çox olmasına baxmayaraq, hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.

Cənab Prezident, inanıram ki, görülən bu işlərin və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına dünyada tüğyan edən pandemiyanın ölkəmizdə daha geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan mümkün qədər az itkilərlə qurtula biləcəyik. Gələcək taleyimizi Sizə etibar edərək, bu yolda hamını bir daha birliyə və həmrəyliyə dəvət edirəm. Biz birlikdə güclüyük!"

Əlbaba Həsənov başda olmaqla Salyan rayon sakinləri isə yazır ki, bu mübarizədə zəhmət çəkən, sağlamlığımızın qorunması üçün fəaliyyət göstərən tibbi heyətin və digər şəxslərin məvaciblərinin artırılması bir daha dövlətin hər bir vətəndaşının əməyini vaxtında qiymətləndirməsini, onlara dəyər verməsini göstərir:

"Bu pandemiya bütün dünyada bir sıra problemlərə səbəb olub. Amma bu sahədə zəhmət çəkən, əziyyəti olan insanların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi nümunəsi Azərbaycana aiddir. Bu, Sizin humanistliyinizdən irəli gəlir. Buna görə Sizə təşəkkür edirik.

Ən çətin məqamlarda hər zaman hər bir vətəndaşın yanında olduğunuzu atdığınız addımlarla, verdiyiniz qərarlarla sübut edirsiniz. Bu günlərdə bunu bir daha göstərmiş oldunuz.

Cənab Prezident, Azərbaycan xalqı çox çətinliklərin öhdəsindən gəlib. İnanırıq ki, hazırkı narahat günlərimiz də tezliklə tarixin yaddaşına köçəcək və Sizin rəhbərliyinizlə ölkəmizdə həyat yenindən öz axarına düşəcəkdir".

Türkiyə Respublikası, Kırıkkale şəhərində təhsil alan tələbə Marina Abdurahmanova isə yazır:

"Mən Türkiyənin Kırıkkale şəhərində yerləşən universitetlərdən birinin tələbəsiyəm. Türkiyədə olan azərbaycanlı tələbələrin hər birinə alış-veriş üçün vəsaitin verilməsi bizə həm maddi, həm də mənəvi kömək oldu. Bu, Sizin sayənizdə mümkün olub, cənab Prezident. Belə çətin günlərdə bu qayğınız bizi çox sevindirdi. Qürbətdə olsaq da, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirdiniz. Çox qürurverici bir hissdir. Türkiyədə olan bütün tələbələrin adından Sizə təşəkkür edirəm. Nə yaxşı ki, varsınız, əziz Prezidentimiz!

Əminik ki, birgə səylər nəticəsində bu bəla da tarixə qovuşacaq, ölkəmiz bu çətin günləri minimum itki ilə başa vuracaq. Sizə sağlam həyat arzu edirəm".

Etibar Verdiyev başda olmaqla Daşkəsən rayon sakinlərinin məktubunda deyilir ki, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən bütün lazımi tədbirlər həyata keçirilməkdədir:

"Bu bəladan yalnız güclü sosial izolyasiya və verilən tövsiyələrə ciddi əməl etməklə xilas olmaq mümkündür. Ümid edirik ki, xalqımız bu işdə sonadək həmrəylik nümayiş etdirəcək və koronavirus mövzusu tezliklə tarixin yaddaşına köçəcəkdir. Biz daşkəsənlilər bütün tələb və tövsiyələrə ciddi əməl edirik və xalqımızı bir daha diqqətli, məsuliyyətli olmağa səsləyirik.

Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Əminik ki, Sizin səmərəli fəaliyyətiniz və xalqımızın həmrəyliyi sayəsində bu pandemiyanın Azərbaycana təsiri çox da böyük olmayacaq. Gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizdə həyatın tezliklə yenidən öz axarına düşməsini və Azərbaycanın inkişaf yolunu davam etdirməsini arzulayırıq".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ